Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:38

Azərbaycanın birinci ailəsinin Londondakı şəxsi mülklərinin siyahısı


Leyla Əliyeva
Leyla Əliyeva

.
Miranda Patrucic, Eleanor Rose,
Irene Velska və Xədicə İsmayılova

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi​nin yeni araşdırmasına görə Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlər Londonda milyonlarla dollarlıq mülklərin sahibidirlər. Həmin araşdırmanı təqdim edirik.

LEYLA VƏ ARZUNUN LONDONDA DAHA BİR MƏNZİLİ HAQDA MƏLUMAT VAR

Özünün yarımdairəvi girişi və səliqəli geyimli qapıçıları ilə birlikdə Londonda 199 Knightsbridge ünvanındakı bina tamamilə şüşədən, cilalanmış mərmərdən və ləkəsiz divarlardan ibarət yaşayış binasıdır. Paytaxtın mərkəzində fərdi yaşayış mənzillərinin anklavı kimi reklam edilən bu binanın sonuncu mərtəbəsi (penthouse)-u Azərbaycan prezidentinin qızı Leylanın evlərindən biridir.

Bu, Əliyevlərin gizlicə sahibləndikləri milyonlarla dollar dəyərində mülklərindən ən son aşkalananıdır və 2003-cü ildə neftlə zəngin ölkədə hakimiyyəti atasından qəbul edəndən bəri İlham Əliyevin qurduğu imperiyanın bir parçasıdır. Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi (OCCRP) bütün Yer kürəsi boyunca bu ailənin sahibi olduğu 140 milyon dollarlıq mənzillər aşkar edib.

Bunlara Londonda başqa ünvanda 25 milyon dollarlıq malikanə, 8 milyon dollaradək dəylərləndirilən və üzü Hyde Parkdakı (“Natiqlər guçəsinə”) baxan mənzil, Dubayda ümumi dəyəri 44 milyon dollar olan 9 malikanə, Moskva yaxınlığında dəyəri 37 milyon dollar olan daça və Çexiyanın kurort şəhəri Karlovı Varıda 1,1 milyon dollarlıq villa da daxildir. Amma bunlar hələ yalnız jurnalistlərə bəlli olan mülklərdir.

Ailə üzvlərinin dünya boyunca beynəlxalq məşhurlar kimi səyahət etdiyi bir vaxtda, İlham Əliyev ölkəsini dəmir yumruqla idarə edir, etirazçıları döydürür, demokratiya müdafiəçilərini və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya əleyhinə Jurnalistika Layihəsinin tərəfdaşı Xədicə İsmayılova da daxil müstəqil jurnalsitləri həbs etdirib məhbəsə saldırır.

Prezident İlham Əliyevin qızları Leyla (solda) və Arzu (mərkəzdə)
Prezident İlham Əliyevin qızları Leyla (solda) və Arzu (mərkəzdə)

Bu arada isə ailə nəhəng şəxsi biznes imperiyası qurub və ölkənin bankları, tikinti şirkətləri, qızıl mədənləri və telefon şirkətləri də daxil ən böyük bizneslərinə yiyələnib.

Birinci ailə, başqa mülkləri kimi 101 kvadratmetr sahəsi olan penthouse da daxil, London mülklərini məxfi saxlayır. Bu mülklərin sahibliyi dünyanın ən məxfi ərazilərindən biri olan Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş Capper Marketing İnc. ofşor firmasının pərdəsi arxasında gizlədilib.

HYDE PARKA BAXAN DAH BİR MƏNZİL

Hyde Parka baxan 199 Knightsbridge ünvanlı bina 205 mənzilə bölünüb. Tikinti 2005-ci ildə başa çatıb və deyilənlərə görə 750 minlə 18 milyon funt sterlinq (1-26 milyon dollar) arasında olan qiymətlərlə bazara çıxarılıb. Bu gün bu mənzillərin qiymətləri daha yüksəkdir.

Binanın işçiləri OCCRP-yə bildiriblər ki, sözü gedən çardaq mənzil – penthouse-u Arzu Leyla tərəfindən 2006-cı ilin sentyabrında alınıb. Belə görünür ki, alqı-satqı sövdələşməsi şəxsi qaydada aparılıb, çünki bu penthouse, mülk reklamlarının internet arxivində tapılmır. Birləşmiş Krallığın Torpaq Reyestrindən verilmiş arayışda isə qiymətlər yoxdur.

Bu bina “bahalı bazarlıq Məkkəsi” sayılan və şərq oliqarxlarının tez-tez baş çəkdiyi Harrods mağazasının yaxınlığında yerləşir. Binanın öz internet saytı var. Bu saytdakı videoda “azsaylı fərasətlilər” üçün yaradlılmış “müstəsna dünya” barədə car çəkilir. Binada həmçinin 20 metrlik üzgüçülük hovuzu, yalnız sakinlər üçün nəzərdə tutulmuş müalicəvi “kinesis spa”, 12 yerlik şura otağı olan biznes mərkəzi var.

