Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:05

Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]


Birinci vitse-prezident Mehriban Əliyeva atası Arif Paşayevlə. Jurnalist araşdırmalarında Paşayevlərin bir çox gəlirli biznes sahələrinə nəzarət etdikləri göstərilir.
Birinci vitse-prezident Mehriban Əliyeva atası Arif Paşayevlə. Jurnalist araşdırmalarında Paşayevlərin bir çox gəlirli biznes sahələrinə nəzarət etdikləri göstərilir.

Avropa Şurasının Korrupsiyaya Qarşı Ölkələr Qrupu (GRECO), bir neçə ildir, Azərbaycan hökumətinə tövsiyə edir ki, deputatlar, məmurlar, hakimlər və prokurorlar gəlir deklarasiyalarını açıqlasınlar. Amma nə fayda. Tövsiyəyə əməl olunmur ki, olunmur.

“Bu sahədə ciddi irəliləyişin olmaması... məmurların əmlakını bəyan etməsi üçün effektiv sistemi işə salmağa siyasi iradənin çatmamasından şübhələnməyə əsas verir» - qrupun 17 martda (2017) açıqlanan son Qiymətləndirmə hesabatında belə deyilir.

*** Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz

Azərbaycanda məmurlara və deputatlara bağlı bəzi şirkətlər nəinki bəyan edilmir, hətta ciddi-cəhdlə gizlədilir. AzadlıqRadiosu-nun araşdırmasından məlum olur ki, gizlədilən şirkətlər əsasən ən yüksək vəzifəli məmurlara bağlı olanlardır. Onların arasında prezidentin ailəsinə, fövqəladə hallar nazirinə aid şirkətlər çoxluq təşkil edir.

*** Buna da bax: "Bir qalanın sirri" [VIDEO]

Məşhur şirkətlər, özü var, izi yoxdur

Bu yaxınlarda daha bir şirkət haqqında qanunla açıq olan məlumatlar vergi ödəyicilərinin məlumat bazasından ərşə çəkilib. «Paşa Development» şirkətinin kapital artımları barədə məlumatlar mediada var, amma Vergilər Nazirliyinin idarə etdiyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində onun izi də görünmür. Hərçənd ki, hələ avqust ayında «Paşa Development» barədə məlumat açıq idi.

***Buna da bax: Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir

«Paşa Development» MMC kimi yüksək vəzifəli şəxslərə bağlı qurumların reyestr məlumatlarının (nizamnamə kapitalı, təsis tarixi, qanuni nümayəndəsi, ünvanı və s) gizlədilməsi nadir hadisə deyil. AzadlıqRadiosu-nun araşdırmalarına görə, söhbət, ən azı, 27 şirkətdən gedir. Onların bir qismi barədə məlumat yarandığı gündən gizli saxlanır, bir qismini isə sonradan gizlədiblər.

***Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Şirkət məlumatlarının vətəndaş üçün açıq olması əhəmiyyətlidir. Bunu iqtisadçı Natiq Cəfərli deyir:

Natiq Cəfərli
Natiq Cəfərli

“Belə reyestrlər vətəndaşlara xidmətləri təklif edənlər, istehsalçılar, ünsiyyətdə olduğu şirkətlərlə bağlı məlumat toplamağa imkan verir. Vətəndaşlar büdcə tenderlərini udan, onların istehlak etdiyi malları istehsal edən şirkətlər barədə məlumatları əldə etmək imkanında olmalıdırlar”.

*** Buna da bax: Paşayeva – 1-ci xanımın qızlıq familiyasıdır... [video]

İqtisadçı təəssüflə bildirir ki, Azərbaycanda vətəndaşın ala biləcəyi informasiya da tam deyil.

2012-ci ilədək Vergilər Nazirliyinin reyestrində şirkətlərin sahibi barədə də məlumat tapmaq olurdu. Lakin bir sıra jurnalist araşdırmaları böyük büdcə sifarişləri udan şirkətlərin arxasında məmurların dayandığını aşkara çıxardıqdan sonra qanunlara dəyişiklik edilərək, həmin məlumatlar gizlədildi.

