Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:26

Eyvaz Zeynalov. Tələ (2)


əvvəli

Saraydı, sə­fər­dən qayıdan ki­mi eşi­dib dil-ağıza gəl­miş­di. Sara o qə­dər də­yiş­miş­di ki, anası onu tanıma­mış­dı. Halbuki bir vaxt bu evin ən məh­rəm adamıy­dı. Yə­qin aradakı in­cik­li­yə gö­rə tanış­lıq vermə­miş­di. Amma nahaq, Dila­rə bu haqda anasına düz-əməl­li bir şey demə­miş­di...

- Sən­sən?.. Salam. Yad ki­mi qapıda ni­yə qalmısan?..

- Tə­lə­si­rəm, bağışla. - Öpüş­dü­lər. - Keç maşına. - Dila­rə keçib əy­ləş­di. - İlham dedi ki, yoldaşın xəs­təxanadadı, bu gün operasiya olunub. Hə­kim­dən öy­rə­nib ki, salamatlıq­dı. Sevin­dim. Allaha şü­kür! Gəl­dim sə­nə gözaydın­lı­ğı verim. Yastı­ğı yün­gül olsun! Əyər-əs­ki­yin, ehtiya­cın varsa, mən­dən giz­lət­mə. Bacı ca­nı, hər şeyə hazıram...

- Sağ ol! Hə­lə­lik elə bir ehtiya­cım yoxdu. Nə lazım­dısa İlham elə­di. Yə­qin sə­nə deyib...

- Hə. Dü­zü­nü axtarsan, çatan ki­mi iki daşın arasında mə­ni sə­nin dalınca elə İlham gön­də­rib. Dedi, guya əmə­liyyatdan sonra gö­rüş­mə­liy­di­niz, amma səs-sorağın çıxmayıb. Narahatdı...

- Gecdi. Həm də it ki­mi yorulmuşam. Sabah tezdən də durub xəs­təxanaya, Şahmarın yanına getmə­li­yəm. Denən, xəs­təxanadan qayıdanda zəng vurram, gö­rü­şə­rik...

- Onda hə­diy­yə­si­ni qəbul et. - Sumkasından çıxartdı­ğı qə­şəng cib telefonunu Dila­rə­yə sarı uzatdı. - Dedi, bununla əlaqə saxlamaq daha asan olar.

- Nə danı­şırsan, Sara? Şahmara nə cavab verrəm? - Dila­rə yaxın durmadı.

- Eh, Dila­rə, Dila­rə!.. - Sara gü­lə-gü­lə başı­nı buladı. - Heç də­yiş­mə­mi­sən. Az, nə fər­qi, İlham demə, denən, rə­fi­qəm Sara bağışlayıb. - Telefonu zorla onun ovcuna basdı.

- Sağ ol... - Dila­rə kö­nül­süz razılaşdı.

- Sağ olu İlhamın özü­nə deyər­sən. Allah haqqı, onu heç belə bil­məz­dim, Dila­rə. Dər­din­dən də­li-diva­nə­di. Aranıza gir­di­yi­mə gö­rə özü­mü gün­də yüz də­fə lə­nət­lə­yi­rəm...

Söz­dü də, xət­ri xoş olsun deyə deyir­di. İlhamı Dila­rə­yə gü­zəş­tə getmə­yi ağlına belə sı­ğış­dır­mır­dı. Onsuz keçin­məz­di. İlham qeyri-adi bağlı­lıqdan doğan, heç nə­yə bən­zə­mə­yən bir ehtiya­cıy­dı!.. Bir də­fə yarızarafat, yarıcid­di İlhama demiş­di ki, qırxa qə­dər kefi­mi sü­rə­cək, qırxdan sonra sən­dən bir uşaq doğacaq, varis bö­yü­də­cə­yəm, həyatda mə­nə başqa heç nə lazım deyil...

Sara İlhamın Dila­rə­yə bəs­lə­di­yi hiss­lə­rin əv­vəl­ki hiss­lər olduğuna inanmır­dı. Buna növ­bə­ti hər hansı bir qadına canatma ki­mi baxır­dı. Nə qə­dər ki ona əli çatmır­dı, bu hə­vəs davam edə­cək­di. Çatandan, yanğı­sı­nı sön­dü­rüb doyandan sonra hər şey adi­lə­şə­cək, Dila­rə də yatdı­ğı başqa qadınlardan bi­ri­nə çevri­lə­cək­di. İlham hə­lə özü də başa düş­mür­dü ki, bu Dila­rə o Dila­rə deyil. Ötən müd­dət ər­zin­də nə qə­dər qadınla yatıb-duran İlham özü də heç hə­min İlham deyil­di. Hər­dən hətta dü­şü­nür­dü ki, xati­rə­si­ni əziz tutduğu Ağabala özü belə tə­zə­dən həya­tına qayıtsaydı, üzü üz­lər gö­rən Sara üçün hə­min Ağabala ola bil­məz­di! İlhamın bü­tün bunları başa düş­mə­si, dərk etmə­si üçün hiss­lə­ri bir daha sınağa çə­kil­mə­li, gerçək­lik­lə toqquşmalıy­dı. Sara hadi­sə­lə­ri tezləş­dir­mə­yə hazır­dı. Qoy tə­zə­dən gö­rüş­sün­lər, yatıb-dursunlar. Amma bundan o yana getmə­sin­lər. Nə qə­dər tez olsa, o qə­dər yaxşı­dı. Hə­rə öz yeri­ni bir­də­fə­lik bi­lər, taleyi ilə barışardı...

* * *

Dila­rə İlhama zəng vursa da neçə gün­dü cür­bə­cür üzr­lü-üzr­süz bəha­nə­lər­lə gö­rüş­dən boyun qaçı­rır­dı. Nəha­yət, gö­rüş­dü­lər. Axı nə qə­dər, hara qaçacaqdı? Axır vaxtlar onsuz da iki­li həyat yaşayır­dı. Şahmarın yanında ola-ola, qayğı­sı­nı çə­kə-çə­kə İlhamı dü­şü­nür­dü. Onları bir-bi­riy­nən müqa­yi­sə edir­di. Ağlıynan Şahmarın, hiss­lə­riy­nən İlhamın tə­rə­fin­dəy­di. İlham onun ürə­yin­də bit­miş­di. Lakin Şahmara bağlanmaqla İlhamı unudacağı­nı fi­kir­lə­şir­di. Demə, hamı­sı nahaqdı, özü­nü aldatmaqdı. Şahmara hə­mi­şə hör­mət və sayğı gös­tər­miş­di. Elə bu da hə­lə­lik Dila­rə­ni səhv addım atmağa qoymurdu... Maşınla şə­hər­dən çıxanda soruşdu ki, hara gedi­rik. İlham qayıt­dı ki, sürp­riz­di.

- Sürp­riz­lə­ri sevmi­rəm, İlham. Arxasında hə­mi­şə nə­sə bir is­tək yatır, tor qurulmuş olur...

- Sə­ni restorana aparacağam... - Əmə­liyyatdan qabaq verdi­yi sö­zü xatırlatdı.

- Sö­züm­dən qaçmıram, - Dila­rə dedi. - Amma bir yerdə olmaq üçün restorana ehtiyac yoxdu. Gəl mən sə­nə sürp­riz edim. Əsl sürp­riz!.. Gedək si­zə...

Marketdən çö­rək, kolbasa, yumurta, qatıq gö­tür­dü­lər. İç­mə­yə evdə hər şey vardı.

Otaq ağzınacan tə­pi­li-tıxa­lıy­dı. Ancaq hər tə­rəf­də bir qarmaqarı­şıq­lıq, ümumi sə­li­qə­siz­lik hökm sü­rür­dü... Kolbasanı qızartdılar, üs­tü­nə yumurta çaldılar, qatıqla yedi­lər. İç­di­lər. İç­ki­nin tə­si­rin­dən, ya nə­dən­di­sə Dila­rə göz­lə­nil­mə­dən İlhamın tele­vizor­da gör­dü­yü xeyriy­yə­çi­li­yi­ni, Şahmardan eşit­dik­lə­ri­ni yada saldı. İlhamdan vağzalda Şahmarı gö­rüb-gör­mə­di­yi­ni, tanı­yıb-tanıma­dı­ğı­nı soruşdu. İlham tanıma­mış­dı...

- Dila­rə, mə­nə nif­rət etsən də, etmə­sən də boynuma alıram, o zaman sən­gər­də özüm-özü­mü yaralamış­dım. Öl­mək is­tə­mir­dim. Axı nə­yin, ki­min xati­ri­nə öl­mə­liy­dim? Kreslo davasına qalxaraq bir-bi­ri­nin acı­ğına torpaqları satanların­mı? Onların bahalı saraylarda gen-bol yaşamaları, saunalarda xalqın qızları ilə rahat kefə baxmaları üçün­mü?.. Cəzalandırmaq lazım­dısa, neynək, razıyam, qoy əv­vəl onları cəzalandır­sınlar, sonra mə­ni...

- Bi­zim bəd­bəxt­li­yi­miz ondadı ki, lide­rin­dən sıra­vi­si­nə­cən heç kəs güna­hı­nı ki­şi ki­mi boynuna almır. Hamı təq­si­ri başqası­nın üs­tü­nə atır...

- Əs­gər sırada komandi­rə gö­rə düz­lə­nir, Dila­rə.

- Şahmar ni­yə özü­nü vurmadı?..

- Neynək, Şahmar yaxşı oğlandı. Bağışla mə­ni, bəs ni­yə bu gü­nün­də yi­yə durmurlar? Ni­yə Və­tə­nin ağır gü­nün­də yada dü­şür­dü, iti­rib-axtarır­dılar, in­di yox?..

Onların müba­hi­sə­lə­ri gecə­dən keçə­nə qə­dər uzandı. Hər şey azca qala qanqa­ralıqla bi­tə­cək­di. İlham Dila­rə­ni bu əhval-ruhiy­yə­də kü­çə­yə buraxmadı. Yarızor, yarıxoş yanında qalmağa razı sala bil­di...

* * *

Şahmargi­li xəs­təxanadan Dila­rə­gi­lə Sara gə­tir­di. Sonra avtovağzaldan rayona da elə o, yola saldı. Dila­rə Şahmarın xəs­təxana xərc­lə­ri­nin hamı­sı­nı si­nif yoldaşı, rə­fi­qə­si ki­mi kö­nül­lü surət­də Saranın ödə­di­yi­ni söy­lə­di. Dedi ki, Nazi­lə ilə malları da ondan nis­yə gö­tü­rür­dü­lər... İş­lə­rin hamı­sı­nı gö­rən İlham olsa da kənarda qalmış­dı. Bu yaxşı­lı­ğın qarşı­sında demə­yə layiq­li söz tapmayan Şahmar min­nətdarlı­ğı­nı Saraya bil­di­rir­di...

* * *
Şahmarın bir məşğuliy­yə­ti də sə­hər­lər yuxudan duranda əyin-başı­nı geyin­mək­də Dil­qə­mə yardım etmək­di. O, yatağından hamıdan gec qalxır­dı. Corabları­nı geyin­mək­də çox dağaldı. Onları ayaqlarına bacarıqla taxa bil­mir, hirs­lə­nir­di. Şahmar corabları geyin­dir­mək əvə­zi­nə, ona geyin­mə­yin çə­mi­ni öy­rət­mə­yə çalı­şır­dı. Bir də gö­rür­dün Dil­qə­min corabları­nı məs­xə­rə­yə qoyub:
- Ay-ayy!.. Gör bir nə pis, cığal corablardı! Demək, sö­zə baxmaq, xoşluqla ayağına gir­mək is­tə­mir, hə? Yox, biz ondan belə asanca əl çək­mə­yə­cə­yik...
Lazı­mi, sehrli söz­lər­lə uşağı hə­və­sə gə­ti­rir, qı­zış­dı­rır, məqa­mında, gər­gin anlarda qıraqdan sadə­cə bir balaca əl yetir­mək, dü­zə­liş etmək­lə bu işi əsil oyuna, əy­lən­cə­yə çevi­rir­di...
Növ­bə boğazlı koftasına çatanda tə­zə­dən Dil­qə­min tı­rı, tərs­li­yi tuturdu. Onu başına keçir­mə­miş Şahmar xeyli havada saxlayır, guya öz-özü­nə təəc­cüb­lə­nir­di:
- Hanı, balam, sə­nin başın? Hara qaçdı? Gö­zü­mə dəy­mir axı?..
Dil­qəm də gü­lüb özün­dən gedir, əli­ni başına qoyub gös­tə­rir­di:
- Budu, ata, bəs bu nə­di?..
- Hə­ə?.. Burdaymış? Bu sə­nin başın­dı?.. Ay kə­ləkbaz!..
Belə­cə zarafatlaşa-zarafatlaşa, əy­lə­nə-əy­lə­nə əyin-başı­nı geyin­dik­cə uşağın yuxusu tamam dağı­lır­dı. Çə­ti­ni də elə buracandı. Dil­qəm tam ayılandan sonra qalan gös­tə­riş­lə­ri­ni hə­vəs­lə, can-başla yeri­nə yeti­rir­di...
Dil­qəm televizorda multfil­mə baxmağı xoşlayır­dı. Nə­yi başa düş­mə­sə tez Şahmardan soruşur, o da sadə bir dil­lə izah edir­di. Axşamlar işıq yanmayanda Dil­qəm televizorda gör­dü­yü quşları, heyvanları yamsıla­yır, onları əməl­li-başlı gül­dü­rür­dü. Bu zaman nə­nə­si də ona qoşulur, nağıl danı­şır, tapmaca deyir­di. Dil­qə­min yaddaşı ül­güctək itiy­di. Eşit­dik­lə­ri yaddaşına həkk olunurdu. Hər­dən Şahmar tapmacaları qəs­dən yanlış cavablandıranda:
- Tapmadın, tapmadın!.. - deyib atı­lıb-dü­şür, uğunub özün­dən gedir­di.
Axşam saat doqquza qalanda isə yaxınlaşıb divar saatı­nı Şahmara gös­tə­rə­rək deyir­di:
- Ata, bax gör yatmaq vaxtı­dı?..
Şahmar saata baxır və qeyri-ix­tiya­ri gü­lür­dü.
- Hə, oğlum, yatmaq vaxtı­dı!..
- Deyir­sən, yə­ni quşlar, it­lər, pi­şik­lər, dovşanlar, hamı­sı, hamı­sı yatıb?..
- Yatıb, oğlum, - Şahmar deyir­di, - sə­nin yaşıdların da yatıb...
- Oyaq qalan elə bir­cə mə­nəm?..
- Hə. Hamı yatmış cırtdan oyaq!..
- Onda bu saat cırtdan da gedib yatar, ata, - deyib nə­nə­si­nin üs­tü­nə qaçır­dı. - Nə­nə, ay nə­nə, gəl biz də yataq.
Çə­kə-çə­kə onu yataq otağına aparır­dı. Nə­nə­si nağıl danı­şır, Dil­qəm də mı­şıl-mı­şıl yatır­dı...

* * *
Anası­nın xəs­tə­lən­di­yi haqqında qardaşından teleqram alan Dila­rə sə­hə­ri göz­lə­mə­dən gecə qatarı ilə Bakıya yola düş­dü. Şahmara dedi ki, cid­di bir şey olsa, xə­bər verə­cə­yəm. Lakin iki gün keçsə də xə­bər-ətər çıxmadı. Üçün­cü gü­nü Dila­rə­nin çamadanında saxladı­ğı alver pulları­nı axtaranda yaşıl üz­lü bir dəf­tər gö­zü­nə sataşdı. Arvadı­nın gün­də­li­yiy­di. Son vaxtlar giz­li­cə yazır­dı. İs­tər-is­tə­məz ordan-burdan oxudu... "...Bu gecə İlhamı yenə yuxuda gör­düm. İki­lik­də dünyanın ən xoşbəx­tiy­dim. Ayı­lıb bunların hamı­sı­nın yuxu olduğunu bi­lən­də köv­rəl­dim. İla­hi, nə qə­dər döz­mə­li, iki­li həyat sür­mə­li­yəm? Özüm Şahmarla olsam da fik­rim, xəya­lım İlhamladı. Bu da bir cür xəya­nət­di axı. Özü­mü nə qə­dər zorlasam, onu unutmağa çalışsam da ürə­yim, hiss­lə­rim­lə bacarmıram. Düz söz­dü ki, ilk sevdi­yi­ni, bir də ilk yatağına gir­di­yi­ni unutmaq çə­tin­di! Nazi­lə­yə qoşulub Bakıya getdi­yim yerdə qı­çım sınaydı!..
...Bu gün İlhama nə qə­dər borclu olduğumuzu hesablamışam, başıma hava gə­lib. Hə­lə nə qə­dər üz vursam da Şahmarın müa­li­cə­si­nə xərc­lə­dik­lə­ri­ni demə­di. Şahmar yazı­ğın heç nə­dən xə­bə­ri yoxdu. Elə bi­lir mallar da Saranın­dı, müa­li­cə­si­nin də xərc-xə­sər­rə­ti­ni o çə­kib. Ayrılanda dedi ki, borc söh­bə­ti­ni di­li­nə gə­tir­mə. Haçansa qaytarmaq fik­ri­nə düş­sən də gö­tür­mə­yə­cə­yəm. Mə­nə pul-para yox, sən lazımsan, yalnız sən!..
...Başım müş­tə­riy­nən söh­bə­tə qarış­mış­dı. Geyim­li-kecim­li bir nə­fər piştaxtaya yaxınlaşdı. Qə­fil­dən üzü­nə baxanda dik­sin­dim. Elə bil­dim İlhamdı. Adam da bir-bi­ri­nə bu qə­dər oxşayarmı, ila­hi? Ürə­yim tit­rə­di. İlhamın sö­zü yadıma düş­dü. "Daha mən­dən qaça bil­məz­sən. Aradabir gö­rün­mə­sən, özüm dalınca düz rayona gə­lə­cə­yəm!.." Vallah, ondan nə desən çıxar, də­li­nin bi­ri­di...
...Kö­nü­lün atmacaları, Şahmarın fağır­lı­ğı... hər şey, hər şey get-gedə mə­ni bezdi­rir. Səb­rim tü­kə­nir, hirs­lə­ni­rəm. Sonra da fi­kir­lə­şi­rəm ki, axı onlar nə güna­hın sahi­bi­di­lər? Bəs mən? Günahkar tək­cə mə­nəm­mi? Hamı­nı qarğıya-qarğıya, lə­nət­lə­yə-lə­nət­lə­yə, həm özü­mü, həm də onları aldada-aldada, nə­yi­sə göz­lə­yə-göz­lə­yə çü­rü­mə­li­yəm­mi?..
...Hər­dən özüm-özüm­dən soruşuram: bir­dən İlham bö­yür­dən çı­xıb desə ki, razılaş, gəl­mi­şəm sə­ni aparmağa, neyni­yə­rəm?.. Eh, Şahmar hə­lə qocalmayıb. Özü­nə layiq­li ömür-gün yoldaşı tapar. Bi­ri elə Kö­nül. Şahmarın dər­din­dən də­li-diva­nə­di... Şahmar yaxşı adamdı. O da mə­nim ki­mi taleyikəm­di. Neyni­yim, hiss­lə­ri­min əlin­də əsi­rəm. Qorxuram bu tutuşla bir gün xəya­nə­ti­min üs­tü açıla... Nə­yə desə, razı olardım, tə­ki Şahmar mə­ni bağışlayaydı..."
Dəf­tə­ri qə­zəb­lə fı­rıldadan Şahmar qapqara qaralmış­dı. Özün­də-sö­zün­də deyil­di. Havalı ki­mi gə­zib-dolanır­dı. Dil­qə­min mə­zə­li danı­şı­ğı, zarafatları da qaş-qabağı­nı açmaqda aciz­di.
- Bir­dən-bi­rə sə­nə nə oldu, bala?.. - Zəhra xala təəc­cüb­lən­di. - Yoxsa xəs­tə­lən­mi­sən? Bəl­kə Dila­rə bəd xə­bər-zad gön­də­rib, biz­dən giz­lə­dir­sən?..
Cavab vermə­di. Hazırlaşıb Bakıya yola düş­dü...


* * *

Şahmar qayınanası­nı hə­yət­də, ayaqüs­tə sağ-salamat gə­zən gö­rən­də çaşdı. Arvad özü də karıx­dı. Kü­rə­kə­ni­ni mat-məət­təl xeyli sü­zə­rək elə bil bir­dən ayı­lıb əlin­də sü­pür­gə ona sarı yeri­di.
- Xoş gəl­mi­sən, ay oğul. Keç evə, orda durma...
- Yaxşı­dı... - Şahmarın sə­si quyunun di­bin­dən eşi­dil­di. - Hanı Dila­rə?..
- Dila­rə­mi?.. - Arvadın di­li topuq çaldı. - Evdəy­di... yox ey... dü­nən... srağagün...
- Hara getdi?.. - Şahmarın səb­ri bir ti­kə oldu.
- Nə bi­lim, ay bala?.. - Çi­yin­lə­ri­ni çək­di. - Düz-əməl­li bir şey de­mə­di axı...
- Bəs oğlun hanı?.. - İs­tə­di ondan nə­sə bir şey öy­rə­nə.
- Alış-verişində...
- Sən xəs­tə­lən­miş­din?..
- Yox... - Arvadın qaşları çatıl­dı. - Onu sə­nə kim dedi, ay bala?..
- Dila­rə bir teleqrama gös­tər­di ki, guya qardaşı vurub, sən xəs­tə­lən­mi­sən...
- Dila­rə bi­zə də belə dedi, amma qardaşı teleqrama-zad vurmayıb...
- Demək, qurama şeymiş? Dila­rə­ni necə gö­rə bi­lə­rəm? Axşam evə gə­lə­cək?..
- Dü­nən gəl­mə­di. Haçan qayıdacağı­nı da demə­di...
Bu cavablardan heç nə başa düş­mə­yən Şahmar hə­yət qapı­sından də­li ki­mi çıx­dı. Hara getdi­yi­nin fər­qin­də deyil­di...
- Telefonuna zəng vur də, ay oğul. - Qayınanası arxasınca bərk­dən dedi.
Şahmar arvadın sö­zü­nə əhə­miy­yət vermə­di. Dila­rə telefonu olduğunu ona bil­dir­mə­miş­di.
Də­miryol xət­ti­nə çatanda dayandı. Elə bil yuxuluydu, bir­dən ayıl­dı. Ünvanı­nı bil­mə­yən­dən sonra axı o boyda şə­hər­də Dila­rə­ni necə tapacaqdı? Nöm­rə­si­ni bil­səy­di yenə Saraya zəng vurardı, yeri­ni-yurdunu öy­rə­nər­di. Bəl­kə talkuçkaya getsin? Hər halda, Saranı orda tanıma­mış olmazdılar... Eh, bir də, lap tutaq ki, soraqlayıb Saranı tapdı. O da dedi ki, Dila­rə İlhamın yanındadı. Nə olsun? Neyni­yə­cək­di? Yə­ni bunu təx­min etmək o qə­dər çə­tin­di? Öz­gə hara, ki­min yanına gedə­siy­di? Gün­də­lik­də hamı­sı aydınca yazıl­mış­dı. Yə­qin teleqram da onun işiy­di...
Relslə­rin arası, şpalların üs­tüy­nən fi­kir­li halda üzüyuxarı addımladı. Xeyli getmiş­di, bir­dən qulaqbatı­rı­cı parovoz fi­ti­nə dik­sin­di. Arxaya çö­nən­də qatarın onu haqladı­ğı­nı gör­dü. Başı­nı itir­di. Dəh­şət­dən göz­lə­ri bö­yü­dü. Yaxşı ki son anda özü­nü cəm­lə­yib kənara sıçramağa macal tapdı. Ayağı relsə ili­şib yı­xıl­dı. Vaqonların ətək­lə­ri üst-başı­nı yalasa da bə­də­ni­nə bir sə­də­mə toxumadı. Uzaqlaşan parovozun pən­cə­rə­sin­dən arxaya boylanan maşi­nist ona tə­rəf yumruğunu sil­kə­lə­yir­di. Yə­qin hə­də­lə­mək­lə bəra­bər onu sö­yür­dü də... Yı­xıl­dı­ğı yerdə uzanıb qalmış­dı. Qatar göz­dən it­sə də polad relslər tə­kər­lə­rin ahəngdar taqqıl­tı­sı­nı teleqraf xət­ti ki­mi hə­lə də ona çatdı­rır­dı...
Handan-hana toxtayıb ayağa qalxdı. Üst-başı­nın tozunu çırp­dı. Geri dön­dü. Ni­yə? İn­di hara gedir­di? Yenə bil­mir­di. Relsə ili­şən ayağı, bir də diz­lə­ri ağrı­yır­dı. Sıy­rıl­mış barmaqları, ovcunun içi də göy­nə­yir­di... Yaxın­lıqdakı parka çatdı. Burda hər yan yamyaşıl­dı. Ətrafda tək-tük gö­zə də­yən skamyalar bomboşdu. Adamsız parkı boz sər­çə­lə­rin ci­vil­ti­si başına gö­tür­müş­dü. Arabir hansı ağacdansa eşi­di­lən qaratoyuğun gur, şaqraq fi­ti sü­rü­sü­nü dü­zə yaymış çoban tü­tə­yi­ni xatırladır­dı. Gö­yər­çi­nə oxşayan öyöy­lə­rin bö­yür-başda qə­fil bərk­dən qanad çırpması Şahmarı dik­sin­di­rir­di...
Parkın ayağındakı ensiz su arxına doğru irəli­lə­di. Haçansa Dila­rə ilə orda olmuşdular. Arxın qıra­ğında dayanıb suların şı­rıl­tı­sına xeyli qulaq asdı. Lakin bu saat heç nə onu özü­nə çək­mir­di...
Geri qayıdarkən yandakı kolluqdan qə­ri­bə bir səs eşit­di. Ehtiyatla, sakit­cə yaxınlaşdı. Yaşıl kolların arasında gün­lük­lü uşaq kolyaskası­nı gö­rən­də dayandı. İçin­də­ki kör­pə dünyadan xə­bər­siz avtomat kukla ki­mi əl-qol ata-ata, qı­ğıldana-qı­ğıldana oynayır­dı. Kolyaskanın böy­rün­də, otların üs­tün­də bir oğlanla bir qız həs­rət­li­lər ki­mi bir-bi­ri­nə sarıl­mış­dı. Şahmar nə qə­dər cəhd etsə də qı­zın si­fə­ti­ni gö­rə bil­mir­di. Oğlan ehtirasla onun boyun-boğazından, dodaqlarından öpür, qadın da eyni qız­ğın­lıqla ona cavab verir­di. Qadın arada başı­nı azca yana qaçırdanda Şahmar onun üzü­nü gör­dü. Nə­dən­sə elə bil çi­yin­lə­rin­dən ağır bir yük gö­tü­rül­dü, ürə­yi üs­tü­nə gəl­di...
Qadın əy­ni­nə gül­lü xalat geyin­miş­di. Oğlan onu öpüb oxşayaraq xalatı­nın düy­mə­lə­ri­ni açmağa çalı­şır­dı. Hə­yəcandan tit­rə­yən əl­lə­ri sö­zü­nə baxmır­dı. Qadın da bekar dayanmamış­dı, oğlanın şalvarı­nı dartış­dı­rır­dı...
Şahmar dö­nüb cı­ğıra tə­rəf addımladı. Beş-on addım atmış­dı ki, kolların arasında çı­ğır­tı, sü­pür­ləş­mə qopdu. Geri çö­nən­də o tə­rəf­də bir nə­fə­rin tumanpaça, kö­tək yemiş ittək özü­nü kol-kosa vura-vura qaçdı­ğı­nı gör­dü. Əv­vəl heç nə başa düş­mə­di. Qə­fil­dən ağlına gəl­di ki, yə­qin kolluqda ilan-çayan peyda olub, namərd oğlu qorxaraq qadı­nı uşağıyla darda qoyub qaçır... Tez kolluğa tə­rəf şı­ğı­dı. Qarşı­sındakı mən­zə­rə­ni gö­rüb heyrət­dən yerin­də qurudu. Yekə­pər bir oğlan yarı­çılpaq qadı­nın si­nə­si­nə çök­müş­dü. İri mət­bəx bıça­ğı əlin­də par-par yanır­dı. Qıcanaraq xı­rıl­tı­lı səs­lə bağı­rır, qadı­nı hə­də­lə­yir­di.
- Bu saat sə­nin canı­nı alacağam, qancıq!..
Qadın göz­lə­ri­ni belə qırp­mır­dı.
- Hə, öl­dür, öl­dür də, nə­yi göz­lə­yir­sən?..
- Eyy!.. Neynir­sən, dayan!.. - Şahmar geci­kə­cə­yi­ni dü­şü­nüb aralıdan qış­qır­dı.
Geri qanrılan oğlan bıçaq əlin­də Şahmara tə­rəf vəh­şi bir səs­lə bağır­dı:
- Yaxınlaşma!.. Bax, öl­dür­rəm, ha! Sən­lik deyil!..
Şahmar dayandı. Ətrafa boylandı. Necə hə­rə­kət edə­cə­yi­ni bil­mir­di.
- Sən kim­sən axı?.. - Şahmar onu söh­bə­tə tutaraq başı­nı qatmaq, yubatmaq is­tə­di...
- Dedim, sə­nə dəx­li yoxdu!.. - Oğlan bağır­dı. - O, mə­nim arvadım­dı!..
Aydın­dı, qadın əri­nə xəya­nət etmiş­di. Hər halda, mane olmaq lazım­dı, ancaq necə?..
Oğlan bir­dən əlin­də­ki bıça­ğı otluğa atdı. Qadı­nın boğazından yapı­şıb boğmağa başladı.
- Alçaq qadın, ni­yə namusumuzu lə­kə­lə­din? Ni­yə?.. - Qadın xı­rıldayaraq çapalayır­dı. - Öl, öl!.. Bax, belə! Sə­nin yaşamağa haqqın yoxdu!..
Oğlan bıça­ğı atanda Şahmar rahatlandı. Nə­dən­sə ona elə gəl­di ki, oğlanın qadı­nı öl­dür­mə­yə ira­də­si çatmayacaq. Çatsaydı, bıça­ğı tullamaz, mə­sə­lə­ni yubatmazdı... Doğrudan da, Şahmar yanılmamış­dı. Oğlanın əl­lə­ri boşaldı. Bu də­fə o, qadı­nın üz-gö­zü­nü şil­lə­lə­mə­yə, yumruqlamağa başladı. Sonra o yekə­lik­də göv­də dağ uçan ki­mi bir­dən hön­kür­dü. Ağlaya-ağlaya qadı­nı duz ki­mi yaladı. Öpüş­lə­rə qərq etdi...
Şahmar göz­lə­ri­nə inanmadı. Bu nə­di, ila­hi?.. Doğrudanmı, gör­dük­lə­ri hə­qi­qət­di?..
"İla­hi!.. Biz ki­şi­lə­ri ni­yə belə zə­if yaratmısan? Güna­hı­mız nə­di?.."
Sarsıl­mış halda ordan uzaqlaşdı...

* * *

Gün günortadan əyil­miş­di. Kö­nül eyvanda kitab oxuyan Şahmara yaxınlaşdı.
- Poçtalyon si­zi çağı­rır, - dedi.
Teleqram gə­tir­miş­di. Qol çə­kib gö­tür­dü. Üç kəl­mə yazıl­mış­dı: "=mə­ni bağışla=dila­rə="
- Nə teleqramdı? Kim­dən gə­lib?.. - Kö­nül əyi­lib baxmaq is­tə­di, Şahmar qoymadı.
- Sən­lik deyil.
- Noolar oxuyanda?.. - Qız şi­tən­gi uşaq ki­mi əl çək­mə­di.
- Dedim ki, sən­lik deyil. Başa düş­mə­din?
- Pah!.. Mən­lik deyil, heç olmasın! - Qız in­ci­di. - Çox lazım­mış!..
- Ni­yə gedib öz iş-gü­cün­nən məşğul olmursan, Kö­nül?..
- Hə, bax, bu da sən­nik deyil!.. - Göz-qaşı­nı süz­dür­dü. - Gəl­miş­dim sən­nən söz soruşam. - Bir­dən dedi.
- Nə soruşacaqdın?
- İmkan verdin ki?..
- Yaxşı, qurtar gö­rüm...
- Nə bi­lim, elə elə­din ki, yadımdan çıx­dı.
- Onda get, yadına dü­şən­də gə­lib soruşarsan.
- Heç soruşmuram!.. Kobud!..
Kö­nül acıq elə­yib getdi. Gedə-gedə arabir çö­nüb Şahmara tə­rəf baxır­dı...

* * *

Dila­rə İlhama qovuşan gün­dən Sara dinc­li­yi­ni itir­miş­di. Gün­dü­zü də gecə ki­miy­di. İlhamı Dila­rə­yə qısqanır­dı. Dü­nə­nə­cən is­tə­di­yi vaxt bir yerdə olduğu, yatıb-durduğu adamla in­di yalnız dükan-bazarda, kü­çə­də gö­rü­şür, telefonla əlaqə saxlayır­dı. İlham qəs­dən ona tutduruq vermir­di. Sara başa düş­sə də İlhamı hə­mi­şə­lik itir­di­yi­ni ağlına sı­ğış­dıra bil­mir­di...
- Balam, belə artır­mısan? Belə yekəl­mi­sən?.. - İlhamı mağazasında yaxalayan Sara salam-kalamsız giley-güzara başladı.
- Nə olub ki?.. - İlham özü­nü o yerə qoymadı.
- Noolacaq? Day adamı saymır, iti­rib-axtarmırsan.
- Boynuma alıram, amma, vallah, iş-güc­dən vaxt yoxdu.
- Mə­nə yox də, İlham. O iş-güc əv­vəl də vardı. Demək, bundan sonra belə olacaq?..
- Başa düş­mə­dim?.. - İlham dedi.
- Düş­məz­sən də, yü­kü­nü tə­pə­yə yığ­mısan.
- Sara, açıq danış gö­rüm mən­dən nə is­tə­yir­sən?..
- Arada bir mə­ni də fi­kir­ləş. Adamı bir­də­fə­lik atmaz, unutmazlar axı...
- Gün­də zəng­lə­şir, dükan-bazarda rastlaşır, söh­bət­lə­şi­rik. Bu sə­nə bəs elə­mir?
- Mə­ni azdırma, İlham. - Saranın sə­sin­də hə­də vardı. - Nə is­tə­di­yi­mi yaxşı bi­lir­sən.
- Tutaq ki, bi­li­rəm. Dü­nən bir, bu gün iki, fik­rin Dila­rə ilə mə­ni tə­zə­dən ayırmaqdı? Səb­ri­ni bas gö­rək neyni­yi­rik də.
- Yaxşı, neynək...
İlham axı­rın­cı söz­lə­ri gü­zəşt ki­mi başa düş­sə də bir­məna­lı deyil­di. Sara ona müha­ri­bə elan etmiş­di...

