Qəza

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi qəzaya uğrayıb, 38 nəfər həlak olub. Azərbaycanda quru sərhədlərdə gediş-gəliş 2020-ci ilin martından koronovirus pandemiyası ilə bağlı məhdudlaşdırılıb. Amma pandemiya başa çatsa da, məhdudiyyət götürülməyib. Azərbaycanın sərhədyanı rayonlarından qonşu Gürcüstana, Rusiyaya alış-veriş, digər məqsədlərlə getmək istəyənlər Bakıya gələrək təyyarə ilə uçmalı olurlar. Prezident İlham Əliyev quru sərhədlərin bağlı qalmasından sonra ölkədə təhlükəsizliyin gücləndiyini bildirib. Tənqidçilərin fikrincə, hökumətin məqsədi ölkədən valyuta çıxışını, sərhədyanı ticarəti məhdudlaşdırmaqdır.