Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:38

'Astara və Lerik rayonlarında göz həkimi yoxdur'


Göz həkiminin qəbul otağının qarşısında növbə
Göz həkiminin qəbul otağının qarşısında növbə

Lənkəran rayonunun Mərkəzi Xəstəxanasında həkimlərin qəbul otaqlarında böyük növbələr olur. Dördmərtəbəli binası olan bu xəstəxanaya qonşu rayonlardan gələn xəstələr çoxdur.

Əliağa adlı Astara rayonu sakini deyir ki, göz həkiminə gəlib: "Astara rayonunda göz həkimi yoxdur, ona görə bura gəlirik. Bakıya getmək üçün göndəriş vermədilər. Dedilər ki, bunu həkim müəyyənləşdirməlidir. Mənim 80-dən yuxarı yaşım var. Səhər sübhdən durub 40 kilometrdən çox yol gəlmişəm. Saat 12-dir, indi növbəm çatır. Gedib-gəlmək çətindir, hamısı xərc və vaxt istəyir".

Həkim növbəsinə duran, amma adının çəkilməsini istəməyən yaşlı bir qadının sözlərinə görə isə, Lerik rayonunda da göz həkimi yoxdur: "Mən şəkər xəstəsiyəm, həmişə göz həkiminə ehtiyacım olur. Məcburam, Lerikdən Lənkərana gəlirəm. Bizdə də göz həkmi yoxdur. Həkimə ehtiyacı olanların yarısı Masallıya, yarısı isə Lənkərana gedir. Bakıya üz tutanlar da var. Çox çətindir. Hər dəfə taksi tutub gəlirəm. Kənddən Lerik şəhərinə, Lerik şəhərindən buraya gəlməli oluram. 50-70 kilometrdir, inciyirik. Hökumətdən xahiş edərdik ki, bizə göz həkimi göndərsin".

Lənkəran rayon Mərkəzi Xəstəxanası
Lənkəran rayon Mərkəzi Xəstəxanası

"Ucqar rayonlarda həkim çatışmazlığı var"

Anonim qalmaq istəyən bir həkimin də dediyinə görə, ucqar rayonlarda həkim çatışmazlığı problem olaraq qalır: "Həkimlər iri şəhərlərə can atırlar. Rayonlarda həkim çatışmazlığı ciddi problemlər yaradır. Lənkəran, Astara, Lerik rayonlarının 400 minə yaxın əhalisi var. Bu qədər əhaliyə Lənkəranda dörd göz həkimi xidmət edir. Həkimlər yüklənmiş olurlar, işin keyfiyyəti də aşağı düşür. Tibbi sığortadan sonra həkimlərin maaşı üç-dörd dəfə artıb. Bu, yaxşıdır. Rayonlarda həkim çatışmazlığının səbəbləri təkcə pul ilə bağlı deyil. Tutaq ki, həkim Lerikə işləməyə getmək istəyir. Ev yox, şərait yox".

"Həll etmək mümkündür"

Onun fikrincə, problemi həll etmək mümkündür: "Tibb universitetinə daxil olan, rayonlara getmək istəyən tələbələrlə birinci kursda müqavilə bağlanılmalıdır. Bu tələbələrin təhsili ödənişsiz olmalıdır. Əks halda, rayon xəstəxanalarında həkim çatışmazlığı həmişə problem olaraq qalacaq".

Bölgə xəstəxanalarında iş yeri var, həkim yox
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev də rayonda göz həkimin olmadığını təsdiqləyir: "Elan vermişik, xəstəxanalardan xahiş etmişik... Hələ ki, nəticə yoxdur. Rayonda 40-dan çox həkim çatmır".

Astara rayonunun bəzi kənd xəstəxanalarında şəraitə aid şikayətlərlə bağlı suala isə direktorun cavabı belə oldu: "Həmin xəstəxanalar kənd bələdiyyələrinin balansındadır. Balansımızda olan kənd xəstəxanalarını təmir etmişik. Amma bələdiyyələrin balansında olan xəstəxanalar qalıb, onların da təmiri nəzərdə tutulub. Bu, tədricən həyata keçiriləcək".

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov da rayonda göz həkimin olmadığını təsdiqləyir: "Ümumilikdə 45 həkim çatışmır".

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG