Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:20
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

16:49 8.2.2024

ATƏT müşahidəçiləri olduqları məntəqələrin yarısında səslərin sayılmasında şəffaflığın pozulduğunu deyirlər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin müşahidələrini açıqlayıb.

Mətbuat konfransında açıqlanan sənəddə bildirilir ki, 7 fevral seçkiləri məhdudlaşdırıcı mühitdə keçib, seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb. "Birləşmək, ifadə və sərbəst toplaşmaq kimi fundamental azadlıqlara uzun müddətdir qoyulmuş ciddi məhdudiyyətlər həm qanunda, həm də təcrübədə həqiqi demokratik seçkilər üçün standartlara ziddir", - açıqlamada vurğulanıb.

"Seçicilər üçün alternativ təqdim olunmayıb"

Sənəddə qeyd edilir ki, süskün keçən kampaniya məhdud ictimai iştirak yaratdı və sosial şəbəkələr də daxil olmaqla, həqiqi rəqabət xarakteri daşımadı: "Namizədlərin heç biri öz təşviqat çıxışlarında hazırkı prezidentin siyasətlərinə inandırıcı şəkildə etiraz etmədikləri səbəbindən seçicilər üçün alternativ təqdim olunmayıb".

Əlavə edilir ki, müşahidə olunan məntəqələrdə seçki günü sakit və bütövlükdə nizam-intizamlı keçib: "Bununla bərabər, müşahidə edilən 1226 seçki məntəqəsinin 7.7 faizində səsvermə proseduru BSMM (Beynəlxalq Seçki Müşahidə Missiyası) müşahidəçiləri tərəfindən mənfi qiymətləndirilib. Bu da yüksək rəqəmdir və ciddi narahatlıq doğurur".

Bildirilir ki, 11 faiz məntəqələrdə seçicilərin barmaqları mürəkkəblə ardıcıl şəkildə işarələnməyib, 16 faiz halda isə mürəkkəbin izi yoxlanılmayıb: "BSMM müşahidəçiləri... seçki qutularına bülletenlərin atılması (29 seçki məntəqəsi), müşahidələrin 5 faizində seçici siyahılarında oxşar imzaların, eləcə də müşahidələrin 4 faizində qrup səsverməsinin olduğuna dair məlumat veriblər".

Səslərin sayılmasında...

Sənədə görə, BSMM müşahidəçiləri bildiriblər ki, müşahidəsi aparılan məntəqələrin təxminən yarısında (53) səslərin sayılmasının şəffaflığı pozulub. Habelə vurğulanır ki, müşahidəsi aparılan məntəqələrin beşdə birində (26) BSMM müşahidəçiləri səslərin sayılması prosedurlarını məhdudiyyətsiz müşahidə edə bilməyiblər.

12:09 14.2.2024

İlham Əliyev and içib

Fevralın 14-də Azərbaycanın rəsmən yeni prezidenti seçildiyi açıqlanan İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

13:28 13.2.2024

Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.

16:56 9.2.2024

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin yekun nəticələrini elan edib.

Açıqlamaya görə, namizədlərdən ölkəni son 21 ildə idarə edən YAP sədri İlham Əliyev 92.12 faiz səs alıb.

Digər namizədlərdən

Zahid Oruc – 2.17 faiz

Fazil Mustafa – 1.98 faiz

Qüdrət Həsənquliyev – 1.72 faiz

Razi Nurullayev – 0.8 faiz

Elşad Musayev – 0.66 faiz

Fuad Əliyev – 0.53 faiz səs toplayıb.

MSK seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Həmin qurumun qərarından sonra dövlət başçısının andiçmə mərasimi keçiriləcək.

08:51 9.2.2024

Müşahidə Missiyası seçkiyə dair qiymətləndirmə bəyanatının öncədən hazır olması, orada yalnız tənqidi məqamlara yer verilməsi haqda iddiaları təkzib edib: "Bizim müşahidəçilərimiz nələri görüblərsə, onları da qeyd eləmişik. Bir-birinə oxşar imzalar, qruplar şəklində səsvermədə iştirak, qutuların lazımi şəkildə möhürlənməməsi kimi hallar müşahidə olunub. Bundan başqa, bir sıra hallarda qutularda bülletenlərin sayı səs vermiş adamların sayından çox olub".

Davamı

XS
SM
MD
LG