Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:21

Mirzə Ələkbər Sabir. Qaç, at basdı!















Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!
Ötüşdən çıxan bir cəmaət gəlir!
Edib cümlə əqvama sibqət, gəlir!
Verib hər kəsə dərsi-ibrət, gəlir!
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Çəkil, yol ver, at bağrı çatlatmışıq,
Vurub yıxmışıq, tutmuşuq, atmışıq,
Çapıb qovmuşuq, qan-tərə batmışıq,
Yığıb milləti bir yerə qatmışıq,
Müsavat, ədalət, üxüvvət gəlir!
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Neçə əsrdir indi bilehtimam
Qoyub nami-milliyyətə ehtiram,
Qoçaq əlləşib, çarpışıb sübhü şam,
Xüsusən bu sonku beş ildə tamam
Edib aləmə bəxşi-heyrət, gəlir!
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Nədir, yoxsa zənnincə etdim xəta?
Sus! Etməm xəta! Söyləməm nabəca!
Məzah etmiş oldum sanırsan bəsa?
Dodaq altı gülmək nədir, söylə ya?
Sənə bəlkə bunlar zərafət gəlir?
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Buyur, qıl da dünyaya ətfı-nəzər,
Müsəlman kimi kim olub bəxtəvər?
Bu Iran, о Türkiyə -- həp bixətər,
Əvət, başla Fasdan Xətaya qədər
Baxıldıqca qəlbə məsərrət gəlir....
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

О Albanyada arnavut qeyrəti,
Bu Qəzvindəki mürtəce heyəti,
Kiritdə müsəlmanların haləti,
Buxarada məzhəbçilər söhbəti,
Yəməndən də başqa rəvayət gəlir,
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bu Rusiyyənin əhli-imanları
Ki, yəni bu səmtin müsəlmanları,
О yekşənbə, cümə, bu dükkanları,
О dum macərası, bu vicdanları,
Hələ etiraza nə hacət gəlir?
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bu Qafqaz, bu da Qafqaz arifləri,
Bu da əhli-nazə təarüfləri,
Bu millət yolunda məsarifləri,
Bu da şanlı-şanlı məarifləri,
Bulardan dəxi boylə xidmət gəlir,
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bununla belə biz neçin bəxtiyar
Ölüb-itməyək də hələ iftixar?!
De, noqsanımız hansıdır zinhar?
Bu siyrət, bu surət, bu qeyrət, bu ar....
Bizə, ya, nə nisbətlə töhmət gəlir?
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Həp əfradımızda bir əzmü səbat,
Bu əzmü səbat ilə bulduq nəcat,
Bu gün cümləmiz bəkləriz bir həyat,
Bir əhval, bir fıkr, bir iltifat....
Bu əfkara qarşı nə diqqət gəlir?
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Hanı bizdə, yahu, nifaqü təzad?
Hanı bizdə həmdinimizlə inad?
Bu ülfət, bü rəfət, bu da ittihad!

Bax, iştə, bu məclis, bu da iniqad!
Nə mabeynə nifrət, nə lənət gəlir,
Nə böhtan, nə hədyan, nə qeybət gəlir,
Nə cib, nə cibişdan, nə rüşvət gəlir,
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!
XS
SM
MD
LG