Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 04:54

​Hökumət “Freedom House”la dil tapa bilmir


Natalia Gherman, David Kramer, Lithuanian officials
Natalia Gherman, David Kramer, Lithuanian officials
-
3 ÖLKƏNİN PREZİDENTLƏRİ TBİLİSİDƏ NƏDƏN DANIŞACAQ?

Tbilisi 3 gün sonra reallaşacaq təhlükəsizlik sammitinə hazırlaşır. ANS PRESS-in verdiyi məlumata görə, artıq paytaxtın əksər küçələrində keçiriləcək sammitin bilbordları asılıb.
Abdulla Gül və İlham Əliyev
Abdulla Gül və İlham Əliyev
Martın 6-da keçirilməsi planlaşdırılan təhlükəsizlik sammitində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri də iştirak edəcək. Siyasi politoloqlar isə bu sammitin Gürcüstan üçün önəmli olduğunu bildirirlər. Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Çiskarişvili bildirib ki, bu görüş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasının sona çatdığı bir dövrə təsadüf edir.

"Çox güman ki, prezidentlər bu görüşdə dəmir yolu xəttinin digər detallarını müzakirə edəcəklər, çünki hazırda hər 3 ölkə üçün ən əhəmiyyətli məsələ budur, amma prezidenlərin görüşü təkcə Bakı-Tiflis- Qars dəmir yolu xətti mövzusunu əhatə etmir. Bu həm də Gürcüstan üçün iqtisadi baxımdan əhəmiyyətli görüşdür", - deyə Müstəqil Ekspertlər Klubunun prezidenti bildirib.

“REPRESSİV REJİMƏ ETİBAR ELƏMƏK SƏHV İDİ”

«Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə hazırlaşdığı bir dövrdə bu ölkədə siyasi məhbusların sayı heç vaxt olmadığı qədər çoxdur».
Avropa Şurası Parlament Assamleyası
Avropa Şurası Parlament Assamleyası
“Avropa Stabillik Təşəbbüsü” təşkilatının rəhbəri Gerald Knaus Azərbaycanda insan haqlarının acınacaqlı durumu, xüsusən siyasi məhbus probleminin kəskinləşməsilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının üzvlərinə məktub göndərib. Knaus AŞ PA üzvlərini Azərbaycandakı vəziyyətlə əlaqədar təcili tədbir görməyə çağırır.

“Azadlıq” qəzetinin yazdığına görə, məktubda ötən ilin yanvarında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi Christoph Straesser-in hazırladığı qətnamə layihəsinin qəbul olunmaması “Azərbaycanda siyasi məhbus probleminin dərinləşməsinə rəvac verən böyük bir yanlışlıq” kimi dəyərləndirilir.

HÖKUMƏT “FREEDOM HOUSE” İLƏ DİL TAPA BİLMİR

“Yeni Müsavat” qəzeti “Freedom House” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatına hakimiyyətin münasibətindən yazır:
Freedom house logo
Freedom house logo
“Bu təşkilatın hesabatı ilə bağlı müşahidə olunan tendensiya ondan ibarətdir ki, hər dəfə Azərbaycan hökuməti buna etiraz edir, hesabatla razılaşmır. Nədənsə Avropa Şurası, Avropa Birliyi, NATO ilə “dil tapan” hökumət, “Freedom House”, “Human Watch” kimi beynəlxalq təşkilatlarla əməkdaşlıqda anlaşa bilmir.

Deputat Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, “Freedom House” 4-5 il əvvəlki köhnə xəbərləri əlavə edib, hesabat hazırlayır. Deputatın sözlərinə görə, Azərbaycanın media azadlığı sahəsində vəziyyət Rusiya, Gürcüstan, Ermənistandan qat-qat yaxşıdır.

HEYDƏR ƏLİYEV İRSİ

“Azərbaycan” qəzeti YAP Mətbuat xidmətinin rəhbəri, YAP Siyasi Şurasının üzvü Hüseyn Paşayevin məqaləsini dərc edib:
Heydər Əliyev və İlham Əliyev
Heydər Əliyev və İlham Əliyev
“Tarixdə şəxsiyyətlərin rolu daim önə çəkilir, yüksək dəyərləndirilir. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük hörmətlə yanaşır. Ulu öndər Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir.

Dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin hər bir dövrü tədqiqat obyektidir. Bu gün hansı sahənin inkişafından bəhs ediriksə, uğurlarımız müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

əhz dahi şəxsiyyətin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni bir səhifə açdı. Bu səhifəni vərəqlədikcə ulu öndərin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyasının genişliyi daha aydın nəzərə çarpır, böyük fəxr hissi yaradır”.
XS
SM
MD
LG