Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:14

İkicə günə 30 manat ucuzlaşan qızılı turp


Turp
Turp

-

Ramin Deko

(AzadlıqRadiosu üçün)

İki «Bravo» var. Biri market, o biri adam. Biri Bakıda, o biri Barselonada. Hər ikisi diqqət mərkəzindədi - biri qiymətlərinin bahalığıyla, o biri qüsurlu oyunuyla. Bakıdakı «Bravo»da 25 manata Çili bibəri satılır. Barselonanın eyniadlı komandasının qapısını qoruyan çilili Bravo isə haradan və necəgəldi top buraxır.

41 MANATA QIZILI TURP?

İçəri aşıb-daşır. Bir tərəfdən doluşur, o biri qapıdan çıxırlar. Söhbət yenicə açılmış «Gənclik Mall»dakı «Bravo» marketdən gedir.

Son günlər sosial şəbəkələrin bəzəyinə çevrilmiş bu market haqqında dastanlar yazılır. Kimi qiymətlərin bahalığından, kimi də xidmətin qüsurlarından gileylənir. Birincilər - qiymətlərin əndirəbadi olmasından narahatlığını dilə gətirənlər daha çox gözə dəyirlər. Sosial şəbəkələrdə qızılı turpun kilosunun 41 manata satılması barədə fotolar da paylaşılmışdı. Sözügedən məkana üz tuturuq. İki günlük hay-haydan sonra qızılı rəngə boyanmış bu turpun kilosunun 11 manat olduğu ortaya çıxdı. 30 manatlıq endirimin nədən qaynaqlandığını, hələlik, açıqlayan tapılmayıb. Satıcılar da susur, rəhbərlik də. Di gəl, gündəmi qızılı turpla tutan market diqqəti başqa məhsullardan yayındıra bilib. «Qeyri-adi» tərəvəzin qiymətini üç dəfə ucuzlaşdıran «Bravo» digər məhsullara toxunmayıb. Alıcılar bu cür bahalı məhsullardan yan ötsələr də, əl telefonlarının ön kamerasıyla özlərini və qızılı turpu tarixin yaddaşına hopdurmağı unutmurlar. Elə şəkil çəkən kimi də o biri cərgələrə üz tuturlar...

«BRAVO»YA BRAVO?

«Bravo»da Çili bibəri - 25, Amerika şokoladları - 82, Avropa şərabı isə 330 manata satılır. Marketə gələnlərin diqqətini ciblərinə uyğun meyvə-tərəvəz və ədvalar cəlb edir. Ortastatistik Azərbaycan vətəndaşının imkanlarını qat-qat aşan belə «ləzzətlər» yemək yox, sadəcə, maraq obyektidir...

Məsələylə bağlı «Bravo»nun məsul şəxsləriylə söhbətləşmək cəhdi boşa çıxır. Nə çəkilişə icazə verilir, nə də suallara cavab verən tapılır. Yalnız «Danışa bilmərik, icazə yoxdur, gedin yazın» sözlərini eşidirsən...

Özündən qızılı turpa görə də söz etdirməyi bacaran «Bravo»ya, sözün həqiqi mənasında, bir bravo düşür. «Barsa» qapıçısı Bravo xaric...

XS
SM
MD
LG