Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:29

“The Mail on Sunday” “Leyla Əliyevanın London mülkünün” şəklini dərc edib


Leyla Əliyeva və məqalədə sözü gedən mülkü
Leyla Əliyeva və məqalədə sözü gedən mülkü

“The Mail on Sunday” qəzetində David Rose yazır ki, Londonun dəbdəbəli malikanələri korrupsiya ilə əldə olunmuş sərvətin simvoluna çevrilib.

.

“The Mail on Sunday” qəzetində David Rose yazır ki, Londonun dəbdəbəli malikanələri korrupsiya ilə əldə olunmuş sərvətin simvoluna çevrilib.

Məqalədə deyilir ki, korrupsiyalı əcnəbi diktatorların və onların rəsmilərinin Londonun bahalı evlərini alması nəticəsində sadə londonluların yaşamaq üçün özlərinə ev alması qeyri-mümkün olub.

*Youtube Kanalımıza abunə ol - Ölkədə baş verənlərdən xəbərin olsun

Qəzet yazır ki, bu həftə Londonun Lancaster House salonunda keçiriləcək antikorrupsiya sammitində baş nazir David Cameron çox güman, Britaniyanın, çirkli pulların yuyulmasına və mənimsənilməsinə qarşı mübarizənin ön cəbhəsində oldğunu bəyan edəcək.

“Beşmətəbəli binanın altıncı mərtəbəsi”

Məqaləyə əlavə edilmiş şəkillərdən birində Londonun mərkəzindəki penthauslardan – bahalı “cardaq” mənzillərindən biri əks olunub.

“The Mail on Sunday” yazır ki, paytaxtın bahalı və dəbdəbəli Mayfair rayonunda, Park Lane küçəsində yerləşən bu mülkün 4 və 5-ci mərtəblərində yerləşən “çardaq mənzilin” sahibi Azərbaycan prezidenti İlham Əliyevin qızı və kübar xanım Leyla Əliyevadır. (Məqaləni ingilis dilində buradan oxuyun)

“Əliyev ölkənin neft ehtiyatlarından milyardlar əldə edib və sızmış ABŞ diplomatik teletayplarında “mafia bossu”na bənzədilib” – deyilir şəkil sözündə.

Londonun dəbdəbəli malikanələri korrupsiya ilə əldə olunmuş sərvətin simvoluna çevrilib

Qəzet yazır ki, bu bina və onun mənzilləri ofşor şirkətlərin və Briytaniya firmalarının mürəkkəb şəbəkəsi vasitəsilə qeydiyyatdan keçirilib və bu ofşorlardan birinin direktoru Leyla Əliyevadır.

Lakin hökumətin tənqidçiləri bildririrlər ki, Britaniya hətta öz müstəmləkələrindəki “vergi cənnətlərini” “kitab-dəftərlərini” açdırmaqda və bu məqalədə şəkilləri dərc edilmiş London saraylarının əsl sahiblərinin kim olduğunu dedirtməkdə acizdir.

“The Mail on Sunday” yazır ki, beynəlxalq antikorrupsiya təşkilatı Transparency International ötən il dərc etdirdiyi hesabatda Britaniyanın hüquq-mühafizə orqanlarına istinadən bidirirdi ki, 2004-cü ildən bəri ümumi dəyəri 180 milyon funt sterlinqdən çox olan mülklərə dair cinayət işləri açılıb.

Lakin qəzetin öz məlumatlarına görə, Birləşmiş Krallığın mülkiyyət bazarına yatırılan korrupsiya pullarınının toplam məbləği təxminən 26 milyard dollardır. Bu isə onu göstərir ki, korrupsiyalı pullarla əldə olunan mülkiyyətin yalnız 1 faizi araşdırılıb.

Bu da qeyd olunur ki, belə mülk sahiblərinin dörddə üçü öz kimliklərini ofşorlar vasitəsilə gizlədir.

“The Mail on Sunday” yazır ki, bu cür “məxfiləşdirmənin” ən asan yollarından biri də qeydiyyatın Vircin adaları, Cəbəllütariq və Kayman adaları kimi Britaniya monarxiya protektoratlarında, və ya xarici ərazilərində keçirilməsidir.

Onlar Britaniya bazarına bahalıq gətiriblər

Qəzet böyük təəssüf və məyusluqla yazır ki, sözü gedən antikorrupsiya sammitində Britaniyanın Vircin adaları iştirak etməyəcək.

Məqalə müəllifinin fikrincə, digər tərəfdən David Cameron Vircin adalarına, onun daha böyük şəffafglığa getməsi üçün təzyiq göstərmək niyyətində deyil.

