Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:32

Əli Həsənov: "OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir"


Əli Həsənov
Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı AZƏRTAC-a açıqlama verib. Açıqlamada deyilir ki, Azərbaycanın sürətli inkişafı, daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə də Ermənistanı və erməni lobbisini ciddi narahat edir.

Əli Həsənov bildirib ki, “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddiaları və subyektiv mülahizələrdən ibarət materiallar məhz Azərbaycana qarşı olan bu cür mərkəzlər və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasına yayılır.

Əli Həsənov qeyd edib ki, burda başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy yaratmaqdır.

"Araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir", Əli Həsənov vurğulayır.

Dövıət rəsmisi hesab edir ki, bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan antiazərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər.

Buna da bax: "2,8 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Araşdırma)

Əli Həsənov bir dha deyib ki, OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlıaraşdırmasına prezidentinin mətbuat xidməti də münasibət bildirib.

Açıqlamada qeyd edilir ki, nə prezidentin, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.

“Bunların arxasında Azərbaycana, onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycanprezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib”

Qeyd edək ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) Azərbaycanın pulyuyan maşınıadlı yeni araşdırmasını açıqlayıb.

Araşdırmada deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.

2, 5 milyard avronun (2, 8 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.

XS
SM
MD
LG