Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:34

'Prezident gəlir, deyir ki, mən arvadımı birinci-vitse prezident təyin etdim'


FOX TV
FOX TV

Fevralın 23-də Türkiyənin FOX TV kanalında yayınlanan İsmail Küçükkaya ilə «Çalar Saat» (Zəngli Saat) proqramında Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi tənqid olunub. Teleaparıcı İlham Əliyevin Mehriban Əliyevanı Təhlükəsizlik Şurası üzvlərinə təqdim etməsini bir neçə dəfə ekranlarda göstərib.

*Youtube Kanalımıza abunə olun- Hər gün videolar izləyin, Azərbaycanda baş verənlərdən doğru- düzgün xəbər tutun

«Prezident gəlir, onsuz da qərarı verib, arvadını vitse-prezident təyin edir», – deyən teleaparıcı sarkazmla Mehriban Əliyevanın təyinatını əks etdirən görüntüləri ekrana gətirir: «Təhlükəsizlik Şurasının üzvləri gözləyir, deyirlər, görəsən, bizim liderimiz nə deyəcək? Prezident gəlir, deyir ki, mən arvadımı birinci-vitse prezident təyin etdim. Həyat yoldaşı da xəfif gülümsəyir, ora bir diqqət edin, Əliyev arvadının vitse-prezident olduğunu açıqladığı zaman xanım Əliyevaya bir baxın».

Ekranlarda M.Əliyevanın gülümsəməsi göstərilir.​

«DEMOKRATİK ÖLKƏLƏR OLAQ»

Ardınca da İsmail Küçükaya deyir ki, Azərbaycanda gerçəkdən hüququn üstünlüyü, demokratiya olsaydı, belə qərarlar verilə bilməzdi.

Buna da bax-Əliyevləri tənqid edən türk kanalının yayımı Azərbaycanda dayandırıldı

Teleaparıcı bu görüntüləri yayımlarkən «biz həm ölkəmizin, həm də Azərbaycanın Atatürk-ün aydınlıq yolunda, demokratik ölkələr sırasında inkişaf edən, müasirləşən, fərqlilikləri qəbul edib fərqliliklərə hörmət edən demokratik ölkələr olmasını istəyirik» –deyib.

Fevralın 21-də Mehriban FOX TV-nin əsas xəbərlər proqramında aparıcı Fatih Portakal da Mehriban Əliyevanın vitse-prezident təyin olunması xəbərini sarkazmla təqdim etmişdi.

Bundan bir gün sonra fevralın 22-də Türkiyənin FOX TV kanalının yayımı Azərbaycandakı bəzi kabel televiziyalarında dayandırılıb. «Ailə TV» bunu Milli Televiziya və Radio Şurasının göstərişi ilə izah edir. Ancaq Şuranın saytında bu haqda hər hansı məlumat yoxdur.

XS
SM
MD
LG