Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:56

Ukraynada müəllimə: ‘Məktəblə birgə ruhum da yanırdı’


"Qarant" məktəbi
"Qarant" məktəbi

"Qarant"ın ilin əvvəlində 634 tələbəsi olacaq ki, bu da 2021-2022-ci tədris ilindən 38 nəfər azdır

Ukraynanın Lisiçansk şəhərində Qarant təhsil ocağının müəllim və şagird heyəti yeni dərs ilinə məktəbsiz başlayır. Rusiyanın nəzarətində olan şəhər, eləcə də məktəb binası dağıdılıb. Buna görə də tədris distant davam edəcək. 17 ildir bu məktəbin direktoru olan Svitlana Borovkova isə hələ də sentyabrın 1-dən dərslərin məktəbdə keçirilməsini arzulayır.

Məktəb binasına mərmilər düşəndə direktor, məktəbin əksər işçiləri və şagirdləri Lisiçanski tərk etmişdi. Lisiçanskın ələ keçirilməsi Rusiyanın Luqansk vilayətini bütünlükdə ələ keçirmək cəhdinin əsas hissəsi idi. Ona görə də iyulda artıq məktəb daxil olmaqla, şəhərin böyük bir hissəsi xarabaya çevrilmişdi.

Avqustun ortalarında Ukraynanın başqa bir yerindən onlayn danışan Borovkova "Mənim də məktəblə birlikdə ruhum da yanırdı" deyərək təəssüflənir.

Məktəbin yanmış halı
Məktəbin yanmış halı

Bayrağın xilası

Məktəbin fransız dili müəllimi və tələbə media studiyasının direktoru İvan Şıbkov isə Rusiya işğalı başladıqdan az sonra arvadı, qızı və iki oğlu ilə birgə evini tərk edib.

Ümumilikdə Ukraynada azı 12 milyon insan səbəbsiz müharibə nəticəsində evlərindən didərgin düşüb.

Lakin Şıbkov məktəbin dağılması görüntülərini görəndən sonra "bəlkə bəzi şeyləri xilas etmək olar" fikri ilə şəhərə qayıdır. Xilas etdiyi ilk şey isə Ukrayna bayrağı olur. Bu asan başa gəlməyib. Bayrağı əldə etmək üçün İvan aşağıda pəncərədən eyvana tullanmalı idi. Ancaq o, missiyanı başa vuraraq bayrağı hökumətin nəzarətində olan Donbasın qərbində yerləşən Dnepr şəhərinə gətirir. Bu bayraq məktəb kollektivində təntənə ilə qarşılanır.

Ukrayna Təhsil Nazirliyinin məlumatına görə, Ukraynada 2405-dən çox təhsil ocağı bomba, raket və ya mərmi ilə vurulub, onlardan 270-i tamamilə dağıdılıb. Bu il məktəblər üçün yeni bir tələb qoyulub - tam təchiz olunmuş bomba sığınacaqları olmalıdır.

Pandemiya təcrübəsi

"Qarant"ın binası xarabalığa çevrilib, şagirdləri, valideynlər və müəllimləri ölkənin müxtəlif yerlərinə gedib.

Bu il bir çox məktəbdə, eləcə də "Qarant"da tədris onlayn davam edəcək. Məktəb direktoru Svitlana Borovkova COVID-19 pandemiyası dönəmində qazanılmış onlayn tədris praktikasının onların köməyinə çatacağına inanır.

Məktəbin tədbirlərin koordinatoru olan xarici ədəbiyyat müəllimi Olesya Dorofyeyeva da müharibə başlayandan bir müddət sonra oranı tərk edib.

"Bizim müəllimlərin Viber -də həmişə bir söhbəti var idi: 'Köməyə ehtiyacınız varmı? Özünüz yaxşısınız? Hara köçdüyünüz barədə bizə yazın'. Bütün bir ay ərzində biz əlaqə saxlayırdıq ki, distant təhsilə keçək, tələbələrimizi itirməyək”, – Dorofyeyeva bildirib.

Karen Ohancanyan: 'Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur'
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00

“Dərslər başlayanda ağlayırdıq”

"İlk dərslər başlayanda ağlayırdıq. Hamının sağ qalmasına sevinirdik", – deyən Borovkovanın sözlərinə görə, bir çox tələbələr və onların valideynləri Ukrayna Lisiçansk üzərində nəzarəti bərpa edən kimi "Qarant"a dönmək istəyir. Ancaq Rusiya Prezidenti Vladimir Putin Donbasa nəzarəti müharibənin əsas məqsədi elan edib.

"Qarant"ın ilin əvvəlində 634 tələbəsi olacaq ki, bu da 2021-2022-ci tədris ilindən 38 nəfər azdır.