*** Buna da bax: Prezidentdən ailə biznesinə dəstək fərmanı

Natiq Cəfərli deyir ki, başqa ölkələrin reyestrlərində daha çox məlumat verilir - təsisçilər, maliyyə vəziyyəti, vergi tarixçəsi və s göstərilir. Təəssüf ki, azərbaycanlılar hətta büdcə sifarişləri hesabına qazanan şirkətlər barədə də bu cür dolğun məlumatları ala bilmirlər.

Əkrəm Həsənov: Özlərini biabır edirlər

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, bu məlumatların gizlədilməsi şirkətlərin nüfuzuna zərbə vurur.

*** Buna da bax: «Gilan Holding»ə bağlı şirkətlər çoxalır?

“Mən bu işdə məlum holdinq və şirkətlərin rəhbərlərinin və hüquqşünaslarının bisavadlığını görürəm. O qədər savadsızdırlar ki, öz kölgələrindən belə qorxurlar. Guya bununla təsisçiləri qoruyurlar, əslində isə onları biabır edirlər. Güman edirəm ki, bu şirkətlərin təsisçilərinin bu işlərdən heç xəbəri də yoxdur. Vergilər nazirliyi isə ortada gəzən adamların dediyi ilə oturub-durur”.

** Buna da bax: Baku Crystal Hall-un sirləri

«Paşa Holdinq»

Məlumatları gizlədilən şirkətlərin bir çoxunun ucu ölkənin ən yüksək vəzifələrini tutan adamlara gedib çıxır. Bu şirkətlərin əhəmiyyətli bir hissəsi («Paşa Bank», «Paşa Sığorta», «Paşa Həyat Sığorta», «Paşa İnşaat», «PMD Group», «Paşa Beton», «Amal İnvestment Group», «Lenkeran Hotel and Resort Company», «Paşa Development», «Qlobeks» MMC-lər) «Paşa Holdinq» şirkətlər qrupuna daxildir. "Paşa Holdinq"in əsas pay sahibləri prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalardır. Bu barədə ətraflı bu araşdırmada oxuyun: Paşa Holdinq haqda bilmədikləriniz

Bu adların çoxu biznes ictimaiyyətinə və cəmiyyətə kifayət qədər tanış olsa da, barələrində kommersiya qurumlarının reyestrində məlumat yoxdur. Məsələn, «Qlobeks» MMC «Four Seasons Baku» mehmanxanası biznes adı ilə fəaliyyət göstərir. Holdinqə daxil olan «Absheron Hotel Group» MMC isə bu otelin sahibkarı olduğunu bildirir. Şəhərin ən mərkəzi məkanlarından birində, qədim qala divarının bir hissəsinin yerində salınan otelin idarəçisinin qeydiyyatı, nə hikmətdirsə, Vergilər nazirliyinin reyestrində tapılmır.

***Buna da bax: Bakıdakı o məşhur ünvanda daha bir "sirli" şirkət quruldu

Şəkil-1
Şəkil-1

Bəzi şirkətlər isə o qədər də məşhur deyil və onların holdinqə aidiyyatı dolayı mənbələrdən bilinir. Məsələn, “Pasha Holding” yalnız özünə aid olan şirkətlərin futbol turnirini də keçirir. “Pasha Cup” adlanan turnirin rəsmi səhifəsindən öyrənirik ki, “PMD Group” MMC-nin (şəkil 1) futbol komandası bu yarışlarda hərdən parlaq nəticələr göstərir. (şəkil 2)

Şəkil-2.
Şəkil-2.

Amma holdinqin futbol yarışları cədvəlində parlayan bu ad da Vergilər nazirliyinin ictimaiyyət üçün açıq olan reyestrindən yoxa çıxıb.

