Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:09

Dövlət yoxsullara mal-qara, tikiş maşını verir


Ağcabədidə mal bazarı
Ağcabədidə mal bazarı

Dövlət Statistika Komitəsi ünvanlı sosial yardım verilən ailələrin sayının ilin əvvəlindən 10.7 faiz azaldığı haqda məlumat yayıb. Yardımı kəsilən ailələrin bir çoxu bu ildən özünüməşğulluq proqramına cəlb edilənlərdir.

Dövlət Məşğuluq Xidmətinin ərazi idarələri yoxsul ailələrdən ötrü iri- və xırdabuynuzlu ev heyvanlarının, ev quşlarının və yemin, eləcə də müxtəlif mal-material və avadanlığın alınması məqsədilə keçirilən tenderlərin nəticələrini açıqlamağa başlayıblar.

Heyvandarlıq təsərrüfatlarının qurulması üçün tələb olunan mal-qara və davarları İmişlidəki «Sabit» Kəndli Fermer Təsərrüfatı təqdim edəcək. Kiçik biznes sahəsində özünü sınamaq istəyən ailələrə əmək alətlərini Göyçaydakı «Real Line» MMC təmin edəcək. İmişli, Şəki, Kürdəmir, Sabirabad, Lənkəran, Abşeron rayonlarında, Sumqayıt, Mingəçevir şəhərlərində, həmçinin Bakının Binəqədi, Xətai, Nərimanov, Sabunçu və Suraxanı rayonlarının məşğuluq mərkəzlərinin tenderlərində bu iki qurum qalib gəlib. İqtisadiyyat Nazirliyinin açıqladığı məlumata görə, mal-material və avadanlıq alınmasından ötrü «Real Line» MMC-yə 733.6 min manat, ev heyvanları, ev quşları və yemin təminatı üçün «Sabit» KFT-yə 425 min 256 manat ödəniləcək.

«YENİDƏN MÜRACİƏT EDƏ BİLƏRLƏR»

Suraxanıda özünüməşğulluq proqramında iştirak etmək üçün 31 ailə seçilib. Bunu rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Ramal Quluzadə AzadlıqRadiosuna deyir. O, prosesə nəzarət məsələsinə də toxunub:

«Bu ailələrin bərbərxanada, fərdi tikiş emalatxanasında, dülgər sexində, həyətlərindəki təsərrüfatda işlə təmin olunmasına gərəkən vasitələr yaxın günlərdə onlara təqdim olunacaq. Onlarla öhdəlikləri nəzərdə tutan müqavilə bağlanacaq. İşlərin gedişi bir il müddətində əvvəlcə ayda, sonra isə rübdə bir dəfə olmaqla nəzarətdə saxlanacaq. Məqsəd – bu müddətdə özünü maddi cəhətdən təmin edə bilən, dövlətdən yardım almağa ehtiyacı olmayan təsərrüfat yaratmaqdır».

"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Ramil Quluzadə dövlət yardımının bununla məhdudlaşmayacağını da bildirib. Onun sözlərinə görə, biznes layihə uğurla tamamlanarsa, onun genişləndirilməsi, əlavə iş yerlərinin yaradılması üçün ailə yenidən əmək vasitələri almaqdan ötrü müraciət edə biləcək. Hazırda biznesə başlamaq istəyən yoxsul ailələrə dövlət ən çoxu 5 min manat həcmində yardım edir.

PREZİDENT «BU YOLLA YOXSULLUQDAN QURTULACAĞIQ» DEYİR

Prezident İlham Əliyev ötən ilin aprelində «Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında» sərəncam imzalayıb. Sənədə əsasən, özünüməşğulluğa kömək göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılıb. Proqrama cəlb olunmuş ailələrin bir hissəsinin siyahısını nazirlik internet səhifəsində açıqlayıb.

2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı özünüməşğulluq tədbirlərinə hər il 5-10 min ailənin cəlb olunacağını deyib. Onun fikrincə, bu tədbirlər nəticəsində «5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq».

XS
SM
MD
LG