Direktor deyib ki, digər bölgələrdən bir neçə yeni şagird məktəbə başlayır. Ukraynanı tərk edən tələbələr isə "Qarant"da, ya da sığındıqları ölkədəki müəssisədə oxuyacaqlar. Müəllimlərə gəlincə, böyük əksəriyyəti "Qarant"da qalıb.

Dərsə qoşula bilməyənlər

Onların arasında Olesya Dorofyeyeva da var. 46 yaşlı qadın üçün evini itirmək və sıfırdan başlamaq təcrübəsi yeni bir şey deyil. O, "Qarant"da dərs deməyə 2014-cü ilin payız semestrində, Donbas müharibəsinin başlamasından beş ay sonra başlayıb.

Dorofyeyeva, Ukrayna bayrağının rənglərinə toxunaraq, "Məndə elə bir hiss var idi ki, hər şeyi sarı və mavi rənglərə boyamaq istəyirdim" və "Bura Ukraynadır!" demək üçün hər şeyi etmək istəyirəm”, – deyir.

Dorofyeyeva bəzi şagirdlərin texniki problemlərə görə dərsə qoşula bilmədiyinə də təəssüflənir.

“'Bağışlayın, uşağımız əlaqə saxlamayacaq, nəsə etməyə çalışacağıq, amma yavaş-yavaş' və ya 'Biz köçürük', 'Yeni köçmüşük', 'İnternetimiz yoxdur”, – valideynlər deyirmiş.

Müharibə uşağının yaşadıqları

Lakin şagirdlərin bəziləri, xüsusən də, sonuncu tədris ilində olanlar məktəbdən qopa bilmirmiş. Onlardan biri Natalya Konyux 2 ay onlayn dərslərə qoşulub, sonra isə məktəbdən məzun olub.

Amma dərslərdən əvvəl o, Ukraynanın qərbindəki bir şəhərə sığınıb və dərhal oradakı könüllülər hərəkatına qoşulub, ərazidəki köçkünlər üçün ərzaq qablaşdırıb və döyüş bölgəsindəki mülki əhaliyə göndəriləcək dərmanlar axtarırdı.

Fevral işğalı Konyux orta məktəbin son ilində oxuyanda baş vermişdi, lakin o, artıq çoxdan müharibə uşağı idi. 2014-cü ildə Lisiçanskda döyüşlər başlayanda və Rusiyanın dəstəklədiyi qüvvələr şəhəri mayın sonundan iyulun sonuna kimi idarə edəndə səkkiz yaşı var idi.

Keçən qışda Rusiya onminlərlə əsgərini Ukrayna sərhədləri yaxınlığında cəmləyərkən Konyux və onun həmyaşıdları orduda xidmət edən qadınlara həsr olunmuş tamaşa hazırlamağı planlaşdırırdı. Lakin müharibə bütün planlar pozdu. Hazırda isə Konyux Qərbi Ukraynada bir universitetdə oxumağı və tərcüməçi olmağı planlaşdırır. O, ölkəni tərk etmək istəmədiyini, lakin ailəsinin yaşadığı mənzilin dağıdıldığı Lisiçanskda yaşamaq üçün nə vaxtsa qayıdacağına şübhə etdiyini bildirib.

Ukraynalı mühəndis: Bu dronları vurmaq demək olar ki, mümkün deyil
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Bir məktəbin gördüyü işlər

2014-cü il işğalından dərhal sonra şəhərdə Sülh Yürüşünün keçirilməsi Harantın təşəbbüsü idi. Rusiya qüvvələrinin geri çəkilməsindən sonrakı illərdə də "Qarant" liderliyi ələ alaraq Ukraynanın müstəqilliyinə həsr edilmiş çoxsaylı tədbirlər təşkil edib.

Borovkovanın sözlərinə görə, "Qarant" hələ 2010-cu ildə media savadlılığı layihələri başladıb, 2014-cü ildə məktəbdəki müəllim və şagirdlər şəhərin qalan hissəsindəki kimi təbliğata məruz qalmayıb.

Lisiçanskın iki aylıq işğalına və Donbasda davam edən döyüşlərə baxmayaraq, genişmiqyaslı müharibə sürpriz olub. Məktəbin təhlükəsizlik tədbirləri gördüyünü deyən Borovkova milyonlarla insan kimi işğala ruhən hazırlıqsız olduğunu söyləyir.

“Son ana qədər inana bilmirdim ki, yaxınlıqda yaşayan və ölkəmizə belə bir fəlakət gətirə biləcək insanlar var. Bütün uşaqların və müəllimlərin bizimlə qalması, hamının salamatlığıdır”, - Borovkova deyir.

XS
SM
MD
LG