«Paşa Holdinq» MMC-nin çevrəsinə daxil olan şirkətlər bunlarla məhdudlaşmır. Holdinqə bağlı olan onlarla digər şirkətə dair məlumatlar, hələ ki, açıqdır.

Holdinqdə bu vəziyyəti şərh etmirlər.

*** Buna da bax: 'Bir ailənin hegemonluğu...'

28 sirli nəhəng

Məsələ ilə bağlı AzadlıqRadiosu Vergilər Nazirliyinə üz tutub.

Şəkil-3.
Şəkil-3.

Müraciətdə otuza yaxın şirkət barədə məlumatın «İnformasiya əldə etmək haqqında» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara müvafiq olaraq təqdim olunması xahiş olunub, reyestr məlumatlarının nədən gizlədildiyi barədə sual verilib.

SİYAHI:

Bu şirkətlərin reyestr məlumatları Vergilər nazirliyinin bazasında ictimaiyyətdən gizlədilir:

1

«PAŞA HOLDİNG» MMC - 1401007871 - 2006-cı ildə yaradılıb. Maliyyə hesabatlarına görə, holdinqə Leyla və Arzu Əliyevalar 50/50 prinsipi ilə sahiblik edirlər.

2

«PAŞA BETON» MMC - 1701047441 - Bakı şəhərində iri beton istehsalçısıdir.

3

«PAŞA İNŞAAT» MMC - 1700665151 - 2006-cı ildə yaradılıb. “Paşa Holdinq” MMC-yə (60 faiz) daxil olan iri tikinti şirkətidir.

4

«PAŞA SIĞORTA» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ - 1400837161 - 2006-cı ildə yaradılıb. 100 faiz “Paşa Holdinq” MMC-nin mülkiyyətində olan aparıcı sığorta şirkətidir. Kapitalı 50 milyon manatdır.

5

«PAŞA HƏYAT SIĞORTA» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ - 1401876531 - 2010-cu ildə yaradılıb. Ölkədə həyat sığortası hüququ olan 3 şirkətdən biri. 100 faiz “Paşa Holdinq” MMC-nin mülkiyyətindədir. Kapitalı 42 milyon manatdan çoxdur.

6

«PAŞA DEVELOPMENT» MMC - 1402272621 - 2013-cü ildə yaradılıb. “Paşa Holdinq” MMC 100 faiz mülkiyyətində olan daşınmaz əmlak idarəçiliyi şirkəti. Sonuncu dəfə kapitalının 419 milyon manat olduğu açıqlanıb.

7

«PMD GROUP» MMC (şəkil 4) - 1701459191 - 2013-cü ildə yaradılıb. İlkin kapitalı 10 milyon manat olub. “Paşa Holdinq” MMC-yə daxildir. “Bank Avrasiya” ASC-də 37,5 faiz paya sahibdir. İri torpaq mülkiyyətçisidir.

8

«PAŞA BANK» AÇIQ SƏHMDAR CƏMİYYƏTİ - 1700767721 - 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 60 faizi “Paşa Holdinq” MMC-yə məxsusdur. Kapitalı 333 milyon manatdır.

9

«QLOBEKS» MMC - 1401428121 – “Four Seasons Hotel Baku” adı ilə fəaliyyət göstərir (dba). Dövlət sifarişlərini həyata keçirir. “Paşa Holdinq”ə aiddir.

10

“YENİ ÇİNAR KAFESİ” MMC - 1701042821 - “Paşa Holdinq” MMC-nin törəmə şirkətidir. “Budda bar”, “Çinar” və “Yeni Sahil” restoranlarının sahibidir.

