Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 07:54

Süz şair, səninlə deyiləm?


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Elsevər Əzimzadə


Sağlıq

Sən doldur stəkanı..
Bir zamanlar ki,
Dünya öküzün buynuzlarındaydı
Heraklın çiynindəydi göy üzü
Onda düz vaxtı idi dünyanın
Yeyirdik
Içirdik
əylənirdik
ölürdük…

dünya o qədər böyük idi ki
divlər sürü ilə dolaşırdılar,
indi, iki qoçun başı bir qazanda qaynamır

hələ çox şeyləri xatırlamıram…
atdı göy üzünü çiynindən Herakl
düşdü yer üzü öküzün buynuzundan
yiyəsiz qaldıq
öldü divlər sürüylə
indi bu xarabaya allah da yiyə durmaz

Indi sən orda rakı içirsən
Mən səni düşünürəm
Saçlarıma qarısıb barmaqlarım
Zibili cixib dunyanin indi
Ölürük
içirik
ölürük...
Indi bizim çiyinlərimiz
dostlarımızın ağlamaq yeridir ancaq
əziz dost,
Sənə çiyinmi yollayım
Yoxsa, goz yaşı ən duru yerindən
Ağla,
Divlər də ağlayar
Amma kimsə görməz divlərin göz yaşını...
Sən süz...
Mən köklü bir ah çəkim...
Dikmə yerə bəbəklərini
Sallama başını
Süz şair, səninlə deyiləm?
Nə qədər azan verilməyib yüz ataq...
XS
SM
MD
LG