Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:15

Üzeyir Hacıbəyov. Başa düşmədi


Keçәnlәrdә idarәmizә Yevropadan bir nәfәr adam uçub gәlmişdi. Söhbәt arasında dedi ki, bizim Yevropada böyük bir hәyәcan vә qorxu vardır.

D e d i m: -- Sәbәbi nәdir?

D e d i: -- Sәbәbi odur ki, Yevropaya çox hәyәcanlı xәbәrlәr gәlir ki, müsәlmanlar böyük bir sürәtlә tәrәqqi edirlәr....

D e d i m: -- Tәәccübdür, bizim tәrәqqimiz sizi qorxudurmu?

D e d i: -- Bilirsiniz, insaniyyәt nöqteyi-nәzәrincә çox şad elәyir. Biz sevinirik ki, bizim növümüz yavaş-yavaş zillәtdәn qurtarır. Amma o biri tәrәfdәn, bilirsiniz, bu әyyam bir әsri -- mübarizeyi-hәyatiyyә әsridir. Yәni dirilik üçün dava elәmәk әsridir. Onun üçün biz istәmәzdik ki, dirilik üçün dava edәnlәr bizim kimi elm qüvvәti ilә güclü olsunlar. Mәsәlәn, bu gün elm vә mәdәniyyәt qüvvәti ilә yaraqlanmış olan İspaniya Fas әrәblәri ilә dirilik üçün dava elәyir. Onun üçün İspaniyanın firәnglәrә çox bәrk acığı tutubdur. Deyir ki, axı sәn nә üçün bu vәhşilәrә mәdәniyyәt ucunu göstәrib, tüfәng atmaq öyrәtdin ki, onlar da bizә tüfәng atırlar. Bütün alәm dә bunu boynuna alır ki, әgәr Fas әrәblәri Yevropa mәdәniyyәtini öyrәnsәlәr, İspaniyanı beş-on gün içindә darmadağın edib, әvvәlcә dә mәdәniyyәt gücü ilә İspaniyanı öz mülkü etdiyi kimi, bu sәfәr dә elәcә edәr (çünki o zaman ki, Yevropa mәdәniyyәtdәn mәhrum idi, әrәblәr әn şәşәlli bir mәdәniyyәtә malik idilәr, yəni bütün elm vә fәnlәr aralarında getdikcә tәrәqqi edirdi. O halda İspaniyanı әrәblәr alıb, islam dövlәtinin bir vilayәti etmişdilәr.... Amma sonradan ... әşi, allah mollalara insaf versin).

Mәn yevropalıya dedim ki, әzizim, bizi bağışlayın, sizin qorxunuz bizim tәrәqqimizә mane ola bilmәz. İstәr sizin qorxudan ürәyiniz getsin, biz yekә tәrәqqimizi әldәn buraxmayacayıq. Biz tәrәqqi elәyәcәyik.

Dedi: -- Bircә onu de görüm indiyә qәdәr çoxmu tәrәqqi eylәyibsiniz?

D e d i m: -- Çox elәmişik.

D e d i -- Olmazmı, öz tәrәqqinizdәn mәnә nümunә göstәrәsiniz?

D e d i m: -- Olar, çıxaq bayıra....

Bayıra çıxdıq, yevropalıya dedim. Tamaşa elә.

D e d i: -- Baxıram.

-- Gördünmü?

-- Nәyi?

-- Tәrәqqini?

-- Hanı? Heç bir şey görmәdim.

-- Bәs görmәdinmi ki, buradan bir nәfәr saqqallı müsәlman keçdi ki, ayağına çәkmә geymişdi. Onun ayağına çәkmә geymәyi çox böyük tәrәqqidir.

D e d i: -- Anlamıram nә deyirsәn.

D e d i m: -- Belә beş-altı il bundan irәli hәr kәs ayağına başmaqdan başqa özgә bir şey geysәydi ona salam vermәk әvәzindә, "allah saxlasın" -- demәk lazım gәlirdi. Amma tәrәqqimiz bu gün o dәrәcәyә çatıbdır ki, çәkmәnin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq.

D e d i: -- Heç başa düşmürәm nә deyirsәn?

Bir az ora-bura göz gәzdirdim:

-- Bax, bax, müsәlman arvadları faytona minibdilәr.

D e d i: -- Nә olsun?

D e d i m: -- Pa-ho! Bir neçә il bundan irәli nәinki arvad, hәtta, kişi cürәt edib faytona minsәydi haman dәm faytonun çarxları bir tuği-lәnәt olub onun boynuna keçәrdi.

D e d i: -- Sözün doğrusu, heç qanmıram nә deyirsәn?

D e d i m: -- Bir ora bax, iki nәfәr müsәlman bir-birinin yanından keçdi vә heç bir şey olmadı.

D e d i: -- Nә olsun?

D e d i m: -- Pa! Bir-iki ay bundan irәli onlar bir-birinin yanından keçsәydilәr, haman dәm atışıb bir-birini öldürmüşdülәr. Halbuki indi heç bir zad olmadı. Bundan artıq nә tәrәqqi?

D e d i:-- O sizin tәrәqqi deyildir, o, Martınovun qorxusudur. Sәn bircә mәnә de görüm realnidә, gimnaziyada, universitetlәrdә oxuyan uşaqlarınız çoxdurmu?

D e d i m: -- Vallah onlar çox olardı, hәrgah bir mәsәlә ümum müsәlmanların qabağını kәsmәsәydi.

D e d i: -- Nә mәsәlәdir?

-- D e d i m: -- Çox böyük mәsәlәdir.

Әyilib qulağıma dedi:

-- Hökumәt qoymur?

D e d i m: -- Xeyr, onun bir sözü yoxdur, bu mәsәlә başqa mәsәlәdir.

D e d i: -- Bir de görәk nә mәsәlәdir?

D e d i m: -- Şalvar mәsәlәsidir.

-- Necә şalvar?

-- Adam geyәn şalvar.

D e d i: -- Canım, sәn müәmma ilә danışırsan, açıq de görüm nә demәk istәyirsәn?

D e d i m: -- Qoçaq, bundan açıq söz olmaz, şkola gedәn uşaqlar dar şalvar geyirlәr vә dar şalvar da bizlәrdә çox pis şeydir. İndi hәmin mәsәlә bizim qabağımızı kәsdiyinә görә işkolaya uşaq qoymağa cürәt elәmirik.

Bu sözlәrdәn sonra әcnәbi әvvәlcә çox güldü, amma sonra bir qәdәr fikrә gedib, birdәn başladı uşaq kimi ağlamağa vә ağlaya-ağlaya bu sözlәri dedi:

--Biz elm sayәsindә havada quş kimi uçuruq, amma bunlar hәlә şalvar mәsәlәsinә mәşğuldurlar....

Dedi vә uçub getdi....
XS
SM
MD
LG