11

“AMBURAN VİLLAS” MMC (şəkil 11) - 1701009221 – “Amburan Villas» MMC «Bilgəh Oteli» QSC-nin yenidən təşkili nəticəsində 2015-ci ilin oktyabrında yaranıb. «Bilgəh Oteli» QSC 405 min manat kapitalla 2007-ci ildə «Bilgəh Sanatoriyası» ASC-nin bölünməsi yolu ilə təsis olunub. Onun yeganə təsisçisi “Paşa Holdinq” MMC-dir. Köhnə dəmiryolçular sanatoriyasının yerində çoxsaylı villalar, istirahət və əyləncə məkanları inşa olunub. Bölünmə nəticəsində yaranan ikinci şirkət «Şəfəq Xidmət» MMC-də də “Paşa Holdinq” əsas pay sahibidir. Onun ləğv olunması haqda qərar qəbul olunsa da, icra olunmayıb. «Şəfəq Xidmət» MMC-nin nizamnamə kapitalı 665,2 min manatdır.

12

«AMAL İNVEST GROUP» MMC (şəkil 5) - 1403103401 - “PMD İndustries”, “Avanqard-I” və “Baku Development” MMC-lərin birləşməsi nəticəsində 2015-ci ildə 35 milyon manat kapitalla yaradılıb. Şirkətə Araz Ağayev rəhbərlik edir. “Xalq Bank”ASC-də16,6 faiz paya malikdir.

13

«YEVRO STANDART» MMC - 1700550141 - Şirkətin “Xalq Bank” ASC-də 33,85 faiz, “Bank Avrasiya” ASC-də 37,5 faiz paya sahibdir. “Xalqbank”ın audit hesabatları bu quruma Leyla Əliyevanın nəzarət etdiyini göstərir.

14

«İDEAL BİZNES KO.» MMC - 1700550271 - Şirkət “Xalq Bank” ASC-də 50 faiz paya sahibdir. “Xalq Bank”ın audit hesabatlarında quruma Leyla Əliyevanın nəzarət etdiyi göstərilir.

15

«LENKERAN HOTEL AND RESORT COMPANY» MMC - VÖEN 1403006141 - 2015-ci ilin yanvar ayının 5-də “Port Baku Towers” ünvanında təsis olunub. Direktoru Araz Ağayevdir. Araz Ağayev “Paşa Holdinq”ə daxil olan bir neçə başqa şirkətin də direktorudur.

16

«GİLAN» MMC - VÖEN 1400130241 - “Gilan” MMC "Sahra FZCO" və "Şams Al Sahra FZCO" (BƏƏ) şirkətlərinə aiddir. Şirkətlərə nazir Kəmaləddin Heydərovun oğulları Tale və Nicat sahiblik edirlər.

17

«CASPİAN TECH GROUP» MMC - 1401353731 - Bu şirkət “Gilan Texnika” MMC olaraq təsis olunub, sonradan adı dəyişdirilib.

18

“GİLAN GİPS” MMC - 1402129321 - “Gilan Holding” MMC-nin Goranboy rayonundakı gips zavodu.

19

«AZECOFARM» MMC (şəkil 6) - 1403345771 - Şirkət 2015-ci ildə 10 min manat kapitalla təsis olunub. Hüquqi ünvanı: Bakı ş., Süleyman Rüstəm, 9-dur. Həmin ünvanda “Ata Holdinq”ə aid digər şirkətlər qeydiyyatdan keçib. Holdinqin əsas payçısı prezidentin oğlu Heydər Əliyevdir.

20

«STEROP TƏMİR TİKİNTİ» MMC (şəkil 10) - 1403365671 - 2016-cı ildə S. Rüstəm, 9 ünvanında yaradılıb. Bu ünvanda əsasən “AtaHolding” MMC-nin və “Synergy Group” MMC-nin törəmə şirkətləri qeydiyyatdadır.

21

«KLOVAN» MMC (şəkil 7) - 1402783881 - 1 aprel 2014-cü il tarixində 50 min manat kapitalla yaradılıb. Hüquqi ünvanı: Bakı ş., S.Vurğun küç, ev 7-dir. Bu ünvanda Mehriban Əliyeva və qızları seçici kimi qeydiyyatdadırlar.