* * *

Sara qəra­rında qə­tiy­yət­liy­di. Növ­bə­ti gə­li­şin­də Nazi­lə­ni yarızor, yarıxoş İlhamı şantaj etmə­yə razı saldı. Nazi­lə alver zamanı İlhamı xəl­və­tə çə­kib qə­fil­dən dedi:
- Sən­dən uşağa qalmışam.
İlham əv­vəl bunu zarafat sandı. Gü­lə-gülə:
- Nə?.. - dedi. - Mən­dən uşağa qalmısan?.. - Nazi­lə dedik­lə­ri­ni təkrarladı. - Nə danış­dı­ğı­nın fər­qin­də­sən, Nazi­lə?..
- Əl­bət­tə.
- Yaxşı fi­kir­ləş, Nazi­lə. Axı biz axı­rın­cı də­fə gə­rək ki, çoxdan bir yerdə yatmı­şıq?..
- Elə o vaxtdan qalıb, mən gec duyuq düş­mü­şəm. - İlhamın yumşaq davranı­şı, özü­nü itir­mə­si Nazi­lə­ni daha da ürək­lən­dir­di.
- Nə bi­lir­sən, bəl­kə başqasındandı?.. - İlham bir­dən onu sı­xış­dırmaq fik­ri­nə düş­dü. Dila­rə­nin qulağına çatacağından ehtiyatlanır­dı. Əv­vəl olsaydı, veci­nə almazdı.
- İlham, ilk tanış­lı­ğı­mızdan demi­şəm, sən ərim­dən sonra yatdı­ğım yeganə ki­şi­sən. - Nazi­lə qə­ti şə­kil­də bil­dir­di.
İlham bir­dən başa düş­dü ki, müba­hi­sə etdik­cə mə­sə­lə bö­yü­yür. Geri çə­kil­mə­li, bir­tə­hər Nazi­lə­ni yumşaldaraq aborta razı salmalı, axırda da onunla əla­qə­ni bir­də­fə­lik kəs­mə­liy­di...
Göz­lə­mə­di­yi halda Nazi­lə müəy­yən miqdarda pul tə­ləb etmək­lə İlhamın işi­ni asanlaşdır­dı.
Şantaj edil­di­yi İlhamın ağlına da gəl­mir­di. Nazi­lə­nin üzüyolalı­ğı da onda heç bir şüb­hə doğurmadı. Bir balaca də­ri­nə getsə, Nazi­lə­ni hə­kim-filanla hə­də­lə­səy­di, iç-üzü­nü aça bi­lər­di. Bərk­də əli yox idi. Onsuz da tutduğu iş­dən peşmandı...
Sara bu haqq-hesabdan sonra tapşı­rı­ğı­nı is­tə­di­yi ki­mi yeri­nə yeti­rə bil­mə­yən, İlhamdan çox asanca əl çə­kən Nazi­lə­yə bir daha Bakıda gö­rün­mə­yi qadağan etdi. Dedi, nə lazım olsa, mə­nə xə­bər verər­sən, gön­də­rə­rəm...

* * *

Nazi­lə­nin hə­rə­kə­ti İlhama pis tə­sir etsə də mə­sə­lə­ni səs-küy­süz yoluna qoyduğuna sevi­nir­di. Hə­mi­şə­ki ki­mi ürə­yi­ni deşən xə­bə­ri yenə Saraya danı­şıb yün­gül­ləş­mək fik­ri­nə düş­dü.
- Gör ha, qızdakı həya­sız­lığa bax!.. - Sara özü­nü tül­kü­lü­yə qoydu. - Heç göz­lə­məz­dim. Gə­rək əlüs­tü mə­ni çağıraydın, abrı­nı ətə­yi­nə bü­kəy­dim qancı­ğın! Ay-ayy!.. Əfəl tər­pən­mi­sən...
- Əşi, qoy cə­hən­nəm olsun!.. - İlham əli­ni yellət­di.
- Olmağına olsun ey, mə­sə­lə adamı hə­rif­lə­mə­yin­də­di!.. Çox qopartdı?..
- Belə də...
- Demə­din ki, ay lə­çər, uşağa qaldı­ğı­nı, aldadıb-aldatmadı­ğı­nı iki daşın arasında hardan bi­lim? Bəl­kə mə­ni şantaj elə­yir­sən? Bi­ri öy­rə­dib sə­ni mə­nim üs­tü­mə gön­də­rib?..
- Dü­zü, o momentdə belə şeylər ağlıma gəl­mə­di. - İlham boynuna aldı. - Bir­tə­hər sakit­ləş­di­rib yola vermək hayındaydım.
- Axı qarnı-başı bi­lin­mir­di qancı­ğın.
- Bəs bu haqda sə­nə heç nə demə­di?
- Demə­di. Mən də hardan bi­ləy­dim ki, belə bir hoqqa çıxardıb? Ovcumu iy­lə­mi­şəm?..
- Mən sə­ni günahlandır­mıram, Sara.
- Bi­li­rəm, günahlandır­mırsan. Amma lə­çə­rin rayondan basa-basa gə­lib burda sə­ni barmağına dolaması mə­nə toxunur axı. Eybi yoxdu, qalsın qulluğunda!..
- İnanmıram o bir də buralara hər­lə­nə, - İlham dedi.
- Nə bi­lir­sən?..
- Ürə­yi­mə damıb...

