Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi qəzaya uğrayıb, 38 nəfər həlak olub. Azərbaycanda quru sərhədlərdə gediş-gəliş 2020-ci ilin martından koronovirus pandemiyası ilə bağlı məhdudlaşdırılıb.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. Yerli media bir sıra ölkə başçılarının prezidentə təbrik məktublarını dərc etməkdədir.
Son bir ildə Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Son günlər sosial şəbəkələrdə şagirdlərin, tələbələrin müəllimlərinə sürpriz edərək ovuclarına şokolad, şirniyyatlar qoymasının görüntüləri yayılıb.
Futbol ulduzu Lionel Messi dekabrın 11-də komanda yoldaşları ilə birlikdə Bakıda olub. O, Fəxri xiyabanda keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyub. Dekabrın 12-si H.Əliyevin anım günüdür. O, 2003-cü ildə vəfat edib. Elə həmin il oğlu İlham Əliyev hakimiyyətə gəlib.
Dekabrın 8-də Suriyada hakimiyyətin süqutundan sonra bu ölkə prezidenti Bəşər Əsəd və ailəsinə Rusiyada sığınacaq verilib.
Suriyada Əsəd sülaləsinin 50 ildən çox davam edən avtoritar hakimiyyətinə son qoyulub.
Azərbaycanda MeydanTV ilə əməkdaşlıq edən altı jurnalist saxlanıb. Ümumilikdə 2023-cü ilin sonundan ölkədə 30-dək jurnalist, ictimai fəal qaçaqmalçılıq və digər ittihamlarla həbs edilib.
Narkotiklə şərləndiyini deyən 1-ci qrup əlil Famil Xəlilov dekabrın 3-də ev dustaqlığına buraxılıb. Elə həmin gün hüquq müdafiəçisi Rüfət Səfərov şübhəli şəxs qismində saxlanılıb.
Gürcüstanda dörd gündür etiraz aksiyaları davam edir. Nümayişə çıxanlar hökumətin Avropa İttifaqına inteqrasiyanı dayandırmaq qərarına qarşı etirazlarını bildirirlər. Polis mitinqləri su şırnaqları, gözyaşardıcı qazla dağıdır.
Milli Məclisin deputatı Səyavuş Novruzovun noyabrın 27-də parlamentdə səsləndirdiyi tənqidi fikirlər onun sosial müdafiə naziri Sahil Babayev ilə mübahisə etməsinə səbəb olub.
Bir sıra beynəlxalq və yerli insan haqları təşkilatları COP29 sammitindən sonra Azərbaycanda jurnalist və fəallara qarşı təqiblərin davam edəcəyindən narahatlıq bildiriblər. Rəsmi Bakı ölkədə heç kimin siyasi və peşə fəaliyyətinə görə həbs olunmadığını bildirir.
Davamı