Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:12

Dərman sektorunda monopoliya varsa, cərimələr nəyi dəyişəcək?


Dərmanları bahalaşdıran nədir? 'Məcbur olub İrandan gətirdirik'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Dərmanları bahalaşdıran nədir? 'Məcbur olub İrandan gətirdirik' (Arxiv)

Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər (həkimlər) cərimələnəcək. Bunu edən həkimlərə 100-dən 150 manatadək, hüquqi şəxslərə isə 300-dən 400 manatadək cərimə nəzərdə tutulub. Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə kimi təklif edilən yeni -221.12-ci maddədə əksini tapıb.

Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qeydiyyatdan keçməyən dərmanları satan, satış məqsədilə saxlayan və ya idxal edən şəxslər də cərimələnəcək. Vəzifəli şəxslər 2 mindən 2 min 500 manatadək, hüquqi şəxslər isə 7 min manatdan 9 min manatadək cərimə ediləcək.

Uzun illərdir ölkədə "firma dərmanları" deyilən dərmanların satılması və həkimlərin onları pasiyentlərə yazması barədə şikayətlər eşidilir. Bəzi iddialara görə, həmin dərmanların bir qisminin keyfiyyətində də problemlər var. Amma hələ də belə dərmanların satıldığı bildirilir.

Mövcud qanunvericilikdə dərman vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı qaydalar mövcuddur.

'Dərman mafiyasının başında kimlər durursa…'
Gözlə

No media source currently available

0:00 0:08:07 0:00

"Hərdən qəsdən dərmanları qeydiyyat üçün təqdim etmirlər"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədov "Turan"a bildirib ki, istər yerli, istərsə də xarici istehsallı dərmanların hər biri mərkəzləşdirilmiş qaydada dövlət qeydiyyatından keçir: "Qeydiyyatdan həm dərmanın tərkibi, həm də ticarət adı keçir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərmanın bütün keyfiyyət parametrlərinə uyğunluğunu, insan sağlamlığı üçün təhlükəsizliyini, əks təsirlərini müəyyən edir, sonra isə ölkə ərazisində onların istifadəsinə icazə verilir".

Onun sözlərinə görə, dərmanlar bəzən təsadüfən, bəzən də qəsdən dövlət qeydiyyatına salınmaya bilər. Deputatın fikrincə, həmin qeydiyyata salınmayan dərmanların ölkəyə hər hansı yolla gətirilməsi mümkün ola bilər: "Müvafiq orqanlar tərəfindən belə cəhdlərin qarşısı alınır. Amma birdən qanunsuz yolla dərman ölkəyə gəlibsə, qanunvericiliyə edilmiş həmin dəyişiklik vasitəsilə onun reseptə yazılmasının qarşısı alınır".

Mövzu ilə bağlı Analitik Ekspertiza Mərkəzi və ölkəyə dərman vasitələri idxal edən şirkətlər ilə danışmaq mümkün olmayıb.

Aydın Əliyev
Aydın Əliyev

"Dərman idxalında sağlam rəqabət olmadığına görə..."

Həkim-radioloq Aydın Əliyev AzadlıqRadiosuna açıqlamasında incə nüanslara diqqət çəkir: "Dövlət reyestrinə bütün vacib dərmanlar salınıbmı? Bu məsələ gərək araşdırılsın... Yalnız adlar salınıbsa və bir dərmanın adı varsa, digərinin tərkibi eyni olsa da, reyestrdə yoxdursa, bu, yanlış addımdır. Eyni zamanda, laborator yoxlanışlar olmalıdır ki, fərqli dərmanların tərkibi eyni olsa da, keyfiyyət fərqi ola bilər".

Ekspertin sözlərinə görə, "firma dərmanı" adlandırılan dərman əslində keyfiyyətli olmalıdır, çünki şirkətin adı ilə bağlıdır: "Amma bizdə bu məsələdə deformasiya var. Bu dərmanlar maya dəyərindən qat-qat baha qiymətə satılır, keyfiyyət problemi də var. Dərman idxalında sağlam rəqabət olmadığına görə keyfiyyətə də mənfi təsir edir. Dərman sektorunda monopoliyanın olması keyfiyyətə və qiymətə təsir edir. Monopolist fikirləşir ki, onsuz da mənim alternativim yoxdur".

XS
SM
MD
LG