Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:54

Stefan Zweigin əsəri Azərbaycan dilinə tərcümə edilib



Avstriya yazıçısı Stefan Zweigin Azərbaycan dilinə tərcümə edilmiş yeni əsəri satışa çıxıb.

«Rotterdamlı Erazmın Qələbəsi və Faciəsi» adlı kitabı Namiq Hüseynov və Zaur Səttarlı tərcümə edib.

Kitab Stefan Zweigin «Alatoran Yayınları» seriyasından dərc olunan 4-cü kitabdır.

Bundan əvvəl həmin seriyadan «Bəşəriyyətin ulduzlu saatları», «Dünənin Dünyası» tarixi novellalar toplusu 2010-cu ildə dərc olunmuşdu.

2011-ci ildə isə Stefan Zweigin XIX əsr Alman mədəniyyətinin 3 böyük şəxsiyyətinin - Hölderlinin, Kleystin və Fridrix Nicshenin sarsıntılarla dolu həyatından bəhs edən «İblislə savaşanlar» adlı kitabı tərcümə edilmişdi.
XS
SM
MD
LG