Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:05

Ə.Nurullahi. O tayda bizləri bəyənib oxumurlar...


Əfrasiyab Nurullahi
Əfrasiyab Nurullahi

-

"Gedib, məsələn, Ramiz Rövşənlə üç il bundan qabaq bir şəkil çəkdirib, üç ildi o birgə şəkil profil şəkli yerindən çıxmır! Yəni nə bu?!

Yaxud beş il "dədən yaxşı, nənən yaxşı"dan sonra, bir üçaylıq dərgi icazəsi alıb, ordan-burdan borcnan, xərcnən yığdığı pulnan bir-iki sayını yayımlayır. İçi doludur o taydan əsərlərinən! Nədi-nədi, dost könlü görür.

Yaxud o taydan qonaqları gəlir. Ətrafına elə bir çər-çəpər çəkir, elə qoruyur ki, heç qonaq gələn prezdenti o təhər qorumurlar! Nədi-nədi, özündən başarılı birilə birdən tanış olar bu yazıq gələn qonaq."

Əfrasiyab Nurullahi

İrandan OxuZalına yazır

Bizdə isə özümüzə böyük güvənsizlik var

Bildiyiniz kimi, biz şəraitdə millətlərin, milli-mənəvi maraqlarımız uğrunda apardığımız mubarizə yollarında, öz təbii haqq-hüquqlarımıza yiyələnmə prosesində gördüyümüz işlərin, göstərdiyimiz çabaların və çəkdiyimiz zəhmətlərin ən başlıca sahələrindən biri də ədəbi-mədəni mühitlərimizdir.

Yalnızca ədəbi-mədəni mühitdə gedən işləri, göstərilən çabaları və ya əldə olunan, ya olunmayan uğurları bir balaca analız etsək, aldığımız nəticələrdən çox şey çıxarmaq olar. Bu baxımdan, milli dirəniş hərəkatımızın harada nə kimi problemlərlə üzləşdiyi, nə kimi qüsurlarla üzbəüz olduğunu rahatca sezmək və görmək olar.

Ədəbi və mədəni adamlarımız xalqımızın şuur, zəka və intellekt sahibi adamlarıdır. Bunların hər etdiyi hərəkət, hər attdığı addım muxalif hakim qüvvənin zərrəbinləri altında olduğu kimi, öz xalqımızın da zərrəbinləri altındadır, onların bütün hərəkətlərini ağır-yüngül edir, yaxşı-pisə ayırırlar. Necə deyərlər, el gözü tərəzidir.

Burada bəziləri düşünə bilər ki, milli şuur və zəkası hələ o dərəcədə gəlişməyən fərdlərdən oluşan bir cəmiyyət nə cür o qəzavət və davərlik məsnədində otura bilər, nəyisə ölçə bilər, o ki qala, milli şuur və zəka sahibi adamların davranışlarını!

Unutmayalım kı, "el" sözü, "etnik qurup" sözü, "xalq" sözü və "millət" sözü yalnızca fərdlərdən oluşan bir şey deyil, orada ayrı amillər də var. Məsələn, bu xalqın zəngin tarixi, ədəbi-mədəni irsi, bu xalqın burayadək özünə və bəşəriyyətə verdiyi şəxsiyyətləri, dünyagörüşü və... bu xalqın qəzavət və davərlik bacarığında rolu... Elə ona görədir ki, el gözünün tərəzi kimi dəqiq vurması anlayışı hər zaman öz doğruluğunu subut edib, yaşayıb.

Həmişə siyasi olaylar bir-birindən təsirlənir. Xüsusən, yaxın qonşu ölkələrdə. Bu o deməkdir ki, millətlər bir-birinin siyasi, mədəni, hətta ictimai və iqtisadi təcrübələrindən örnəklər götürür, faydalanırlar.

Təbriz
Təbriz

Azərbaycan Respublikasının keçdiyi müstəqillik yolu bizdə millətçilik harakatına, özümüzə qayıdış prosələrimizə böyük təsir buraxdı. Gedəcək yerimiz oldu. Öyünmək və sevinc mənbəyimizə çevrildi.

Təbii ki, bu arada umduqlarımız da oldu. Küsdüklərimiz də əlbət, oldu. Necə deyərlər, uman yerdən küsərlər.

Ancaq təzə müstəqil olan Azərbaycan Respublikasının da özünün üzləşdiyi bir sıra məsələlər və problemlər oldu və var. Qarabağ məsələsi, bu müstəqilliyin bəzi istəməyənlərə xor görünməsi və sair.

Bu və digər məsələlərlə yanaşı, yenə də bizim müstəqil qardaşlarımızdan umduqlarımız həm doğru, həm haqq və həm də məntiqi bir haldır. Burada bu umduqlarımızın birinə az da olsa toxunmaq istəyirəm.

Bizim oxucu bazarından uğurla istifadə etmək əlbəttə ki, müstəqil qardaşlarımızın üzərinə düşür. Nə yazıq kı, hələ ortada bir şey yoxdur.

Güneydəki Azərbaycanımız bildiyiniz kimi quzeydəki qardaşlarımız üçün böyük bir oxucu bazarıdır. Bu potensialdan uğurla istifadə etmək əlbəttə ki, müstəqil qardaşlarımızın üzərinə düşür. Nə yazıq kı, hələ ortada bir şey yoxdur.

Bu arada, kitab bazarı, oxumaq vasitəsilə əlbəttə ki, bizim cəmiyyətimizin özünə qayıdış prosesində bir sürətlənmə və inkişaf olardı. Demirik heç nə yoxdur. Var. Ancaq bizim öz çabalarımızın nəticəsində.

Məsələn, ədəbi-mədəni fəallarımız öz şəxsi munasibətləri sayəsində hər gələndə beş-üç kitab gətirməklə bir şey qatırlar bu ortama, amma söhbət ümumən böyük işlərdən gedir.

Bütün bu umacaqlar ola-ola, bütün bu mümkün ola bilənlər olmaya-olmaya, ən böyük təəssüf hisslərimzdən biri də bu gün şimallı qardaşlarımızın bizi oxumamasıdır! Sanki hesaba almırlar! Sanki bizim yazılarımızı, bizim mətnlərimizi aşağı səviyyədə dəyərləndirirlər! Sankı çox zəifik və sairə..

Tutalım, siz deyəndir. Bəs öz ana dilində bir kəlmə də təhsil almayan bir gəncin yazdığı şeirlə, yaratdığı mətnlə sən özünkünü necə bir tuta bilərsən?!

Tutalım, siz deyəndir. Bəs öz ana dilində bir kəlmə də təhsil almayan bir gəncin yazdığı şeirlə, yaratdığı mətnlə sən özünkünü necə bir tuta bilərsən?! Bu, haqsızlıq deyilmi?

Orada ədəbi-mədəni yarışlar var. Hansısında oturub bir əlavə imtiyaz nəzərdə tutublar bu taydan qatılan əsərlərə?!

Təhsilsiz olduqlarına görə. Hələ üstəlik, bəzi hallarda aşağalandıqlarının da şahidi olmuşam! Halbuki vəziyyət o qədər də pis deyil, bu gün bizim gəncliyimizin yaşadıqları durumdan dolayı, elə yeni şeir təcrübələri və uğurlu mətnlər var ki, təqdirə layiq.

Mən hər iki tayın ədəbi prosələrini yaxından izləyən və oxuyan birisiyəm. Nə danışdığımı yaxşı bilirəm. Bu gün bizim gəncliyin düşdüyü durum ağırdır, yaranan mətnlər və ərsəyə çıxan imzalar bu durumda ortaya çıxır... və bunu da deyim ki, bu nə qədər olsa da, ən azı bizim özümüz üçün iknaedici deyildir.

