Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:11

Bişkek KTMT-ni sərhədə çağırır


Tacikistanda KTMT hərbi təlimləri, 18 oktyabr, 2022-ci il
Tacikistanda KTMT hərbi təlimləri, 18 oktyabr, 2022-ci il

Putinin sözlərinə görə, iki keçmiş sovet respublikasının sərhədləri haqda Moskvada arxivlərdə daha “doğru” informasiya var, nəinki həmin respublikaların özlərində.

Qırğızıstan Rusiyanın başçılıq etdiyi KTMT-dən xahiş edib ki, Tacikistanla sərhədinin mübahisəli seqmentlərinə məhdud hərbçi kontingenti yerləşdirsin. Son bir ayda sərhəd toqquşmalarında onlarla ölən olub.

Müdafiə naziri Baktıbek Bekbolotov oktyabrın 19-da Bişkekdə jurnalistlərə deyib ki, ayın əvvəlində bu məsələni KTMT-nin Baş katibi Stanislav Zasla müzakirə edib.

Gürcüstanda və Litvada müstəqillik günü Azərbaycandan fərqli qeyd edilir
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

“Bu iki məsələni həll etsələr...”

“KTMT əsgərləri kimi müstəqil vasitəçi aramızda dayanmalı, atəşkəsə əməl olunmasına, sərhəddən ağır texnikanın çıxarılmasına nəzarət etməlidir. Bu iki məsələni həll etsələr, Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə siyasi məqsədlərin müzakirəsinə başlana bilər”, – Bekbolotov vurğulayıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bu iki ölkədən başqa Rusiya, Belarus, Qazaxıstan və Ermənistan da daxildir.

Bu bəyanatdan iki gün öncə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov deyib ki, Rusiya Prezidenti Vladimir Putin arxivdən sovet dövrü xəritələrini Bişkekə verməyə razılaşıb. Məqsəd Bişkeklə Düşənbənin sərhəd mübahisəsini yoluna qoymaqdır.

Putinin sözlərinə görə, iki keçmiş sovet respublikasının sərhədləri haqda Moskvada arxivlərdə daha “doğru” informasiya var, nəinki həmin respublikaların özlərində.

Astana görüşü

Putin Qırğızıstan və Tacikistandan həmkarları Sadır JaparovEmomali Rahmonla oktyabrın 13-də Qazaxıstan paytaxtı Astanada görüşərək sərhəd problemlərini müzakirə edib.

Qırğızıstan və Tacikistan sentyabrda bir-birini təcavüzdə ittiham edib. Hər iki tərəf sərhədin mübahisəli hissəsində ağır artilleriya və minaatanlardan istifadə edib.

Qırğızıstan zorakılıqlarda 63 vətəndaşının öldüyünü, 200-dən çox adamın xəsarət aldığını bildirib. Tacikistan ölü sayını 41 göstərsə də, AzadlıqRadiosunun tacik xidməti 81 nəfərin öldüyünü hesablayıb, onların yarısı dinc sakinlər olub.

1991-ci ildə Sovet İttifaqının çöküşündən sonra Orta Asiyada bir çox sərhəd əraziləri mübahisəlidir. Qırğızıstan, Tacikistan və Özbəkistanın sərhədlərinin kəsişdiyi Fərqanə vadisində vəziyyət xeyli mürəkkəbdir.

XS
SM
MD
LG