Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:59

Qəşəm Nəcəfzadə. Sevgi şeirləri (2)


əvvəli burda


SKAMYA


Bax, üstü qara qələmlə cızılmış,
döşünə Günay +Aydın yazılmış
Skamya hər səhər insan oxuyur,
Oxuyur, özü də yaman oxuyur.
Bəlkə də Günayı
çoxdan unudub Aydın
Hələ də skamya özündə saxlayır
Günayın ağırlığını.
Bəlkə də skamya elə bilir
Günay hələ də onun üstündə
əyləşir.


MƏTBƏX SÖHBƏTI

Hər səhər cibimdə sevgi məktubun
çıxır, xanım!
Əziyyət çəkib
axşamlar yazırsan, sağ ol.
Yavaşca pencəyimin
cibinə qoyursan, sağ ol.
Xəttin mühasib xəttinə oxşayır,
Xəttin qabaq belə təngnəfəs deyildi.
Indi həriflər soğan qabığı kimi pırttaşıq,
Rəqəmlər iran kortofu kimi köntöy.
Qabaq gədəbəy kimi xəttin vardı.
Amma hər sözün, hər kəlmən
indi də yeməlidi,
Məktubun mətbəximizin
təzə oxu kitabıdı
10 kilo kortof (gədəbəy)
4 kilo ət (mal)
2 kilo düyü (uzun)
3 kilo qənd (kəllə)
2 kilo kələm (dolmalıq)
20 dənə yumurta (kənd)
1 bankə qatıq (təzə)
2 dənə diş pastası(siqnal)
Turalın boğazına dərman (luqol)
Serukal yadından çıxmasın.
Kəramətə ayaqqabı mazı al.
Sevincin universitetinə dəy,
ordan xəstəxanaya get
xalamı gör,Təranəni soruş,
deynən bayramda gələsi olduq.
Torpaq məcələsiynən maraqlan,
gör nə vaxt verirlər.
Sara xanıma zəng elə
gör mənim məktəb işim nə oldu.
Məktubun cibimdən-cibimə köçür,
əlimdən-əlimə keçir,
işdə bütün günü sənə cavab
yazmaq haqqında düşünürəm,
xanım hey!


ELEGIYA

Naziləni bir gecənin içində öldürdülər
O günü məktəbdə müəllimlər dərs
keçmədilər.
Hamı gəlmişdi Naziləgilin qapısına.
O günü sürülər zəmilərə doluşdu,
çöldə mal-qaralar
çobansız otladılar.
Arvadların xəmiri acıyıb
ləyəndən daşdı.
O günü kəndin dükanı açılmadı,
Kəndin toylarını Nazilənin qırxından
sonraya saxladılar.
O günü heç kəs evində çörək yemədi.
O günü toyuq - cücələr qapılarda
ac qaldı.
O günü sevən sevdiyinə baxmadı.
Naziləni bir gecənin içində
öldürdülər.
Naziləni əri öldürdü,
Nazilə ərini sevməmişdi.
Nazilə bir şeir yazıb vermişdi mənə
Mən də o şeiri çap etdirə bilməmişdim.


EVƏ QAYIDANDA...


Həyat yoldaşım Tabəs xanım ücün

Evə qayıdırarn uşaqlar yatıb,
Sənin də gözündən yuxu sürüşüb.
Adımı əlinin icinə yazmaq,
Görəsən hayandan yadına düşüb?!

Mən sənin ən pinti, dəcəl balanam,
Hər gün üst-başımı təmizləyirsən.
Məni dəli kimi sevdiyin ücün,
Mənimlə bir qabda yemək yeyirsən.

Yaşın otuz ücü kecibdi coxdan,
Qız xasiyyətini dəyişməmisən.
On səkkiz yaşında qaldığın ücün,
Hələ zəmanəyə uyuşmamısan.