Ramiz Rövşən
Ramiz Rövşən

Bütün bunlarla bərabər, biz nə edirik? Bizim ədəbi-mədəni fəallarımız nə edirlər?

Gəlib məsələn, Ramiz Rövşənlə üç il bundan qabaq bir şəkil çəkdirib, üç ildi o birgə şəkil profil şəkli yerindən çıxmır! Yəni nə bu?!

Yaxud beş il dədən yaxşı, nənən yaxşıdan sonra, bir üç aylıq dərgi icazəsi alıb, ordan-burdan borcnan, xərcnən yığdığı pulnan bir iki sayını yayımlayır. İçi doludur o taydan əsərlərinən! Nədi-nədi, dost könlü görür.

Yaxud o taydan qonaqları gəlir. Ətrafına elə bir çər-çəpər çəkir, elə qoruyur ki, heç qonaq gələn prezdenti o təhər qorumurlar! Nədi-nədi özündən başarılı birilə birdən tanış olar bu yazıq gələn qonaq. Müxtəsər qonaqlıq və məclis tərtib versələr də, elələrini çağırır ki, hamısı özündən aşağı olsun.

Qardaşım, bacım, evim, eşiyim, əvvəla, çıxarın o profillərinizi bəzəyən üçillik, dördillik birgə şəkillərinizi. Qoyun bu camaat görsün bu üç-dörd ildə nə qədər əzab çəkmisiniz, qocalmısınız bir ağır durumda olan millətin yazıçısı kimi!

Dövvümən qonaqlarınız gələndə, bir az da bu yazıq vətəni düşünün! Tanıdığınız istedadlı qələm, saz, söz və sənət, siyasət adamlarını çağırın, yığın qonağınızın başına, yığandan da sonra qonaqlarınızdan çox özümüzkülərə söz verin. Qoyun oxusunlar, danışsınlar, dilləşsinlər, ta onlar da görsünlər ki, bəli, bu tayda da yetərincə bacarıq və istedad var, gələcəyə ümid bağlamaq olar, xəzinə eləmək olar.

Bax, bunlar bizim ədəbi mədəni mühitlərimizin nə yazıq kı, gerçəklikləridir. Və bütün bunların yalnızca bir cavabı var, o da: özünə güvənsizlik...

Deyir, bir bildirçin varmış...

Nə qədər ki, bunu arxada qoymağı başarmamışıq, böyük başarılara əl yetirə bilməyəcəyik!

Deyir, bir bildirçin varmış. Balalarıyla bir zəmidə yuva qurublarmış. Zəmi yetişir və biçilmək zamanı gəlir. Eşidirlər ki, zəmi sahibi qonşunun oğlanlarına uşaq yollayıb kı, sabahları mənə kömək edin, o zəmini biçək. Balalar qorxuya düşüb analarına deyirlər: burdan gedək və başqa bir yerdə yuva quraq.

Ana bildirçin deyir, qorxmayın. Hələ gəlməzlər. Sabah olur və doğrudan da gələn olmur.

Sabah da eşidirlər ki, zəmi sahibi qardaşı uşaqlarından kömək istəyib. Balalar yenə qorxur və yenə eyni istəkdə bulunurlar. Amma ana yanə rahat və səbirlidir və deyir: qorxmayın sabah da gələn olmayacaq! Sabah olur və yenə də gələn olmur.

O birisi gün eşidirlər ki, zəmi sahibi, daha təsmim tutub özü zəmisinin biçininə başlasın. Bu dəfə balalar dinməmiş, ana bildirçin özü deyir ki, indi getmək vaxtıdır və balalarını da götürüb yola düşür. Yol boyu, balalar nədənini sorurlar və ana bildirçin deyir:

O zamanadək ki, zəmi sahibi qonumdan-qonşudan umurdu, bəlliydi ki, bu iş olmayacaq. Amma o gün ki, təsmim tutdu daha özü başlasın, bu iş əlbəttə, olacaqdı və oldu da..

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG