Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:10

İlham Əliyev: «Etimadın bərpası üçün Ermənistan işğal olunmuş ərazilərdən çıxmalıdır»


İlham Əliyev insan hüquqları, media və sərbəst toplaşma azadlığı haqda...
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

İlham Əliyev insan hüquqları, media və sərbəst toplaşma azadlığı haqda...

-

«Azərbaycanda demokratiyanın aliliyi, insan hüquqları, media və sərbəst toplaşma azadlığı var. Ölkə əhalisinin arısından çoxu internet istifadəçisidir».

Bunu prezident İlham Əliyev iyunun 28-də ATƏT Parlament Assambleyasının 23-cü sessiyasındakı çıxışında deyib.

Prezident bildirib ki, cəmiyyət daxilində sabit siyasi islahatlar yaradılıb. Azərbaycan aydın xarici siyasət yürüdür. Beynəlxalq təşkilatlarla, xüsusi ilə Avropa ilə əməkdaşlıq prioritetdir:

«Bununla yanaşı dünyanın bir çox ölkələri ilə, qoşulmamaq hərəkatına üzv dövlətlə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq».

Azərbaycanın hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini bildirən İlham Əliyev deyib ki, əsas məsələ beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsidir:

«BMT Təhlükəsizlik Şurasının elə qətnamələri var ki, bir neçə saat ərzində həyata keçirilir. Elə qətnamələri də var ki, 20 ildir kağız üzərində qalıb. Azərbaycana münasibətdə də belə qətnamələr var və bu, Azərbaycan xalqını narahat edir. Bunun nəticəsində həmin beynəlxalq təşkilatlara etimad azala bilər. Biz 20 ildir erməni təcavüzündən əziyyət çəkirik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir erməni işğalı altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir sıra ölkəsində tanınıb».

İlham Əliyev - 28 iyun 2014
İlham Əliyev - 28 iyun 2014

«NİYƏ ERMƏNİLƏR İKİNCİ DƏFƏ AZƏRBAYCAN TORPAQLARINDA DÖVLƏT YARATMALIDIRLAR?»

İlham Əliyev deyib ki, Ermənistan BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarına məhəl qoymur:

«Həmsədrlər bildirirlər ki, status-kvo dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını təyin etməyə gəlincə, «Helsinki prinsipləri»nə görə, bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb».

İlham Əliyev vurğulayıb ki, etimadın bərpa olunması üçün Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır:

«Münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması ən ədalətli həll prinsipidir. Qaldı ki, öz müqəddəratının təyin edilməsi ilə bağlı deyilən fikirlərə, artıq Ermənistan dövləti var. Bununla erməni xalqı öz müqəddəratını təyin edib. Ən yaxşı yol Ermənistanın öz ordusunu işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmasıdır».

ATƏT Parlament Assambleyasının 23-cü sessiyası
ATƏT Parlament Assambleyasının 23-cü sessiyası

««ŞAHDƏNİZ» AVROPANIN GƏLƏCƏK ENERJİ XƏRİTƏSİNİ TAMAMİLƏ DƏYİŞƏCƏK»

«Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Yoxsulluq 5 faizə düşüb. Son 10 ildə Azərbaycan iqtisadiyyatına 170 milyard dollar sərmayə qoyulub».

Bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasındakı çıxışında prezident İlham Əliyev deyib.

Prezident deyib ki, hökumət Azərbaycan iqtisadiyyatını şaxələndirmək istiqamətində çalışır. O, Azərbaycanda təhsil sahəsində sərmayələrin artırılacağını vurğulayıb:

«Təhsil radikalizmə, ekstremizmə, ksenofobiyaya qarşı mübarizə aparmaq sahəsində əhəmiyyətlidir».

İlham Əliyev Azərbaycanda etnik, dini ayrı-seçkiliyin olmadığını da bildirib.

Azərbaycan prezidenti enerji məsələlərindən də danışıb. Bildirib ki, təhlükəsizlik enerji məsələsindən ayrı təsəvvür oluna bilməz:

«Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan Cənub Qaz Dəhlizinin mühüm təşəbbüskarıdır. «Trans-Anadolu», «Trans-Adriatik», «Şahdəniz» layihələri həyata keçirilməkdədir. Bunlar Avropanın gələcək enerji xəritəsini tamamilə dəyişəcək. Əslində enerji diplomatiyası, maraqların balansı uğur üçün əsas şərtdir».

XS
SM
MD
LG