Qadın ol, ana ol, qız olma daha,
Sevginlə başıma oyun acırsan.
Başında on səkkiz yaşm sevdası,
Məni qayğılarda qoyub qacırsan.

Sevirəm mən səni bu həyat kimi,
Sənə sevgilərim yüz cürə donda.
Harda şeirlərim qafıyəsizdi,
Uşaqların üstün örtmüşəm onda.

Cörək-su dalınca cıxmışam evdən,
Məni pis adamar yüz yerdən sıxıb.
Evə qayıtmışam axşamlar, bəzən,
Sevirəm söyləmək yadımdan cıxıb.

Gör necə ucadı qəlbimdə yerin,
Sən ki aşağıda dayanmamısan.
Sənin haqqındadı hər sevgi şerim,
Sən bu xoşbəxtliyə inanmamısan.


SƏN ÖLƏN GÜN

Gözəlim,
Əgər ölüm gercəksə
Sən ölən gün,
Əllərin yumulan gün
Sevgi boşdu.

Yeri cəkin gətirin,
Göyü cəkin gətirin,
Mən inanan deyiləm,
Ölümdən sonra yaşamaq var.

Adam aldadırsınız,
Adam oynadırsınız.
Ürək öləndən, sevgi öləndən
Sonra
neçə yaşamaq olar?

Sevdiyim gözlərin yumulaçaqsa,
Yaşıl ağaç kimi quruyaçaqsa,
Bir addım yer səni susduraçaqsa,
Mən neçə inanım sevgiyə, məhəbbətə?

Allah bilir, səni neçə sevirəm,
Bu boyda sevgimdən sonra ölsən,
Bu boyda sevgimdən sonra sussan,
hələ özümün cox inandığım,
hələ özümün arxalandığım
Məhəbbətim də boşdu.

Boşdu Eyfel qülləsi,
Qız qalası!
Bu dünyada milyon-milyon qalası
Hər nə var,
Boşdu, başımızı aldadırlar.


TƏLƏBƏLIK ILLƏRINDƏ

Tələbəlik illərində,
Bir gözəl sevdi məni.
Rəfıqələri o qədəriydi
Hamısı salam verirdi mənə.
Məniydim Institutun şan-şöhrətli oğlanı.
Kəndcim Sərvaz,
Birini sevmək istədi, qoymadım.
Elə bilirdim o qızdan,
Nəsə qopub qalır o qızlarda.
Dostlarım dedi ki, siqaret cəkim,
Bu, oğlana bir yaraşıqdı.
Məsləhət gördülər lap araq icim,
Onda qızlar daha cox sevir adamı.
Mən yandım, o soyudu.
Istədim deyəm: - evimiz ikimərtəbəlidi,
Ancaq kəndcim Sərvaz xəbərcidi.
O, soyudu, elə bil,
Rəfıqələri də küsdü məndən.
Kitabım da cıxmadı ki,
Ona həsr etdiyim şeri oxuya.
Rəfiqələri durna dəstəsitək dağıldı.
Istədim ölüm, onu peşiman eləyim,
Ölə bilmədim.
Istədim başqasını sevim,
Onun bağrı catlasm,
Sevə bilmədim.
Mənə verdiyi rəngli şəkli
Ağlaya-ağlaya aparıb
qaytardım
Elə bilirdim almayacaq,
banşacaq.
Məndən də qəşəng,
Məndən də gozəl
Yaşlı, kök, bığlı,
Norka papaqlı,
Zırpı bir oğlan gözləyirdi onu,
Mənim körpə, incə, nərmənazik
ağ kəpənəyimi.
Ağladım...
Məndən də cox ağladı Sərvaz.


ƏLLƏRIN HAQDA

Əllərim mənə oxşayırmış
Içindəymiş səsi.
Körpə kimi qımıldanır
əllərinin istisi.
Şana- şana barmaqların
dolmuşdu səsnən.
Söz damırdı,
Ürək damırdı tap-tup
barmaqlarından.
Əllərin sərbəst şeirmiş
Misra dodaqların
Qafiyəsiz olsa da,
Gözəl bir şeir kimi
Oxunur bu dünyada.


