Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:29

'MTN işi'ndə zərərçəkənlərin intihar cəhdləri [yenilənib] [fotolar]


Xətai metrosu yaxınlığındakı hündürmərtəbəli bina ('MTN işi'ndə zərərçəkmişlər özlərini bu binanın damından atmaq istəyiblər). 14 iyun 2017
Xətai metrosu yaxınlığındakı hündürmərtəbəli bina ('MTN işi'ndə zərərçəkmişlər özlərini bu binanın damından atmaq istəyiblər). 14 iyun 2017

Fövqəladə Hallar Nazirliyi “MTN işi”ndə zərərçəkmiş kimi tanınmış iki nəfərin intihar etməsinin qarşısını alıb.

Bu haqda nazirliyin məlumatında bildirilir.

Məlumatda deyilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda 2 nəfərin intihar etmək məqsədi ilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Onlar psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısını ala biliblər. İntihara təşəbbüs edən iki vətəndaşın aidiyyəti üzrə təhvil verildiyi bildirilir.

Buna da bax:​ 'MTN işi'ndə zərərçəkənlər prezidentdən kömək istəyir

“MTN işi”ndə zərərçəkmiş kimi tanınmış Zaur Əzimov və Sahib Qurbanov bu gün, iyunun 14-də günorta saatlarında Xətai metrosu yaxınlığındakı hündürmərtəbəli binalardan birinin damına çıxaraq intihar edəcəklərini bildirmişdilər.

İntihara təşəbbüs edənlərdən Sahib Qurbanov AzadlıqRadiosu-na demişdi ki, onları bu addımı atmağa istintaq orqanı vadar edib.

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilir. 1 aydan çoxdur davam edən məhkəməyə hakim Elbəy Allahverdiyev sədrlik edir. Sahib Qurbanov və Zaur Əzimov həmin iş üzrə zərərçəkmiş kimi tanınıb.

Buna da bax: 'MTN işi'ndə dəhşətli intihar: Zərərçəkmiş əvvəl damarını kəsib, ...

* * *

“Pullarımız gedib, üstəlik, özümüzü də sıxışdırırlar, bizə cinayət işi açmaq istəyirlər”.

“MTN işi”ndə zərərçəkmiş kimi tanınmış Zaur ƏzimovSahib Qurbanov iyunun 14-də günorta saatlarında Xətai metrosu yaxınlığındakı hündürmərtəbəli binalardan birinin damına çıxaraq intihar edəcəklərini bildiriblər.

Buna da bax:​ MTN polkovnikindən çağırış: 'Mənim səhvimi təkrarlamayın...'

“BAŞQA YOL QOYMADILAR”

Sahib Qurbanov AzadlıqRadiosu-na deyib ki, onları bu addımı atmağa istintaq orqanı vadar edib:

“Məndən 90 min, Zaurdan 280 min dollar alıblar. Şikayət edirik, qaytarmamaq üçün şərləyib özümüzü həbsə atmaq istəyirlər. Bizə saxta cinayət işi açırlar. Zaurun həbs qərarı hazırdır, qalıb qollarına qandal vurmaqları... Mənə də xəbər göndəriblər. Baş prokuror, prezident səsimizi eşitməsə, canımıza qıyacağıq. Bizə başqa yol qoymadılar. Onsuz da keçmiş MTN-çilər bizə az zülm etməmişdi, bir tərəfdən məhkəmə bizi zərərçəkmiş kimi dindirir, o biri tərəfdən istintaq orqanları həbslə hədələyir. Səbəb də odur ki, vaxtilə işgəncəylə əlimizdən alınmış pullarımızın geri qaytarılmasını tələb edirik".

Buna da bax:​ MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və daha iki nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilir. 1 aydan çoxdur davam edən məhkəməyə hakim Elbəy Allahverdiyev sədrlik edir. Sahib Qurbanov və Zaur Əzimov həmin iş üzrə zərərçəkmiş kimi tanınıb.

Tikintisi başa çatmış, lakin yaşayış olmayan binanın damından düşürülmələri üçün 4 saatdan çoxdur ki, əraziyə polis və Fövqəladə hallar Nazirliyinin işçiləri toplaşıb. Dama çıxanlarsa hələ də tələblərini davam etdirirlər.

Buna da bax:​ 'MTN işi': '8-ci km bazarı' qardaşlardan necə alınıb?

Xətai rayon polis idarəsinin əməkdaşları "Qaynar xətt"ə bildiriblər ki, hər iki şəxslə danışıqlar aparılır.

Hadisə yerindən görüntülər
Hadisə yerindən görüntülər

Hadisə yerindən görüntülər
Hadisə yerindən görüntülər

Hadisə yerindən görüntülər
Hadisə yerindən görüntülər

Hadisə yerindən görüntülər
Hadisə yerindən görüntülər

XS
SM
MD
LG