Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:38

Səudiyyə ordusu Bəhreynə girir


Manamada etirazçılarla polis arasında qarşıdurma, 13 mart 2011
Manamada etirazçılarla polis arasında qarşıdurma, 13 mart 2011

1000 nəfərlik bu qrupun hökumət binalarının mühafizəsinə cəlb olunduğu bildirlilr.

Qərb agentliklərinin məlumatına görə, Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan ölkələrdən 1000 nəfərlik hərbi dəstə Bəhreynə daxil olub. Martın 14-də sərhədi keçən hərbçilər müxalifətin kütləvi etiraz askiyaları keçirilən bu ölkədə dövlət binalarının mühafizəsinə cəlb edilib.

Müxalifət liderləri isə bu addımı açıq-aşkar işğal adlandırıblar.

KƏŞ Baş Katibi Abdul Rahman al-Attiyah martın 14-də bildirib ki, bloka daxil olan ölkələrdə sabitliyin qorunması bütün üzv ölkələrin öhdəliyidir. Amma o, Bəhreynin özündən kömək xahiş edilib-edilməmedilməməsi haqqında bir söz deməyib.

Bəhreyndə çoxluqda olan şiə-müsəlmanlar hakimiyyət başındakı sünnilərin ayrıseçkiliyinə məruz qaldıqlarını bildirirlər.

Şuraya sünnilərin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar, Oman və Bəhreyn daxildir.

Bazar günü ABŞ özünün 5-ci donanmasının yerləşdiyi Bəhreyn hakimiyyətini dialoq yolu ilə ölkədə sabitliyi bərpa etməyə çağırıb.

Dünəndən Bəhreyn polisi paytaxt Manamada bank mərkəzini tutumağa çalışan etiraz askiyası iştirakçıları ilə qarşıdurmaya girib. Şahidlər bildirirlər ki, biznes mərkəzin qarşısını kəsən 350 nəfərlik dəstəni dadağıtmaq üçün gözyaşardan qazdan və rezin güllələrdən istifadə edib. Amma günortadan sonra minlərlə aksiya iştirakçısı yenidən həmin mərkəzin qarşısına axışıb.

Xəstəxana rəsmiləri qarşıdurmada 200 nəfərə qədər adamın yaralandığını bildirirlər. Onların çoxu da gözyaşardan qazdan xəstaxanaya düşüb. Daxili İşlər Nazirliyi qarşıdurma zamanı 14 polis əməkdaşının da yaralandığını bildirir.

Bəhreyn kralı yenidən əsas müxalifət qrupları ilə dialoq təklif edib. Amma müxalifət hökumət istefa verməyincə və siyasi məhbuslar azad edilməyincə danışıqlardan imtina edir.
XS
SM
MD
LG