* * *

Sara İlhamdan əl çək­mək fik­rin­də deyil­di. Bekarlayan ki­mi Dila­rə­yə zəng vurdu. Öy­rən­di ki, evdə tək­di.
- Darıx­mırsan? - Soruşdu.
- Darı­xıram.
- Hazırlaş, sə­ni gö­tür­mə­yə gə­li­rəm.
- Hara gedi­rik, Sara?..
- Də­niz­kəna­rı parka. Deyir, tə­zə heyvanlar gə­ti­rib­lər. İs­tira­hət edər, keçmiş­lə­ri, gö­zəl gün­lə­ri­mi­zi xatırlayarıq. İş-güc­dən lap bezmi­şəm...
Də­niz­kəna­rı parkı dolaşandan sonra Saragi­lə gəl­di­lər. Çay içə-içə ordan-burdan söh­bət­lə­şir­di­lər. Söz hər­lə­nib-fırlanıb qadın mü­ğən­ni­lər­dən, şou əh­lin­dən düş­dü. Sara söz­gə­li­şi dedi:
- O gü­nü talkuçkadan tə­zə kasetlər almışam, bəl­kə bi­ri­nə qulaq asaq?..
- Nə deyi­rəm, qulaq asaq, - Dila­rə razılaşdı.
- Tumbanın gö­zün­də­di, sən bi­ri­ni seç qoy, mən də çayları tə­zə­lə­yim.
Dila­rə kasetlə­ri seçən­də gö­zü­nə bir şə­kil sataşdı. Qaldı­rıb baxanda dəh­şə­tə gəl­di. İlhamla Nazi­lə yataqda lüt, biə­dəb və­ziy­yət­də çə­kil­miş­di. Dila­rə Saranın ayaq sə­si­ni eşi­dib geri dön­dü.
- Bu nə şə­kil­di belə, Sara?..
- Boy, aaz, Allah mə­nim boynumu qır­sın!.. - Sara içi­ni çə­kib vaysın­dı. - Sə­ki mən o andıra qalmışların hamı­sı­nı yandır­mış­dım. Hardan tapdın?.. Ver mə­nə gö­rüm...
- Dayan, Sara. - Dila­rə vermə­di. - Əv­vəl başa sal gö­rüm nə şə­kil­di? Sən­də hardandı?..
- Az, vallah, bekara şeydi... - Sara şək­li Dila­rə­nin əlin­dən almağa çalış­dı. Dila­rə ayıq adam olsaydı, onun hə­rə­kət­lə­rin­də­ki sü­ni­li­yi duyardı.
- Nə­təər bekara şeydi? Bəl­kə deyə­sən, bunlar heç İlhamla Nazi­lə deyil?..
- Nə bi­lim, vallah...
- Sara, sə­ni and veri­rəm o bir Allaha, de gö­rüm Nazi­lə­ni mə­nə gö­rə tanı­mı­sı­nız, yoxsa mən­dən əv­vəl də tanı­yır­dı­nız?.. - Bu şüb­hə­lər Dila­rə­nin qəl­bin­də neçə vaxtdı oyanmış­dı.
- Az, fi­kir vermə, ki­şi­di də. - Sara yenə nala-mıxa döy­dü.
- Sara, mən sən­dən söz soruşuram...
- Bacı canı, İlhamdan qorxuram...
- Qorxma, hər şey öz aramızda qalacaq. - Dila­rə and iç­di.
Sara Nazi­lə­ni əv­vəl­dən tanı­dıqları­nı boynuna aldı. Nazi­lə­nin onu Bakıya, onların yanına İlhamın tə­lə­bi ilə gə­tir­di­yi­ni söy­lə­di. Əv­vəl razı olmurmuş. Kompüterdə montaj edil­miş bu şə­kil­lə­ri gö­rən­dən sonra yumşalmış­dı. İlham Nazi­lə­ni hə­də­lə­miş­di ki, onları hər yerə yayacaq. Hətta rayona da gön­də­rə­cək...
- Bəs şə­kil sən­də nə gə­zir?..
- İlhamın si­yir­tmə­si­nin gö­zün­dən gö­tür­müş­düm. Çoxdu. Hamı­sı­nı yandır­dım. Necə olub bu qalıb, özüm də bil­mi­rəm...
Dila­rə şək­li özüy­nən gö­tür­dü. Qapıdan çıxan ki­mi Sara İlhama zəng vurdu. Mə­sə­lə­ni anlatdı. Guya hər şey təsa­dü­fən, səh­lənkarlıq nə­ti­cə­sin­də baş vermiş­di. Xə­bərdarlıq etmək­lə güna­hı­nın bir qis­mi­ni yumaq is­tə­di­yi­ni bil­dir­di. Yalvardı ki, satqın­lı­ğı­nı Dila­rə­yə demə­sin...


* * *

Dila­rə İlhamı gö­rən­də andı­nı unutdu. Bir­cə anda əsib-coşdu. Rə­fi­qə­si­ni yaxşı tanıyan Sara bunu nə­zə­rə almış­dı...
- De gö­rüm bu nə şə­kil­di, İlham?..
İlham şə­ki­lə baxıb dilxor oldu. Hə­lə yaxşı ki, mə­sə­lə­dən xə­bərdardı.
- Hardandı sən­də?..
- Yaxşı fi­kir­ləş­sən, özün taparsan...
- Sara verib?..
- Tutaq ki, hə. Yə­ni bu nə­yi­sə də­yi­şir?..
İlham çox ora-bura burcutdu, nala-mıxa döy­dü. Dila­rə yaxasından əl çək­mə­di. Axırda hər şeyi açıb danış­dı. Saranın söy­lə­dik­lə­ri hə­qi­qət­di.
- Sə­nə nif­rət edi­rəm, İlham!.. - Dila­rə bomba ki­mi partladı. - Sən manyaksan, manyak!..
- Bağışla, Dila­rə. - İlham yalvarmağa başladı. - Axı­rın­cı də­fə bağışla mə­ni. And içi­rəm ki, bir də belə şey olmayacaq, inan!..
- Mə­nə toxunma!.. - İlham qucaqlamaq is­tə­yən­də Dila­rə də­li ki­mi bağır­dı.
- Nə­zə­rə al ki, mən bunların hamı­sı­nı sə­nə qovuşmaq üçün elə­mi­şəm, Dila­rə... - İlham özü­nü doğrultmağa çalış­dı.
- Mə­nə gö­rə? - Dila­rə əsə­bi­lik­lə gül­dü. - Mə­nə qovuşmaq üçün Nazi­lə ilə, Sara ilə yatıb kef elə­yir­din?.. Daha bir yerdə yaşaya bil­mə­rik, İlham! Sə­nə rast gəl­di­yim gü­nə daş-qaya yağaydı!..
İlham nə qə­dər yalvar-yaxar etdi­sə, Dila­rə­ni saxlaya bil­mə­di. O, gecəy­nən yı­ğı­şıb anası­nın yanına qayıt­dı...

