Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:21

Amnesty İnternational Azərbaycanda insan haqlarının vəziyyətinə dair yeni hesabat yayır


Müxalifətin 2010-cu ilin yayında Bakıda keçirdiyi etiraz askiyalarından birində həbs edilən fəallardan biri.
Müxalifətin 2010-cu ilin yayında Bakıda keçirdiyi etiraz askiyalarından birində həbs edilən fəallardan biri.

Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas insan azadlıqlarının vəziyyətindən bəhs edən xüsusi hesabat hazırlayıb. “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan hesabatda bu ilin martında baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir və beynəlxalq ictimaiyyət neft zəngini olan Azərbaycanda insan haqlarının pozulmasına göz yummamağa çağırılır.

Sənədə görə hökumət ölkədə ictimai fəallar və dissidentlərin gözünü qorxutmaq üçün əlindən gələn hər şeyi edir. İnternet Azərbaycanda fikrin azad ifadə edilməsi üçün sonuncu ünvana çevrilib.

Amnesty İnternational qeyd edir ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət ildən-ilə pisləşir və hazırda bu ölkədə tənqidi söz deyənə dözüm çox aşağı səviyyədədir. Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, harda olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır.

Bunlar Amnesty İnternational-ın yeni hazırladığı hesabatın ümumi məzmunudur. Sənədin özü noyabrın 16-da rəsmən elan ediləcək.

Azərbaycanda insan haqlarını müdafiə qurumları ölkədə hazırda 20-ə yaxın siyasi məhbus olduğunu deyirlər. Onlardan 10 nəfərə yaxın bu ilin yazında müxalifətin Bakıda keçirdiyi etiraz aksiyalarında həbs olunanlardır.

Rəsmilər isə adətən beynəlxalq təşkilatların insan haqlarının vəziyyətinə görə Bakıya yönələn tənqidlərini rədd edirlər. Onlar bildirirlər ki, belə tənqidlər yalnız hansısa dairələrin Bakıya təzyiq cəhdlərinin nəticəsidir.
XS
SM
MD
LG