ÖLMƏK ISTƏYIRDIM

Düşüb carpayıma üzüqoyulu,
Ağlaya-ağlaya örtüb üzümü,
Yenə, yenə də
Bügünün dalınca gedə bilmədim.
Yumulu gözümdə darıxdı işıq,
Yıxılı canımda danxdın sən də,
Ölmək istəyirdim, ölə bilmədim.
Sinəmi yastığa yıxa bilmədim,
Aldada bilmədim səni, yatasan.
Yatıra bilmədim ayaqqabımı –
Özümü öldürəm, torpağa atam,
Dostu ürəyimdə yıxa bilmədim.
Tökülüb dalımca gəlmişdi hamı,
Hammın üzünə baxa bilmədim.
Alnımdan tər kimi axırdı şer,
Yenə də özümü yıxa bilmədim.
Bugünün dalınca gedə bilmədim,
ƏI cəkib özümdən, yenə, yenə də
Utana-utana dalınca gəldim.


CIÇƏYIM

Cicəyim, ləcəklərin tozludu,
Qoy öpüm, yuyulsun.

Gülüm, baxışların qəmlidi,
Bax mənə, durulsun.

Mən qəmi dada bilirəm,
Mən qəmi uda
bilirəm,
Hec olmasa aldada bilirəm.
Sən aldanan deyilsən
Hec nəyə.
Sən inanan deyilsən
bir şeyə.
Sən öləcəksən
mənim gülüm,
Qoy mən səndən
qabaq ölüm!


MƏNI ALDADAYDIN

Məni aldadaydın payıza kimi,
Solan yarpaqlara cataydım barı.
Məni aparaydın payıza kimi,
Məni ağlayaydı payız toyları.

Elə bahar kimi sevəydin məni,
Bir ağac olaydım baxışlarında.
Acıb hisslərimi qız sacı kimi,
Axıb durulaydım baxışlarında.

Bir məktub yazaydın mənim adıma,
Tufanlı dənizdə ada tapaydım.
Bir məktub yazaydm mənim adıma,
Yerimi məktubda salıb yataydım.

Yaşıl yarpaqlarda ölə bilmirəm,
Məni bu baharda düşürməyəydin.
Məni aparaydm payıza kimi,
Orda yarpaqlarla ölüb gedəydim.

Orda bir qatara minik başlanıb,
Məni aldadaydın payıza kimi.
Orda yollar toylu, göylər yağışlı,
Üzəydim, üzəydim dənizə kimi.


EŞIT, ƏZIZIM

Eşit, nə deyirəm, eşit, əzizim,
Ürəyim yıxılıb qollarım üstə.
Bir gözəl sevimli həsrətin vardı,
Ha sevdim, oxşadım o, məndən küsdü.

Düşünə-düşünə qoçaldı qəlbim,
Əllərim saralan payız yarpağı.
Eşit, nə deyirəm, eşit, əzizim,
Bu yola başdaşı oldu ayağım.

Xəzan istəyirdin, bu da ki xəzan,
Səni unudunça çanım cıxaçaq.
Yanında bir həsrət qoyub gedirəm,
Bu sadiq «gözəldən» ömrün qorxaçaq.

«Vağzalı» calınır, eşidirsənmi?
Işığı ağlayan bu toy kimindi?
Eşit, əzizim,
Köhnə qəbiristandan baş alıb qacan
O tənha, o yalqız qəbir mənimdi.

Eşit, əzizim,
Gəl apar ömrümü ciyinlərində,
Tabut ürəklərə qoyma ki, düşəm.
Torpağın altında eşidəçəyəm,
Bir qız yaylığını alıb əlinə,
Məni cağırırdı: - «Qəşəm, ay Qəşəm!..»


