Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:47

ABŞ Qarabağa dair Baza Prinsiplərini dəstəkləyir


Robert Bradtke
Robert Bradtke

Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke bildirir ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-ə nəzərdə tutulan Kazan görüşündə onun ölkəsi də fəal iştirak edir və dövlət başçılarına təqdim edilən münaqişənin həllinə dair baza prinsiplərini Washington da dəstəkləyir.

Səfir Bradtke iyunun 23-də ABŞ-ın Moskvadakı səfirliyində keçirdiyi brifinqdə deyib: “İndi müzakirə edilən Baza Prinsipləri mən deməliyəm ki, sülh razılaşması deyil. Bu, beş səhifə yarımlıq və 14 maddədən ibarət olan bir çərçivə sənədidir. Sənəd tərəflərə sülh razılaşmasının əldə edilməsi üçün bir qaydalar təqdim edir. Xarici işlər nazirlərinə yekun sülh razılaşması üzərində işləmək üçün təlimat nəzərdə tutur. Yəni, çərçivə sənədi yekun sülh razılaşması deyil.

Yenə də mən Deauville bəyanatına qayıtmaq istəyirəm. Həmin bəyanatda həmsədr ölkələrin – ABŞ, Rusiya və Fransanın prezidentləri qeyd edirlər ki, hazırkı Baza Prinsiplərinin balanslaşmış sənəd olduğuna inanırlar.

Hazırda Kazan görüşünə prezident Medvedev vasitəçilik edir, amma ABŞ da bu prosesdə olduqca fəal iştirak edir.

Biz prezident Medvedevin, Xarici İşlər naziri Lavrovun çox gözəl qarşılıqlı əməkdaşlıq, çox yaxın əlaqələndirmə şəraitində gördükləri işi alqışlayırıq, onlara təşəkkür edirik. Hamımızın ortaq marağı odur ki, müharibə olmasın. Fransa və Rusiya ilə birlikdə qeyd edirik ki, sülh yolunun alternativi yoxdur.

İndi sual odur ki, tərəflər özləri razılığa gələ bilmək üçün siyasi hazırlıq nümayiş etdirə, ortada olan prinsipləri qəbul edəcəklərmi. Onlar Baza Prinsiplərini qəbul etsələr, proses növbəti mərhələyə daxil olacaq. Bu mərhələ də prinsiplərin qəbulundan yekun sülh razılaşmasının detallarının müzakirəsinə keçiddən ibarətdir.”

Robert Bradtke qeyd edir ki, hazırda Qarabağ danışıqları 2001-ci ildə Key West-də sülh razılaşması cəhdindən bu yana ən vacib mərhələdədir.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü iyunun 24-ə nəzərdə tutulur. Həm Azərbaycan, həm də Ermənistan rəsmiləri bu prinsiplərin qəbul edilə biləcəyini deyib.

HƏMÇİNİN OXUYUN:
A.Əzimov Kazan görüşündən ciddi nəticələr gözləmir
ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır
ABŞ səfiri: «Barak Obamanın Kazan görüşünə olan ümidlərini bölüşürəm»
Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri
Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir
Vladimir Doroxin: «Dağlıq Qarabağ danışıqlarında ümidlər zamanıdı
XS
SM
MD
LG