Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:22

'Azərbaycanda daxili turizmin adı çarəsizlikdir'


«Şahdağ»da gözü qalanlar var…
Gözlə

No media source currently available

0:00 0:04:50 0:00

"Şahdağ"da gözü qalanlar var… (2014)

Azərbaycanda Yeni il qabağı ərzaq məhsulları ilə yanaşı, istirahət sektorunda da qiymətlərin bahalaşmasından şikayətlər eşidilir.

"Bir ay işləyib qazandığın bir gecəlik istirahətə…"

Azərbaycan vətəndaşlarından adlarının çəkilməsini istəməyən bəzi şəxslərin bildirməsinə görə, ölkənin şimal rayonlarındakı bir çox otellərdə Yeni il gecəsini keçirmək üçün orta aylıq əməkhaqqı (827.9 manat) yetərli deyil. Üstəlik, onlar ötən illə müqayisədə qiymətlərin də yüksəldiyini vurğulayırlar.

Şimal zonasında yerləşən otellərin birindən (ad çəkilməsini istəməyiblər-red.) AzadlıqRadiosuna bunu bütün sahələrdə qiymətlərin artması ilə izah ediblər.

Məqsəd…

Dövlət Turizm Agentliyindən "Turan"a bildirilib ki, 2022-ci ilin yanvar–noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayında 2.1 dəfə artım var (1 milyon 458.5 min): "Hədəfimiz turizm sənayesinin istər xarici turistlərin ölkəmizə gətirilməsi, istərsə də daxili turizm xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aktiv və səmərəli fəaliyyətini təmin etməkdir".

Agentlikdən vurğulanıb ki, 2026-cı ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayını 4, ölkə daxilində turist səfərləri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaq istəyirlər.

N.Cəfərli
N.Cəfərli

"Sayları az olanda, rəqabət olmayanda…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda qiymətlərin baha olması hətta vizual görünür: "İstənilən şəxs internet üzərindən Yeni il gecəsinə sayılıb-seçilmiş otellərə müraciət etsə, çoxunda yer yoxdur, olanlarda da qiymət günlük adambaşına 800-1000 manat arasıdır".

O, daha sonra deyib: "Sayları az olanda, rəqabət olmayanda, əlbəttə ki, qiymət da yüksək olur. İkinci səbəb isə quru sərhədlərin bağlı olmasıdır".

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin fevralından başlayaraq ölkənin qonşuları ilə sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Rəsmilər yoluxma sayında kəskin azalma olsa da, məhdudiyyətləri hələ də aradan qaldırmayıblar.

"Seçim imkanlarını da aşağı salıb"

N.Cəfərli isə qeyd edir ki, pandemiyadan öncə bir tək Gürcüstana dekabrın sonundan yanvarın ilk həftəsinə qədər Azərbaycandan 80-100 min adam gedib-gəlirdi: "Bu da vətəndaşlar üçün seçim imkanlarını genişləndirirdi. İndi isə sərhədlərin bağlı olması seçim imkanlarını da aşağı salıb və qiymətlərə də təsir edib. Bayram günlərində Tbilisiyə aviabiletlərin qiyməti 1000 manatı keçmişdi. Ölkədaxili otellərin sahibləri bunu görürlər və tələbin çox güclü olduğunu nəzərə alaraq qiymətləri yuxarı edirlər".

"Qiymət bir mərkəzdən diktə olunur"

O, qiymətlərin dövlət tərəfindən hər hansı formada tənzimlənməsinin tərəfdarı olmadığını deyir. Onun sözlərinə görə, problem ondan ibarətdir ki, Azərbaycanda şəbəkə otellərinin çoxu bir mərkəzə bağlıdır: "Ona görə qiymət də bir mərkəzdən diktə olunur. O da rəqabətsizlik mühitinin gətirdiyi bir nəticədir".

Xristianlığı qəbul etmiş azərbaycanlılar Miladı belə qeyd edirlər
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

İqtisadçı hesab edir ki, tək yekə və bahalı otellərin açılışı ilə rəqabət yaratmaq mümkün deyil: "Rəqabət o vaxt olacaq ki, bu tip otellərlə yanaşı, motel, ailə-otellər, butik-otellər konsepsiyasına dövlət dəstək verəcək. Yəni, onların sahiblərinə uzunmüddətli aşağı faizlə biznes kreditləri verilməlidir, onlar üçün treninqlər təşkil edilməlidir. Bir tək Tbilisidə təqribən 700 ailə-otellər var, Azərbaycanda isə barmaqla sayılacaq qədərdir. Bizdə insan heç yerə gedə bilmirsə, deyir, heç olmasa, gedim rayonda dincəlim. Ona görə də Azərbaycanda daxili turizmin obrazlı adı çarəsizlik turizmidir".

XS
SM
MD
LG