Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:54

Sayman Aruz. Halımdan soruşma, deyəsi deyil


-

Sayman Aruz


Halımdan soruşma, deyəsi deyil
çiynimdə bir payız ayrılığım var.
Döyüş sonrası bir döyüşçü kimi
bütün yaralarım ağız açıblar.

Payızdan gəlmişəm, xəzəlli, küllü
çözə bilmədiyim fəlsəfələrlə.
Bir qız “Azadlıqda” məni gözləyir
özüm “İnqilabda”, boş kafelərdə.

Çaya üsyan edən balaca balıq
sanırmış dənizlə görüşəcəkdir.
Talei baltadan asılan ağac
sonunda topraqla öpüşəcəkdir.

Qızlığı gedirmiş arzularımın
dostlarım divara düzülən zaman.
Həsrətim kafedə araq vurumuş
özüm yatağında büzülən zaman!

Görürəm yuxuda Fokonu, Marksı
gəlmək istəyirəm sənin yanına.
Bir inək içimdə sənə süd verir,
bir qoyun vurulur öz çobanına

Payızın içində bir bahar yatır
yatağın içində siqaret
və mən...
Durnalar gediblər, qalıbdı yalnız
külqabı dibində, siqaret
və mən...

“Heç nəyə” söykənən bu dünya, bu “heç”
şişəyə söykənən, bu qara milçək.
Ölümə tuşlanan acı həyatım
milçəyə tuşlanan sarı hörümçək!

Sonu oxunmayan nümrədi sevgi
yazılır tuvalet divarlarına.
Bir sperm ağlayır kandomda hər gün
itihar öyrədir damarlarına!


Müəllifin müsabiqəyə göndərdiyi əsərlərdən yalnız bu şeir İnternet saytlarında çap edilməyib. Və buna görə münsiflərə yalnız 1 şeiri təqdim edilib. (101-ci şair imzası ilə)
XS
SM
MD
LG