DIVARI DÖYMƏ

Əllərin ağrıyar, döymə divarı,
Biləyin yorular, qəlbə dəyirsən.
Aramıza düşən bu lay divarı,
Mənim başdaşımdı, niyə döyürsən?

Daş da kövrələndi, suvağı qopar,
Ağzıgöycəklərin marağı qopar.
Üzüyün laxlayar, dırnağın qopar,
Mənim göz yaşımı niyə döyürsən?

Neyləyim, bu sənin etibarındı,
Araya qoymusan güç vuranındı.
Türmə divarımdı, ev divarımdı,
Divar qardaşımı niyə döyürsən?

Mənə nə elədin, yaxşı elədin,
Bu daşı bağırımın başı elədin.
Məni üzüyünün qaşı elədin,
Sonra da bu qaşı niyə döyürsən?

Görəsən döydüyün sözüm deyil ki,
Araya qoyulan üzüm deyil ki…
Divarı döyürsən, dizin deyil ki,
Daş olmuş huşumu niyə döyürsən?

Sən döydün…elə bil qəlbim isindi,
Ürəyim oynadı, sirri bilindi.
Alıb quçağıma başımı indi,
Qacıram, başımı niyə döyürsən?


HƏYAT

Düşünb-daşınıb,
Daşınıb-düşündüm bir az,
Həyat bir daş kimi alnıma dəydi.

Adam ağladanmış sevgi deyilən,
Qızların göycəyi atıb gedənmiş.
Sevilib-sevilib atılan oğlan,
ayılan gözəl,
Ayıldım, bunların hamsı nədənmiş?

Sevməyin qaydası olurmuş demə,
Getməyin, gəlməyin yolu varıymış.
Alovdu, dənizdi sevgi deyilən,
Alova, dənizə qız gəlmir axı,
Alovdan adama ev olmur axı.

Sevməyin qaydası olurmuş, demə,
Bu yolu bilənə qızlar vurulur.
Guya ki, məhəbbət dərs kimi şeymiş,
Onu əzbərləmək, öyrənmək olur.

Düşünüb-daşınıb,
Daşınıb-düşündüm bir az,
Həyat bir daş kimi alnıma dəydi.


ARAMIZDA

Aramıza adam yağar,
Aramıza yağış yağar,
Aramızda ağaç bitər.
Aramızdan təyyarələr,
Səslərini göz yaşı tək,
töküb kecər.
Aramızda qaranəfəs
bir qatarın qəlbi vurar.
Aramızda bütün günü yağış yağar.

Yağış yağar dizinəçən,
Gözlərinə inanmazsan.
Yağış yağar ürəyinə,
Yağış tutar yuxunu da,
Bu yağışa inanmazsan.
Aramıza yağış yağar,
Aramıza adam yağar,
Aramızda ağaç bitər.


ÇUXUR

Gözü almasatanın gözünə oxşayır
zalım qızının,
Deyir, rəfiqəm qıçını çəkir
- Əlini ombasına qoyub-
onun burasına bax eyy...
Baxıram
gözəlliyin sındığı yerə,
Baxışların səksəkəsinə.
Elə bil rəqsin bir notu
sürüşüb düşüb.
Hara getdi yolları çuxur oldu,
Ayaqları hər yerdə
bir çuxura düşüb çıxdı.
Gözəl idi,
Gözəlliyi gizlədirdi nöqsanı.
Düz yeriyirdi,
Ən dərin çuxur idi rəfiqəsi.


BEŞILLIK

Məhəbbətin boş və mənasız bir şey olduğunu
axır ki, anladıq
Məhəbbət eqoizim və intiriqa mənbəyidir .
Məhhəbbət hisslərin ötüşməsi
Sevənlərin bir- birin üzünə durmasıdır.
Ailələri məhəbbət dağıtdığını
Bir dəfəlik anla və başa düş.
Məhəbbət “Mən” deməkdir
Mən olan yerdə ikinci
Mən yoxdur.
Məhəbbət başqa birisinin
Etibarının yoxa çıxmasının sübutudur.
Məhəbbət birinin başqa birisi
üzərində qələbəsidir.
Məhəbbət yoxluğun isbatıdır.
Məhəbbət təzyiqdir
Məhəbbət əbədi deyil əsla
Olsa - olsa
köhnə kişilər demiş
beşillikdir.


NƏ YAXŞI…

Doldum tellərinə,
Doldum əllərinə,
Doldum yollarına,
Hər şeyə bağladın məni.

Küləklərə söz yazdım,
Tez ayıldım, ayazdım.
Bir cay kimi dayazdım,
Kecib ayaqladın məni.

Yandım, oduma düşdün.
Sevdim, adıma düşdün.
Yenə yadıma düşdün,
Nə yaxşı, yoxladın məni.


ÇEVRILMƏ

Yağışın içində qadın əllərinin olmağı
şübhəsizdi.
Yağış köynəyimin sökülmüş
Düym
əsini iynələyəndə
qadın əllərini tanıdım.
Yağış qadınların sinonimidir,
Bəlkə də o biri üzüdür.
Bütün yağışlar o biri üzünə
çevrilmiş qadınlardı.
Bütün qadınlar o biri
üzünə çevrilmiş yağışlardı.
Kişilər də o biri üzünə
çevrilmiş küləklərdi.
Küləyin o biri üzü kişidir.
Qadınları yağış üzünə
çevirən
kişilərin külək üzünə
çevrilməsidir,
Kişilərin də o üzünə
çevrilməsi səbəbi
yaşadığı boşluqdur.


SIFIR

Azadlıq istəyirsən,
Telofon nömrələrini gizləyən qadın,
Sən azad deyilsən.

Aşkar saatların əlindən qaçıb
gizli bir saata məhkum olursan.
Dəqiqələrlə qucaqlaşıb
saniyyələrdə gizlənirsən.
Bilirəm bu saat
24 saatın harasındasan?
Yumşaq dəqiqələrin
hansı yerində yatıbsan.
Mən indi sənin yerini yox,
zamanını bilirəm.
Azadlıq istəyə-istəyə
saatdan-saata qaçdın.
Məndən çox-çox uzaq
bir məsafəylə qucaqlaşdın.

Telefon nömrələrini gizləyən qadın,
Axşam - səhər əllərini yusan da
bax nömrələr əlindən silinməyib:
1 – baş barmaq
2 – başala barmaq
3 – uzun hacı
4 – qıl turacı
5 – balaca bacı.

Sənin əllərinə yazığım gəlir,
üzükləri payız yarpaqları
kimi tökülüb.

Səndən soruşuram necəsən?
Gözlərin “sıfır” yazır.

Mən səni şəhərin içində yox,
vaxtın içində gəzirəm.
Daha doğrusu,
gizləndiyin saata
girmək istəyirəm.


MƏNASIZ

Buludların sənə oxşadığı yaxşı yadımdadı,
Səndən keçmiş yağırdı,
Ən çox səni məktublarına görə sevdim.

Mən əbədiyyətə nifrət edirəm,
Əbədi sevgilər tamamilə mənasızdı.
Bizi sevgi qoymurdu
bir-birimizi başa düşək.
Sevgini unutduq
mətbəx sinfoniyasının
cədaları altında
insan olduğumuzu anladıq,
Nəyə ehtiyacımız olduğunu bildik,
Adam dilində söhbət elədik.
Mən səni sevəndə ən pis adam
olduğunu bilirdim.
Amma sonra anladım ki,
sən dünyanın ən yaxşı qadınısan.
Sevgi şeirlərim mənasızdı
oxuma.

Ən yaxşısı budur ki,
bax gör sənə nə almışam.
XS
SM
MD
LG