Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:27

Rəsul Yunandan şeirlər


-

Səni düşünmək

Səni düşünmək,

Həyatı düşünməkdir.

Torpaq altında

Dar-düdük bir qəbirdə

Günəşi düşünməkdir.

Qarlı gecədə,

Qıfıllanmamış qapıları,

Qaçmağı düşünməkdir həbsxanada.

Səni düşünmək dəyərlidir,

Ən azı

Adamın qəlbindən

Bir bulaq coşar,

Bir at gələr orada su içər,

Bir quş gələr orada oxuyar...

Həsrət

Duman boruları,

Antenlər,

Qarqalar,

Sadəcə

Keçmişimdən bunlar yadıma gəlir.

Pəncərədən

Eşiyə baxdığım günlərdən...

Sizin apartmanız

Uzaqda idi,

Yerlə göy üzü qovuşan yerdə...

Rəsmdə görünməyən paslı piano

Yalqız adamın rəsmi,

Uzun bir küçədir.

Və onun dibində olan

Bağlı qapı.

Yalqız adamın rəsmi,

Rəsmdə görünməyən

Paslı pianodur.

Yalqız adamın rəsmi,

Əsən yeldir,

Solğun ay.

Yalqız adamın rəsmi,

Bütün kədərlərin rəsmidir...

Qalabalıq

Mənə elə gəlir

Çin məhəllələrində itmişəm

Hər yer hay - küydü

Hər yer qalabalıq.

Keşkə

Sarı bir əjdəha qarşıma çıxıb

Məni udsun!

Son qoysun bu itgin düşməyimə.

Nə çətin bir işdir

Qalabalıqda yalqız yaşamaq...


Diyaloq

- Ölümdən sonra həyatı inanırsan?!

- Yox!

- Ama inan

Səndən sonra diri qaldım

Qar altından

qurtarılan dağçı kimi!


Kravat

Yavaş - yavaş modernləşirəm

Masa arxasında

Yemək yeyirəm

Kravat bağlayıram

Rəp musiqisinə

Qulaq asıram

İnternetdə

Sevdiyim şairləri izləyirəm

Yavaş - yavaş

Özümdən çıxıram

Tosbağa balası yumurtadan çıxan kimi

Yenidən doğulmaq

komik də olmuş olsa

Çox gözəl və həyəcanlı bir şeydir!


Kiçik gəmi

Dənizi görərkən

Qanım maviləşər

Ürəyim

Qağayıya dönər

Dənizi görərkən

Dənizə dönərəm

Xırda bir dənizə.

Qafam

Bir kiçik gəmi kimi

Yelkənini qaldırar...


Ağ ölüm

Atam yayda öldü

Ölüm mavi idi.

Payızda öldü Leyla

Ölüm sarı idi.

Yaşar

Baharda öldü

Ölüm yaşıl idi.

İndi mən borcluyam bir ağ ölümə!


Toz

Keçmiş

Yıxılmiş bir qəfədi

Ölmüş bir ağ at.

Paslı bir topança

Sınıq bir güzgü.

Qoca bir qanqester

Şeirimdən keçir.


Adsız bir şeir

Tankların borusundan

Həm cənnətə yol var

Həm də cəhənnəmə.

Şübhəsiz

Əsgərlər cənnətə gedəcəklər

Diktatorlar, cəhənnəmə.


Dayça

Ardımdakı evlərdən

Bezikmişəm

Dənizə sarı qaçıram!

Uçuram qanadsız.

Dəniz, uzaqdan

düşünə bilmir!

Ona sarı qaçan

İnsanmı

Ya da ki dayça?!

XS
SM
MD
LG