Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Azərbaycanda şagird sayı az olan məktəbləri nə gözləyir?


Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər.
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər.

"Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır". Yerli saytların məlumatına görə, bunu noyabrın 20-də Milli Məclisin Aqrar siyasəti, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "...2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Emin Əmrullayev
Emin Əmrullayev

Nazir bildirib ki, 4 min 400 məktəbin təxminən min 500-ündə şagird sayı 100-dən azdır: "Bu o deməkdir ki, sinifdə yeddi-səkkiz şagird var... Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə bir uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə dörd şagirdi, dörd sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik".

Azərbaycanda şagirdlərin sayı ildən ilə azalır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə 1-ci sinfə 132 min 261 uşaq qəbul olunub. Ötən tədris ilində 1-ci sinfə gedənlərin sayı 137 min 862 idi.

2025-ci ildə Azərbaycanda təhsil xərclərinə 4 milyard 946 milyon manat ayrılması proqnozlaşdırılır. Bu da 2024-cü illə müqayisədə 395.7 milyon manat və ya 8.7 faiz çoxdur.

"Təhsil haqqında" Qanuna görə, ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunur. Eyni zamanda, həmin qanunun 38.5-ci maddəsinə əsasən, zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumi təhsil müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.

Məktəblərin birləşməsinin və ya bağlaması prosesinin başladığı ilə bağlı, hələlik, rəsmi məlumat yoxdur. Bununla belə, bu ilin sentyabrında Lerikdə səkkiz məktəbin bağlandığı, amma şagirdlərin daşınması məsələsinin hələ də həll olunmadığı bildirilir. Milli Məclisdə 2025-ci ilin büdcə müzakirələri zamanı vurğulanıb ki, daha 10 məktəbin də bağlanması nəzərdə tutulub.

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

"Hamının imkanı yoxdur ki, digər kəndə gedib təhsil alsın"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Turan"a deyib ki, yanaşmada əsas amil məktəbin ictimai-sosial və ideoloji mahiyyətinin götürülməsidir: "Biz hansısa ucqar kənddə hansısa məktəbi bağlayırıqsa, bu, həmin kəndin sürətli bir formada boşalmasına aparıb çıxaracaq bir məsələdir. Heç də hamının imkanı yoxdur ki, digər kənd və rayonlarda gedib təhsil alsın".

Deputat nazirliyin optimallaşma istəyini anladığını, bununla belə, min 500 məktəbin də kiçik bir rəqəm olmadığını vurğulayır: "Onların bağlanması bizim üçün yaxşı heç nə vəd etmir. Ona görə də bu məsələdə biz ciddi düşünməliyik. Bu, ucqar kəndlərdə yaşayan şagirdlərin təhsilsiz qala biləcəyinə təsir göstərə bilər".

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

"Qınadığımız sovet dövründə elə məktəb vardı ki..."

Təhsil eksperti Nabatəli Qulamoğlu isə mövzu ilə bağlı AzadlıqRadiosuna açıqlamasında məsələni daha kəskin qoyub. O hesab edir ki, min 500 məktəbi birləşdirmək, bağlamaq yolverilməzdir: "Qınadığımız sovet dövründə elə məktəb vardı ki, 10 şagirdi var idi, amma dövlət onu təmin edirdi. Hətta məktəb olmayan kənddən şagirdlərin gedib başqa kənddə qalması üçün dövlət pul ayırırdı. Həmin məktəblərdə işləyən müəllimlərin də orada yaşayışı dövlət tərəfindən təmin olunurdu".

Ekspertin sözlərinə görə, bunu indi də etmək olar: "İndi bizim büdcəmiz tam imkan verir ki, ucqar məktəblərin ehtiyaclarını dövlət təmin etsin, 500-1000 şagirdi olan məktəblərə ayırdığı pulu onlara da ayırsın. Burada böyük bir disproporsiya yoxdur. Nətər olur ki, sinifdə 40 şagird təhsil alanda disproporsiya olmur, amma məktəbdə 10 şagird olanda disproporsiya olur? Bu, qeyri-məntiqli bir düşüncədir. Əvvəllər adını "optimallaşma", indi "rasionallaşma" qoydular. Məqsəd isə yalnız özünü incitməməkdir".

XS
SM
MD
LG