Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:40

Martin İden Azərbaycanda doğulsaydı


Yusif Hansen
Yusif Hansen

- "Bir tərəfdən monopoliya, digər tərəfdən acgözlər, o biri tərəfdən alkaş yazarlar..."

Yusif Hansen

Bizim Martin İden

Ədəbiyyatı mənə sevdirən əsər Cek Londonun "Martin İden"idir. Orada mübarizə aparmaq, məqsəd üçün çətinliklərə, iztirablara dözmək kimi fikrlər həqiqətən də mənə təsir edib.

Həm artıq yazmağa başlayanda daima Martini xatırlamışam. Bəlkə də elə bir gün olmayıb ki, onu fikirləşməyim.

Sual ortaya çıxar ki, son 100 ildə bizdə niyə Martin İden kimi yazıçı formalaşmadı. Əla sualdır, elə deyilmi?

Ədəbiyyata nəzər yetirsək, açıq-aydın görmək olar ki, ədəbiyyat yoxdur. Sadəcə adı qalıb. Bir tərəfdən monopoliya, digər tərəfdən acgözlər, o biri tərəfdən alkaş yazarlar.

Bir zamanlar ədəbiyyata özünü soxan insanlar dönüb olublar monopolist. Gəncləri həvəsdən salmaq əsas işlərindəndir. Hələ qonorarlı yerləri zəbt etməklərini demirəm.

Məşhurluq üçün hər yola əl atanlar, ədəbiyyata qız tutmağa gələnlər, sərxoş halda özünü göstərənlər və s.

Bizim yazıçılar paxıllıqdan digərlərinin yazısını oxumur. Oxuyanda isə fikr bildirmir. Bizimkilər dövlətdən pul, ev gözləyir.

Martin İden əziyyətin, fasiləsiz çalışmağın nəticəsində qazanılan uğurun nümunəsidir. Lakin bizdə əziyyət çəkən insanlar heç zaman layiq olduqlarını əldə edə bilmir.

Paxıllıq imkan vermir digərlərinin əziyyətini görməyə. Bizdə iki cümləni ard-arda qoyan da dünyanın onun ətrafında fırlandığını düşünür.

Martin Azərbaycanda olsaydı, 1 qəpik də qazanmayacaqdı. Acından elə də gəbərib gedəcəkdi.

Kim idi ona qonorar verən, yazılarını çap edən. Mikayıl Müşfiqi öldürən, Cəlil Məmmədquluzadəni dəyərləndirməyən bizlər, sizcə, Martinin qədrini biləcəkdi?!

Martin bizdə doğulsaydı, yazıçı olmaq arzusuna düşməyəcəkdi. Çünki başı 5-10 manat pul qazanmağa qarışacaqdı.

Martin dünyanın içini, həyatın özünü anlamışdı. Qısa müddətdə uzun ömür yaşayan insandan qat-qat çox təcrübə qazanmışdı.

İndi mənə deyin görüm. Bizdə Martin kimi bir yazıçının olacağına hələ də inanırsız?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG