Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:26

Ilham Əliyevlə insan haqlarından danışmaq xahişi


Arxiv foto: Prezident İlham Əliyevin Çex Respublikasına səfəri, Praqa, 5 aprel 2012
Arxiv foto: Prezident İlham Əliyevin Çex Respublikasına səfəri, Praqa, 5 aprel 2012
Çexiyanın bəzi qeyri-hökumət təşkilatları öz ölkələrinin rəhbərliyinə çağırış ünvanlayıblar.

Müraciətdə qeyd edirlir ki, prezident İlham Əliyevin bu ilin aprel ayında Praqaya gözlənən rəsmi səfəri zamanı Azərbaycandakı insan haqları və siyasi məhbus problemlərini qabartsınlar.

Çexiya prezidentinə, xarici işlər nazirinə və senat rəhbərinə məktub ünvanlayan “NESEHNUTI” (Müstəqil Sosial Ekoloji Hərəkat), “DEMAS” (Demokratiyaya Yardım və İnsan Hüquqları Assosiasiyası) və “People in Need” təşkilatları bildirirlər ki, Azərbaycan Avropa Şurasının üzvü olsa da, indiyədək demokratik seçkilər keçirməyib, ölkədə müstəqil məhkəmə yoxdur, sərbəst toplaşma, söz və fikir azadlığı sahəsində müxtəlif hüquq pozuntuları mövcuddur.

Məktub müəllifləri xatırladırlar ki, Mətbuat Azadlığı indeksində Azərbaycan rəsmi Praqanın hər zaman insan hüquqları kontekstində tənqid etdiyi Belorusla eyni səviyyəni paylaşır.

Azərbaycan jurnalistlərinə, siyasi fəallara daimi təzyiqləri xatırladan məktub müəllifləri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin son prezident seçkisini tənqid etdiyi üçün həbs olunduğunu vurğulayır.

“NESEHNUTI”, “DEMAS” və “People in Need” rəhbərləri yazırlar ki, Azərbaycanın Çexiya və Avropa Birliyinə olan strateji mövqeyindən xəbərdardılar və ona görə də inanırlar ki, İlham Əliyev hökumətinin yaratdığı problemlərə əhəmiyyətsiz yanaşmaq olmaz.

Məktub müəllifləri xahiş edirlər ki, Çexiya rəhbərliyi İlham Əliyevlə görüşərkən sərbəst toplaşma və soz azadlığını əhatə edən qanunvericiliyə dəyişiklik məsələsini qaldırsınlar. O cümlədən, Azərbaycan prezidentini Anar Məmmədli də daxil olmaqla siyasi motivli məhkəmələrə son qoymağa çağırsınlar. Həmçinin məktub müəllifləri onu da xahiş edirlər ki, İlham Əliyevin səfəri zamanı onun açıq mətbuat konfransını təşkil etsinlər.
XS
SM
MD
LG