Timur Kulibayevin Britaniya şahzadəsindən aldığı iddia olunan malikanə
Timur Kulibayevin Britaniya şahzadəsindən aldığı iddia olunan malikanə

Bu həftəsonu Britaniya Milli Mülkiyyət Alqı-Satqı Assosiasiyasının (National Association of Estate Agents) sədri Mark Hayward baş naziri daha qətiyyətli addımlar atmağa çağırıb.

O Camerona yazdığı məktubda bildirir ki, “çirkli pullarla alınmış mülklər uzun müddət boş qalır” və o məhəllədə yaşayanlar ev sahiblərinin kim olduğunu belə bilmirlər. Bu isə öz növbəsində Britaniyaya xas icma hissinə xələl gətirir.

Ən mühümü isə budur ki, bu mülklərin bazardan çıxarılması, ümumilikdə ev bazarındakı qiymətləri əlçatmaz edir.

Mark Hayward höküməti Britaniyanın protektoratlarından hesabatlılıq tələb etməyə çağırıb.

“Bu o deməkdir ki, məsələn, ofşorlardakı şirkətlərdən biri Mayfair rayonunda ev alanda, biz, mülkiyyət alqı-satqı agentlikləri kimi əsl ev sahibinin kimliyi barədə məlumatlandırılmalıyıq – yazır Hayward, - Korrupsiya pullarına bizim bazarda yer olmamalıdır”.

Üç London boyda

Global Witness beynəlxalq təhqiqat qrupunun antikorrupsiya kampaniya lideri Eleanor Nichol deyib ki, hazırda Britaniyada üç London ərazisi boyda yaşayış sahəsi xarici şirkətlərin mülkiyyətindədir.

Nichol Vircin adaları kimi ofşor ərazilərə hökumət nəzarətinin artırılmasına çağırıb.

Qəzzafinin oğluna aid olduğu söylənən London mülkü
Qəzzafinin oğluna aid olduğu söylənən London mülkü

Kampaniyaçı deyib ki, “biz kimlərinsə vergidən yayındığını və ya terroru maliyyələşdirdiyini mətbuat “sızmalarından” yox, rəsmi idarələrdən öyrənə bilməliyik”.

Nichol həmçinin korrupsiyalı əcnəbilərə vizaların verilməməsinə çağırıb.

Bu bazar günü Global Witness və Oxfam yenicə keçirilmiş ictimai rəy sorğusunun nəticələrini elan edirlər.

Sorğu nəticələrinə görə respondentlərin 80 faizi Britaniya müstəmləkələrinin şəffaflığının təmin olunmasının cənab Cameron-un “mənəvi borcu” olduğunu düşünür. 85 faiz bu qənaətdədir ki, bütün Britaniyadakı və ofşorda şirkətlərin sahiblərinin adları açıqlanmalıdır.

Məqalədə keçmiş Qırğızıstan prezidenti Kurmanbek Bakıyevin oğluna məxsus 8.6 milyon dollarlıq malikanədən də söz açılır.

Bu mülkün rəsmi sahibi Belizdə qeydiyyatdan keçmiş “balıqqulağı” şirkətlərdən biridir. Məhz həmin şirkət Maksim Bakıyevə məxsusdur.

Bu da qeyd edilir ki, “öz ölkəsində milyonlarla dolların oğurlanmasında ittiham olunan Bakıyev” Britaniyadan sığınacaq istəmişdi.

Məqalədə şahzadə Andrew-nun Qazaxıstan prezidentinin kürəkəni Timur Kulibayevə satdığı “sarayın” və Liviya diktatoru Muammar Gaddafinin oğluna məxsus, amma indi sahibsiz qalmış evin də şəkli verilib.

Hələlik, bu məqalədə iddia olunan bahalı mənzillə bağlı nə prezident İlham Əliyevin administrasiyasından, nə də onun qızı Leyla Əliyevanın təmsilçilərindən hər hansı fikir səslənməyib.

Amma Leyla Əliyevnın Moskva, London və başqa şəhərlərdə bahalı mülklərə sahib olması barədə bundan əvvəl də beynəlxalq media orqanlarında məlumatlar yayılıb. Prezident İlham Əliyevin sözçüsü həmin idialarına birinə bildirmişdi ki, "bütün vətəndaşlar kimi prezidentin övladlarının da biznes etmək hüquqları var." Leyla Əliyeva da jurnalistlərə özünün biznesinin olduğunu deyib.

Həmçinin baxın:

XS
SM
MD
LG