22

«CALLİNA» MMC (şəkil 8) - 1402783751 - 1 aprel 2014-cü il tarixində 50 min manat kapitalla yaradılıb. Hüquqi ünvanı: Bakı ş., S.Vurğun küç, ev 7-dir.

23

«AZİNKO DEVELOPMENT» MMC - 9900083471 - “Azinko Holding” MMC-nin törəmə şirkətidir. Tikintisinə 300 milyon dollardan artıq sərmayə qoyulmuş “Alov Qüllələri” otel və biznes mərkəzinin mülkiyyətçisidir. “Azinko Development” MMC-nin baş direktoru Hassan Gozal prezidentin qızlarının Vircin adalarındakı şirkətinin də direktorudur.

24

«AZİNKO DEVELOPMENT» MMC-NİN «ESPA FİTNES BAKI» FİLİALI - 1701326271 - Şirkətin “Alov Qüllələri” otel və biznes mərkəzindəki SPA və fitnes mərkəzi.

25

«AZİNKO DEVELOPMENT» MMC-NİN «ALOV QÜLLƏLƏRİ FAİRMONT OTEL BAKI» FİLİALI - 1701326141 - Bakıda şirkətə məxsus “Fairmont” oteli.

26

«AZENCO GROUP» MMC - 9900018171 - Elektrik obyektlərinin tikintisi və əsaslı təmiri ilə məşğuldur. Ölkədəki əksər kiçik su elektrik stansiyalarının, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin və “Azenco” ASC-nin sahibidir. Azadlıqradiosu-nun 2012-ci ildə dərc etdiyi araşdırmaları sayəsində ölkə prezidentinin ailəsinə məxsusluğu aşkar edilib.

27

“ADOR” MMC - 1700871041 - Bu şirkət 2008-ci mayında yaradılıb. 22 oktyabr tarixinə olan məlumata görə, direktoru Arzu İlham qızı Əliyevadır. Vergilər nazirliyi bu şirkətin dövlət qeydiyyatı məlumatlarını təsis olunduğu zaman mediada dərc etməyib. «Ador» MMC «Azenco Group» MMC-nin və «Paşa Bank» ASC-nin hər birində 30 faiz paya sahibdir.

Vergilər nazirliyinə göndərilmiş sorğuya qanunla müəyyən olunmuş müddətdə cavab verilməyib. Halbuki, qurum müxtəlif sorğularda informasiya açıqlığına görə daim digər dövlət qurumlarından irəlidə olub.

*** Buna da bax: 'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]

Şəkil-4.
Şəkil-4.

Nazirliyin susqunluğu bəlkə də anlaşılandır. Axı adları və məlumatları dövlət reyestrindən yoxa çıxan şirkətlərin hamısının arxasında böyük adlar dayanır.

“Azinko”, “Azenco”, “Gilan” – arxalı şirkətlər

«Azenco Group» MMC Sumqayıt Texnologiyalar Parkının, «Azenco» ASC-nin, ölkənin bir neçə regionunda kiçik su elektrik stansiyasının mülkiyyətçisi olduğu məlumdur.

AzadlıqRadiosu-nun 2012-ci ildə apardığı araşdırma bu şirkətin prezident ailəsinə məxsus olduğunu aşkara çıxarmışdı.

*** Buna da bax: ‘Gilan’ın biznesi çiçəklənir

«Azinko Development» MMC bir çox tikinti və daşınmaz əmlak layihələrini idarə edir. Onlardan biri də Bakının rəmzlərindən birinə çevrilmiş «Alov Qüllələri»dir. Bu şirkət haqda da məlumat ictimaiyyət üçün qapalıdır. Hərçənd ki, jurnalistlər bu şirkətin də prezident ailəsi ilə bağlılığını üzə çıxarıblar. Məlum olub ki, şirkətin direktoru Hassan Gozal həm də prezidentin qızlarının Vircin adalarındakı şirkətlərində direktor işləyir.

Şəkil-5
Şəkil-5

Bu siyahıda adı çəkilən şirkətlərin ikisi - «Gilan» MMC və «Caspian Tech Group» MMC (keçmiş «Gilan Texnika») «Gilan Holding» şirkətlər qrupuna daxildir. Holdinqə və onun sahiblərinə bağlı olan şirkətlərin sayı yüzlərlədir. Amma nədənsə, məhz bu iki şirkətin haqqında məlumatın açıq olmasını istəmirlər. «Gilan» MMC-nin tərkibində çoxlu sayda otel, istehsal və xidmət müəsssisəsi var. «Caspian Tech Group» MMC də biznesin bir çox sahələrində fəaliyyət göstərir.

*** Buna da bax: Azərbaycan rəsmiləri - kimlər kimlərlə qohum olub?

Şəkil-6.
Şəkil-6.

«Gizli» bankirlər

Barəsində məlumatların gizli saxlanıldığı şirkətlərdən ikisi («Yevro Standart» və «İdeal Biznes Ko») böyük payla bank kapitalında («Xalqbank» və «Bank Avrasiya») təmsil olunur. Onların hər ikisi Neftçilər prospekti, ev 153 ünvanında qeydiyyatdadır. Bura «Paşa Holdinq»in baş ofisi – “Port Baku Towers”dir. "Xalqbank"ın xarici şirkətlər tərəfindən həyata keçirilən audit hesabatlarında quruma prezidentin qızı Leyla Əliyevanın nəzarət etdiyi göstərilir.

M.Patrucic: “Gizlədirlər ki, tamahlarının səviyyəsi aşkara çıxmasın”

2012-ci ildən etibarən onsuz da şirkətlərin təsisçiləri barədə məlumatlar ictimaiyyətdən gizlədilirdi. Amma jurnalist araşdırmaları başqa ölkələrin açıq dövlət reyestrlərindən, Azərbaycanda hələ ki, ictimaiyyətə açıq olan mənbələrdən yararlanaraq, şirkətlərin sahiblərini müəyyənləşdirməyə nail olub.

*** Buna da bax: 'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'

Azərbaycanda korrupsiya ilə bağlı araşdırmaların həmmüəllifi, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Araşdırmalar Layihəsinin aparıcı jurnalisti Miranda Patruçiç deyir ki, Azərbaycan hökuməti öz ölkəsində jurnalistlərin reyestr məlumatlarına çıxışını əngəlləsə də, bu məlumatlar gec-tez aşkara çıxır:

Şəkil-7.
Şəkil-7.

“İndiyə kimi aparılan jurnalist araşdırmaları göstərib ki, Azərbaycan hökumət rəsmiləri onlara xalqın verdiyi vəzifədən sui-istifadə edərək, xalqın pullarını öz faydaları üçün xərclədiklərini, qanunları pozduqlarını gizlətməyə çalışırlar. İctimai nəzarətdən və biabırçılıqdan qurtulmaq üçün onlar şirkətlərin məlumatlarını gizlədiblər ki, onların tamahının və korrupsiyanın səviyyəsi açıq-aşkar görünməsin. Bu cür şeylər yalnız diktaturalarda baş verir”.

Patruçiçin sözlərinə görə, müasir dünyada nəyisə gizlətmək çox çətindir. “Azərbaycan rəsmilərinin və onların ailə üzvlərinin xaricdə buraxdığı izlər qalır və onların pullarını, əmlaklarını ən azından, xaricdə izləmək mümkündür. Son zamanlar aşkara çıxan məlumat topluları göstərir ki, nə qədər çalışsalar da, həqiqəti sona qədər gizlətmək mümkün olmur”.

Şəkil-8
Şəkil-8

Şəkil-9.
Şəkil-9.

Şəkil-10.
Şəkil-10.

XS
SM
MD
LG