Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:59

Avropa Şurası Azərbaycanı cəzalandırır


AŞPA
AŞPA
-

Avropa Şurasının Parlament Assambleyasının komitə iclaslarının yaxın 2 ildə Azərbaycanda keçirilməsinə qadağa qoyuldu.

AŞPA-dan bildiriblər ki, buna səbəb Azərbaycanın assambleyanın üzvü olan René Rouquet-ə verilmiş vizanı son anda ləğv etməsidir.

Bu da onun AŞPA-nın mayın 22-23-də Bakıda keçirilən Büro iclasına qatılmasını əngəlləyib.

AŞPA-nın Bürosu qərara alıb ki, iyunun 1-dən etibarən assambleyanın komitə iclasları 2 illiyinə Azərbaycanda keçirilməsin.

Yalnız seçkilərin izlənməsi üzrə missiyalar üçün istisna olacaq.

Büro bildirir ki, Azərbaycanın hərəkəti Avropa Şurası qarşısında öhdəliklərin və AŞPA-nın Paris protokolunun pozulmasıdır.

Üzv ölkələr AŞPA üzvlərinin Assambleyanın işi ilə bağlı hərəkət azadlığına şərait yaratmalıdırlar.

Bu şərti pozanların 2 il müddətinə komitə iclaslarına ev sahibliyi etməkdən məhrum edilməsi qaydası 2011-ci ildə qəbul edilib və öz öhdəliklərinə hörmət etməyən dövlətlərə tətbiq olunur.

2013-cü ilin noyabrında həmin cəza Gürcüstana da verilib.

Amma Büro onu da bildirir ki, əgər Azərbaycan AŞPA üzvlərinin assambleyanın işləri ilə bağlı sərbəst hərəkətinə təminat versə, qadağa ləğv edilə bilər.

Büro həm də AŞPA-nın Prosedur qaydaları, toxunulmazlıq və institusional işlər kimitəsinə müraciət edəcək ki, Paris protokolunun bu kontekstdə necə həyata keçirildiyini araşdırsın.

Cənab Rouquet Assambleydakı Fransa nümayəndə heyətinin sədri və Assambleyanın vitse-prezidentidir.
XS
SM
MD
LG