Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:15

Prezident: “7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar artırmışıq”


İlham Əliyev iclas keçirir
İlham Əliyev iclas keçirir

“Bütün işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsil, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olub”

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.

Dövlət başçısı qeyd edib ki, son illərdə 3 mindən çox məktəb, 600-dən çox tibb mərkəzi yaradılıb və onlar bu gün insanlara xidmət göstərir. Eyni zamanda, bölgələrdədə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır.

“ Biz artıq, bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıbdır.Eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb”

Prezident vurğulayıb ki, son illər ərzində sahibkarlara dövlət iki milyard manatdan çox güzəştli kreditlər verib:

“Əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub”

Prezidenti qeyd edib ki, kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb.

İmişlidə pambıq zavodu
İmişlidə pambıq zavodu

“ Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb”

“ Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni, biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. ”

İlham Əliyev deyib ki, bu ilin 7 ayında ticarət dövriyysinin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb:

“Yəni, biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollarartırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.

Sentyabrın 3-ü prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.Prezident sentyabrın 2-si Cəlilabad, Lənkəran rayonlarına səfər edərək bir sıra yol tikintisi və yeni obyektlərin açlışında iştirak edib.

XS
SM
MD
LG