Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:18

Bəraət almış Vadim: 'Deyirdilər ki, boynuna götür gir həbsə, qalmağa yerin olsun...'


'Patı' istifadəçisi: 'Elə bil, səni diri-diri qəbirə qoyurlar'
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

'Patı' istifadəçisi: 'Elə bil, səni diri-diri qəbirə qoyurlar'

Uşaq evində böyümüş, sonradan da evi olmadığına görə küçələrdə gecələdiyini deyən Vladimirin sözlərinə görə, polis əməkdaşları ona külli miqdarda narkotiki üzərinə götürüb həbsdə qalmağı tövsiyə ediblər. Buna görə dəfələrlə polis idarəsinə çağrıldığını, hətta əlavə pul təklif olunduğunu bildirir. Deyir ki, bu təkliflərdən imtina etsə də, polislər ondan əl çəkməyiblər. Axırda da saxta narkotik ittihamıyla həbsə göndəriblər: "Deyirdilər ki, onsuz da qalmağa yerin yoxdur. Boynuna götür get, qalmağa yerin olsun...".

"Kim polis idarəsinə gedəndə üstündə narkotik aparardı?"

Vladimir Anatoliyeviç CM-in 234.1 (şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə 6 ay həbsdə saxlanılıb. İddia olunub ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları onu küçədə saxlayıb, cibindən 0.353 qram heroin tapılıb.

Özü isə deyir ki, yalandır, tutulduğu gün özü polis idarəsinə gedib. Çünki Nəsimi rayon Polis İdarəsinin Ruslan adlı əməliyyatçısı həmin gün səhərdən dəfələrlə ona zəng edib idarəyə gəlməsini istəyib. Onun sözlərinə görə, idarədə polislərin təklifiylə razılaşmayanda döyülüb, üstünə qoyulan narkotiki boynuna götürməyə məcbur olub.

Vadim məhkəmədə etiraf edib ki, əvvəllər narkotikdən istifadə edib, amma sonradan bu vərdişdən əl çəkib: "Kim polis idarəsinə gedəndə üstündə narkotik aparardı?".

Polislər isə məhkəmədə dindirilərkən deyiblər ki, Vadim adlı şəxsin narkotik əldə etməsi, saxlaması haqda əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat əsasında da əməliyyat keçirib onu tutublar.

Gün ərzində yeddi zəng

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs tutulduğu gün saat 09:00 radələrindən saat 17:00 radələrində saxlanılana qədər ona Nəsimi RPİ-nin əməliyyatçısından yeddi dəfə zəng gəlib. Onların arasında xeyli müddət danışıq olub. Sözügedən polis əməkdaşı deyib ki, ola bilsin, həmin gün Vladimir Anatoliyeviçin yerini müəyyənləşdirməkdən ötrü ona dəfələrlə zəng etmişdi.

"Bu hal, təqsirləndirilən şəxsin ifadəsində dediyi kimi, polis əməkdaşlarının onu çağırdığını və özünün ora getdiyini təsdiqləyir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş, cəza çəkmiş şəxsin polis idarəsinə gələrkən üzərində narkotik vasitə daşımasını məhkəmə ağlabatan hesab etmir", - məhkəmənin hökmündə yazılıb.

Məhkəmə bəraət verib

Bundan başqa, dindirilən polislər narkotikin gah şalvarının, gah da gödəkcənin cibindən çıxdığını deyiblər.

Məhkəmə bütün bu ziddiyyətləri qiymətləndirəndən sonra Vladimir Anatoliyeviçin təqsirsiz olması qənaətinə gəlib. Nəsimi rayon Məhkəməsində onun haqqında bəraət hökmü çıxarılıb və 6 aylıq həbsdən sonra məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluq bu hökmlə razılaşmayıb, öncə Bakı Apellyasiya Məhkəməsinə protest verilib. Orada da hökm qüvvədə qalanda Ali Məhkəməyə kassasiya protesti verilib. İyulun 13-də Ali Məhkəmə bu məsələdə yekun nöqtəni qoyub – kassasiya protesti də təmin edilməyib. Bu instansiyanın hakimləri də belə nəticəyə gəlib ki, əslində Anatoliyeviç təqsirsiz olub.

XS
SM
MD
LG