Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Danimarka deyir ki, Ukrayna F-16-lardan yalnız öz səmasında istifadə edə bilər


Rusiya avqustun 21-də bildirib ki, Danimarka və Niderlandın Ukraynaya F-16 qırıcı təyyarələr vermək qərarı münaqişəni daha da qızışdıracaq.

Kiyev isə bildirir ki, bu qırıcılar Rusiya təcavüzünə qarşı mübarizədə qüvvələr balansını dəyişməlidir.

Ritzau agentliyinin yazdığına görə Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin deyib:

"”Ukrayna sülh üçün şərtləri özü müəyyən etməlidir” şüarı arxasında gizlənən Danimarka Ukraynanı Rusiya ilə qarşıdurmanı davam etdirmək seçimi qarşısında qoyur”.

Kiyev isə bildirir ki, F-16 qırıcıları onun iyun ayından başladığı əks-hücumu gücləndirəcək və işğalçı Rusiya qüvvələrinin Ukrayna ərazisindən çıxarılmasında mühüm rol oynayacaq.

Təlimlər 6 ay çəkəcək

Ukrayna hərbi hava qüvvələrinin sözçüsü Yuri İqnat deyib ki, “havada hegemonluq torpaq üstündə uğurun açarıdır”.

Lakin Danımarkanın müdafiə naziri Yakob Ellemann-Yensen deyib ki, Ukrayna ona veriləcək F-16 qırıcılarından yalnız öz ərazisində istifadə edə bilər:

"Biz silahları bir şərtlə veririk ki, ondan düşməni Ukrayna ərazisindən vurub çıxartmaq üçün istifadə olunsun. Bu şərt istər tanklara, istər döyüş təyyarələrinə, istərsə də bütün başqa silahlara aiddir”.

Ukraynanın müdafiə naziri Oleksi Reznikov deyib ki, Ukrayna pilotları artıq F-16 qırıcılarında təlimlərə başlayıblar, amma bu təlimlərə azı 6 ay vaxt lazım gələcək.

Təlimlər habelə mühəndislərə və mexaniklərə veriləcək.

Niderland və Danimarka Ukraynaya F-16 göndərəcək

Hollandiya və Danimarka Ukraynaya F-16 verməyə hazır olduqlarını deyiblər. Hollandiyanın baş naziri Mark Rutte bunu bazar günü Volodimir Zelensky-nin onun ölkəsinə səfəri zamanı deyib.
Rutte deyib ki, Hollandiyanın ümumilikdə 42 F-16-ı var, amma indidən bunların hamısının ianə şəklində veriləcəyini demək tezdir: "Bu gün biz onu demək istəyirik ki, Niderland və Danimarka F-16 ları Ukraynaya və Ukrayna Hərbi Hava Qüvvələrinə transfer etməyə hazırdır".
Rutte bunu Eindhoven hərbi hava bazasında Zelensky ilə birgə mətbuat konfransında bildirib. Ukrayna prezidenti deyib ki, F-16-lar onun ölkənin Hərbi Hava Qüvvələrini gücləndirəcək və müdafiənin qurulmasına yardımçı olacaq.
2021-ci ilin fevralından Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir.
XS
SM
MD
LG