Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:09

Azərbaycanda rublun alışı satışını üstələyir


Rus rublu
Rus rublu

Ötən həftə Rusiya Mərkəzi Bankı faiz dərəcəsini illik 18-dən 19 faizə qaldırıb. Faiz dərəcəsinin artırılması ilə bağlı qərar əhalinin və biznesin inflyasiya gözləntilərinin artması fonunda qəbul edilib.

Rusiyada rublunun dəyər itirməsini Azərbaycanda da bəzi ailələr diqqətlə izləyir. Azərbaycanda ora işləməyə gedən ailə başçıları az deyil. Elə Masallı rayonunda yaşayan Ə.N. AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı uzun illərdir Sankt-Peterburqda restoranda inzibatçı kimi çalışır: "Son bir neçə ildə evə az pul göndərə bilir. Rusiyada dolların qiyməti qalxdı deyə, hər şey bahalaşıb. Yoldaşım əvvəl ayda evə 900-1000 manat göndərirdisə, indi 700 manatı güclə çatdırır".

Onun sözlərinə görə, rayonda elə kəndlər var ki, sakinlərinin çoxu Rusiyada işləyən ailə üzvlərinin hesabına dolanırlar: "Bir-iki ildir qayıdanlar da az deyil, Rusiyada da vəziyyət pisləşib. Amma burada iş tapmaqda çətinlik çəkirlər".

Rusiyada rublun yenidən dəyər itirməsi Azərbaycana xaricdən göndərilən pul vəsaitinə necə təsir edib? Habelə Azərbaycanda rublun məzənnəsi reallığa söykənirmi?

Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Birinci yeri Rusiya tutur

Azərbaycan Mərkəzi Bankından "Turan"a bildirilib ki, Rusiyadan fiziki şəxslər bu ilin yanvar-iyun aylarında Azərbaycana 287 milyon 50 min ABŞ dolları pul baratları göndəriblər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 320 milyon 855 min dollar və ya 52.9 faiz azdır: "Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 50.6 faiz təşkil edib. 2023-cü ilin ortalarında bu rəqəm 68.2 faiz olub".

Vurğulanıb ki, bu gün, sentyabrın 18-də Rusiya rublunun məzənnəsi ötən gün ilə müqayisədə dəyişməyərək 0.0186 manat təşkil edib: "Son bir ay ərzində məzənnədə ciddi dəyişiklik olmayıb".

2024-cü ilin ilk altı ayı ərzində nağd Rusiya rublu ilə mübadilə əməliyyatların həcminə gəldikdə, alış 3 milyard 866 milyon 467 min, satış isə 1 milyard 177 milyon 667 min rubl təşkil edib.

Rəşad Həsənov
Rəşad Həsənov

Hər 100 manatdan 10 manatı...

İqtisadçı Rəşad Həsənovun AzadlıqRadiosuna deməsinə görə, Azərbaycanda müəyyən bölgələr var ki, orada yaşayan əhalinin gəlirlərinin formalaşmasında Rusiya iqtisadiyyatının təsirləri daha çoxdur: "Cənub-qərb və şimal bölgələrində bu istiqamətdə meyllik daha güclüdür. Lənkəran iqtisadi regionunun bölgələrində bu göstərici 10 faizdir. Yəni, hər 100 manat gəlirin 10 manatı göndərişlər hesabına formalaşır. Amma reallıqda vəziyyət daha çətindir. Şirvanda isə bu rəqəm cəmi 1 faizdir. Bu aspektdən baxanda Rusiyada baş verənlərin Azərbaycanın fərqli regionlarında fərqli təsirləri müşahidə olunur".

Amma o hesab edir ki, bunlar neytrallaşdırıla bilməyən təsirlər deyil: "Rasional və uzunmüddətli siyasətlə minimizə etmək olar, amma hazırkı şərtlər daxilində bugünkü oyun qaydaları ilə bu təsirlərdən yayınmaq mümkün deyil".

İqtisadçı vurğulayır ki, Azərbaycanda ABŞ dollarından başqa digər bütün valyutalara münasibətdə məzənnə çarpaz yolu ilə dollara münasibətdə müəyyən edilir: "Yəni, valyuta ABŞ dollarına münasibətdə dəyərini itirirsə, avtomatik olaraq manata münasibətdə də dəyərini itirir".

Xatırlatma

2022-ci ilin fevralında Rusiya Ukrayna ərazisinə təcavüz edib. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndiriblər. (sanksiyalar 2014-cü ildə Rusiyanin Ukraynanın Krım bölgəsini ilhaq edəndən sonra başlamışdı). Azərbaycan sanksiyalara qoşulmur.

XS
SM
MD
LG