Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:46

Suriya rejiminə aprelin 12-i səhərə qədər vaxt verilib


Suriya müxalifəti tərəfindən aprelin 6-da yayılan şəkil,Taftnaz şəhəri 2012
Suriya müxalifəti tərəfindən aprelin 6-da yayılan şəkil,Taftnaz şəhəri 2012
Rusiyanın BMT Təhlükəsizlik Şurasının Suriyadakı böhranı tənzimləmək üçün konstruktiv tədbirlərini dəstəkləməkdən imtina etməsi Bashar Assadə hakimiyyətdə qalmağa imkan verir.

Bunu ABŞ dövlət katibi Hillary Clinton Vaşinqtonda «Böyük səkkizlik» ölkələrinin xarici işlər nazirləri ilə görüşündəki çıxışında deyib.

Aprelin 11-də isə Clinton Vaşinqtonda Rusiyanın xarici işlər naziri Serqey Lavrovla Suriyayla bağlı danışıqlar aparacaq.

BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annan isə bu gün İranda Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparacaq. İran Suriyanın ən yaxın müttəfiqlərindəndir.

BMT Təhlükəsizlik Şurası Suriyanı yenidən Kofi Annanın sülh planını yerinə yetirməyə çağırıb. Döyüşlərin dayandırılması üçün son günün aprelin 12-i səhər olduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyada baş verənlərdən dərin narahatlıqlarını da bildiriblər. Suriya hakimiyyətindən aprelin 10-a qədər döyüş bölgələrindən ağır texnikanın çıxarılması tələb olunsa da ölkədə hələ də silahlı qarşıdurma davam edir. Bashar Assad rejimi Bazar ertəsi plana əməl etmək üçün əlavə şərtlər irəli sürüb.

Hüquq müdafiəçilərinin məlumatına görə, aprelin 10-u Suriyada baş verən qanlı toqquşmalarda azı 30 adam ölüb.
XS
SM
MD
LG