Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 04:49

Qəbələ sakini: 'Sözüm Kəmaləddin Heydərovadır...'


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

“O vaxtdan yazmadığım qurum qalmayıb. Əlimdən çıxan torpağıma görə hələ də kompensasiya almamışam”

“Orda torpaq sahəm vardı. Bir gün eşitdim ki, həmin torpağım “Tufanfağ” istirahət kompleksi yaradılanda kanatın altına düşüb. O vaxtdan yazmadığım qurum qalmayıb. Əlimdən çıxan torpağıma görə hələ də kompensasiya almamışam”.

Qəbələdəki torpaq sahəsi əlindən çıxmış Elmira Məmmədova “Qaynar xətt”ə məktub göndərib. Daha doğrusu, xanımın surətini AzadlıqRadiosu-na göndərdiyi müraciət fövqəladə hallar naziri Kəmaləddin Heydərovadır.

Buna da bax: Gilan-ın otellərində nə baş verir?

DOĞMA KƏNDİNDƏ EV TİKDİRMƏK İSTƏYİB

Elmira xanım yazır ki, “Tufandağ” istirahət kompleksi yaradılarkən ona məxsus 5 sot torpaq sahəsi zəbt olunub:

“Torpaq sahəsini 13 il əvvəl Qəbələnin Durca kəndində almışdım. Torpağın mənə məxsus olmasını təsdiqləyən sənədlərim də var. Ora mənim doğulduğum kənddir. Arzum da bu idi ki, həmin torpaqda ev tikdirib yaşayım. Ancaq dedilər ki, “Tufandağ” istirahət kompleksinin kanatının eniş nöqtəsi torpağım olan əraziyə düşüb. Buna görə də orda ev tikmək, yaşamaq mümkün olmayacaq. Mənə kənddən başqa yerdən torpaq sahəsi ayrılmadı, kompensasiya da ödənilmədi”.

Buna da bax:​ Yekəxana sakinləri örüş yerlərinin satılmasından danışır

Xanım yazır ki, illərdir kənddə ya başqa yerdən torpaqla təmin olunması, ya da əlindən çıxmış torpağa görə kompensasiya ödənilməsi üçün rəsmi qurumlara və Kəmaləddin Heydərova müraciət edir. O, məktublarının nazirə çatdırılmadığını düşünür.

“MƏHZ NAZİRƏ MÜRACİƏT ETDİM”

Qəbələ rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, istirahət kompleksi layihəsinə düşən torpaq sahiblərinə başqa yerlərdən torpaq sahələri təklif olunub və adamlar razılaşıb. Elmira xanımsa imtina edib.

Buna da bax:​ İcra qurumları bələdiyyə torpaqlarına rəy verməyəcək

Elmira xanım yazır ki, bəli, ona başqa kənddən – Soltanuxadan torpaq sahəsi təklif olunsa da, razılaşmayıb. O, məhz Durcada – dədə-baba yurdunda ev-eşik qurmaq, yaşamaq istəyir:

“Torpağı layihəyə düşənlərə də elə Durcadan torpaq verildi. Evi layihəyə düşənlərəsə isə elə kənddə yeni ev tikildi. Hara gedirəmsə, deyirlər, o kompleks Kəmaləddin Heydərovundur. Buna görə də mən məhz nazirə müraciət edirəm. Düşünürəm ki, mənə yalnız o kömək edə bilər”.

Buna da bax:​ 8 nəfərlik ailə küçədə qaldı

Hüquqşünas Namizəd Səfərov deyir, əgər Elmira xanımın torpağa dair sənədləri varsa, məhkəməyə müraciət edə bilər.

“Xanımın həm bələdiyyəyə, həm də icra hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırmaq hüququ var”, – hüquqşünas bildirib.

XS
SM
MD
LG