* * *

Başı­nı iti­rən İlham bu də­fə də Saranın üs­tü­nə qaçdı. Dost məs­lə­hə­ti­nə, dost kö­mə­yi­nə ehtiya­cı vardı. Sara yalançı canıyananlıqla onu guya ortada cid­di bir şey olmaya-olmaya arvad ki­mi vay-şi­vən salmaqda günahlandır­dı.
- Yaxşı, bəs­di, sakit ol gö­rək neyni­yi­rik, - dedi. - Dünyanın axı­rı deyil ki...
- Neynir­sən elə, bi­zi barış­dır, Sara!.. - İlham yalvardı.
- Ə, nə qə­ri­bə adamsan? - Sara ürə­yin­də sevi­nir­di. - Nooldu, bu neçə vaxtda Dila­rə­ni heç iti­rib-axtarmır­dın, in­di bir­dən-bi­rə daddandı?..
- Allahsız danışma, Sara. Mən onu heç vaxt unutmamışam. Kim bil­mə­sə də sən bi­lir­sən.
- Əşi, yaxşı də, əti­mi­zi tök­mə...
- Onu sevi­rəm, Sara. İti­rib-axtarmamağım da başqası­nın arvadı olduğuna gö­rəy­di. Mə­ni qəbul etmir­di...
Für­sə­ti fö­vtə vermə­yən Sara İlhamı uşaq ki­mi ovundurub yatağına saldı. Şeytani ehtirasları ilə başı­nı qatdı... Sə­hə­ri­si Dila­rə­nin ağzı­nı aramaq üçün evlə­ri­nə baş çək­di. Onun da dər­di­nə bir başqa canıyananlıqla şə­rik oldu...
Sara hər iki­siy­nən ikibaşlı oyun oynayır­dı. Bir tə­rəf­dən məs­lə­hət verir, yasalayır, guya sül­hə çək­mək is­tə­yir­di, o bi­ri tə­rəf­dən altdan-altdan, dolayı­sı ilə hər iki­si­ni qı­zış­dı­rır­dı...
Dila­rə də başı­nı itir­miş­di. Mə­sə­lə­ni soyuqqanlı şə­kil­də gö­tür-qoy etmək, qiy­mət­lən­dir­mək, düz qərar çıxartmaq iq­tida­rında deyil­di. Bu da Saranın işi­ni asanlaşdı­rır­dı. Hadi­sə­lə­ri is­tə­di­yi zaman is­tə­di­yi səm­tə yö­nəl­dir, dolaşdı­rır­dı...
İlhamın mal dalınca Çi­nə uçmağı, Bakıdan getmə­yi Saranın əl-qolunun açılmasına, daha artıq fəallaşmasına sə­bəb oldu. Dila­rə­yə dil-fil tök­dü, canıyananlıq gös­tər­di, iki-üç gü­nün için­də saqqı­zı­nı oğurladı. Tə­zə­dən ci­ci-bacıya dön­dü­lər. Hər­lə­yib-fırlayıb Dila­rə­ni bir­lik­də Dubaya getmə­yə razı saldı. Yaxşıca gə­zər, fik­ri­ni dağıdar, özü­nü toplayarsan, dedi. Dubaydan qayıdandan sonra is­tə­sə Dila­rə­ni özü­nə kö­mək­çi gö­tü­rə­cə­yi­nə söz verdi. Guya onun ki­mi səda­qət­li, etibarlı rə­fi­qə­yə, dosta ehtiya­cı çoxdu. Dila­rə Saranın yağlı dil­lə­ri­nə aldandı. Fi­kir­ləş­di ki, rə­fi­qə­si yə­qin ona etdi­yi xəya­nə­tin, pis­lik­lə­rin əvə­zi­ni çıxmağa çalı­şır. Əməl­lə­rin­dən peşmandı. Neynək, Allah günahları­nı bağışlasın...

* * *

Sara rə­fi­qə­si­ni Dubaya aparıb giz­li fahi­şəxanalardan bi­ri­nə satdı. Ancaq işi­ni ehtiyatlı tutdu. Şər­tə gö­rə, fahi­şəxana sahi­bi­nin adamları Dila­rə­ni gecə vaxtı yi­yə­siz kü­çə­lər­dən bi­rin­də Sara ilə gedər­kən oğurladılar. İş-iş­dən keçən­dən sonra Sara kü­çə­nin ortasında qara-qış­qı­rıq saldı. Hətta axtarış üçün poli­sə də xə­bər verdi. Onlar rə­fi­qə­si­ni tezlik­lə tapacaqları­nı söy­lə­yib onu sakit­ləş­dir­di­lər...
İlham Dilarə­ni­ni oğurlanmasında Saranı günahlandır­dı. O, hər vəch­lə çulunu sudan quru çıxartmağa, onu günahsız olduğuna inandırmağa çalı­şır­dı.
- Axı mən hardan bi­ləy­dim ki, kü­çə­nin ortasında maskalı quldurlar bi­zə hücum edə­cək, Dila­rə­ni oğurlayacaqlar?..
- Bəs ni­yə sə­ni də oğurlamadılar?.. - İlham hirs­lə soruşdu.
- Mə­ni də oğurlaya bi­lər­di­lər.
- Nooldu, pi­şik asqır­dı?..
- İmkan ver, ətraflı danı­şım, başa salım də. Bax, ayaqqabı mazolumu döy­müş­dü. Bəl­kə deyə­sən, ayağımdakı mazoldan da xə­bə­rin yoxdu?..
- Əşi, özü­nü artist­li­yə qoyma.
- Hə, ayaqqabı ayağı­mı döy­dü­yü­nə gö­rə yaxşı yeri­yə bil­mir­dim. Dila­rə bir az mən­dən irə­li­də gedir­di. Bina­nın ti­ni­nə çatanda iki maskalı quldur qə­fil­dən onun üs­tü­nə atıl­dı. Bi­ri əlüs­tü ağzı­nı yumaraq qolları­nı arxaya qanır­dı, o bi­ri ayaqları­nı yerdən üz­dü. Yazıq qı­zı çı­ğırda-çı­ğırda maşına basdılar. "Polis! polis!..", deyə də­li ki­mi bağıraraq ağzı geri qaçdım. Quldurlar səs-kü­yü eşi­dib yox oldular...
- Sə­nə inanmıram, Sara! - İlham bağır­dı.
- Əşi, inanmırsan, heç inanma! - Sara da əsəbi­ləş­di. - Allah qoysa polis onu tapar. Özü hər şeyi sə­nə danışar. Gö­rüm onda nə deyə­cək­sən?.. Üzün olacaqmı üzr is­tə­mə­yə?..
- Tə­ki Dila­rə tapıl­sın, üzr is­tə­yə­rəm.
- Ayaqlarıma dö­şə­dib yalvardacağam. İlan di­li çıxardacaqsan...
- Eybi yoxdu...
- Nə is­tə­səm, hamı­sı­nı yeri­nə yeti­rə­cək­sən­mi?..
- Eh, Sara, sən onsuz da is­tə­dik­lə­ri­nin hamı­sı­nı mən­dən hə­mi­şə artıqlaması ilə almısan.
- Yenə alacağam!.. - Sara yarızor, yarıxoş İlhamı basmarlayıb altına yıx­dı. - Mən­dən qaça bil­məz­sən, sən mə­nim­sən, vəssalam!..

davamı
XS
SM
MD
LG