OCCRP-nin müxbiri məlumat üçün həmin binaya baş çəkəndə növbətçi ona demişdi ki, həmin gün Leyla idman zalında məşğul olmaq üçün ora gəlibmiş. OCCRP müxbiri oraya başqa bir gün gələndə isə qəbul masasında oturan işçilərdən biri Leylanın burda “üç-dörd” mənzilinin olduğunu deyib. OCCRP başqa mülkləri müəyyən edə bilməyib, çünki onlar ofşor şirkətləri vasitəsilə əldə olunub.

Sözü gedən penthouse Leyla Əliyeva Rusiyanın pop ulduzu və milyarder mülkiyyət maqnatının oğlu Emin Ağalarova ərə gedəndən beşcə ay sonra alınıb. Onlar sonradan boşanıblar.

PANAMA SƏNƏDLƏRİ BAŞQA MÜLKLƏRİ DƏ AŞKAR EDİB

OCCRP-nin bundan əvvəlki təhqiqatlarından bəlli olub ki, Azərbaycanın birinci ailəsinin Londonda ən bahalı məhəllələrdən birində Hampstead çölünə baxan malikanə də daxil, azı iki başqa mülkü də var. Bu ev 1998-ci ildə, Əliyev hələ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vise-prezidenti olanda, Man adasında qeydiyyatdan keçmiş başqa bir ofşor şirkəri - Beckforth Services Ltd. vasitəsilə alınıb. Evin alınma qyməti bəlli deyil. Sonradan onun qızı Leylanın adına keçirilən bu evin 25 milyon dollar qiyməti olduğu təxmin edilir. Əliyevin SOCAR-dan aldığı maaş heç vaxt bəyan edilməyib.

Arxiv fotosu: Prezident İlham Əliyev ailəsi ilə
Arxiv fotosu: Prezident İlham Əliyev ailəsi ilə

Əliyevlər bu evin genişləndirilməsi və təmiri üçün bahalı SHH firmasının memarlarını kirayələyiblər. Memarların dediyinə görə onların “Asiyanın diplomat ailəsindən olan” müştəriləri “xüsusilə də giriş hissəyə möhtəşəmlik görkəminin” verilməsini istəyirdilər. Deyilənlərə görə, Əliyevlər “xüsusilə fransız təsirinin göründüyü və Cote d’Azur regionuna xas interyer dizaynı” yaradılmasında israr edirdilər.

Hyde Partkın yanında ailənin sahib olduğu başqa bir mülk “Natiqlər guşəsinə baxan ev” kimi tanınır. Burada beşmərtbəli malikanə, qyməti 7 və 10 milyon dollar arasında olan 7 mənzilə bölünüb, hərçənd mənzillərdən hansıların bu ailəyə aid olduğu aydın deyil, çünki bütün mənzillər ofşor şirkətlər tərəfindən alınıb.

Leyla Əliyevanın adı bu mülkü idarə edən direktorların adları arasında görünür. O bu vəzifəyə 2008-ci ilin avqustunda təyin edilib, 2014-cü ildə dayısı oğlu, ailənin investisiya şirkəti Paşa Holding və Pasha Bankın direktoru Mircamal Paşayevlə əvəzlənib.

Mircamal, Əliyeva bacıları ilə birlikdə mülkiyyət sövdələşmələrində adı çəkilən yeganə dayıoğlu deyil. Burada Azərbaycanın tanınmış yazıçısının və prezident İlham Əliyevin arvadı Mehribanın babasının adıını daşıyan Mir Cəlal da var.

2005-ci ilin sentyabrından Əliyeva bacıları və Mircəlal bir il əvvəl qeydiyyatdan keçmiş başqa bir Vircin adaları şirkətində direktorluğu bölüşüblər: Bu Panamada ofşor xidmətləri göstərən Mossack Fonseca-nın sənədlərindən göründüyü kimi Kingsview Developments Ltd. şirkətidir. Bu sənədlər Panama Paparers kimi tanınan 11, 5 milyon sənədin arasındadır.

Sənədlər "Süddeutsche Zeitung" nəşri tərəfindən qəbul edilib və Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu tərəfindən OCCRP ilə paylaşılıb.
2014-cü ildə Əliyevlər Britaniya Vircin adalarının 2008-ci il tarixli “Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi Əleyhinə Prosessual Məcəlləsinin” tələblərinə uyğun olaraq şirkətin əsl sahibləri və onun əsas biznesi barədə məlumat verə bilmədikdə, Mossack Fonseca Kingsview Developments şirkətinin agenti işindən kənarlaşıb.

Panama sənədləri göstərir ki, 2015-ci ilin yanvarında qızlar daha bir Vircin adaları şirkətini - Exaltation Ltd.-i qeydiyyatdan keçiriblər. Bu şirkət vasitəsilə qiyməti 1 milyon dollardan baha olan daha bir Britaniya mülkü alınıb. Leyla və Arzunu təmsil edən başqa bir London hüquq firması - Child & Child onların yüksək ictimai vəzifə tutan fiqura (politically exposed persons or “PEPs”) yaxın və yaxud onun ailə üzvləri olduğunu göstərməyib.

PEP kateqoriyasından olan şəxslərin ofşor bizneslərə sahibliyi qanunla qadağan deyil, lakin bu şirkətlər daha dərin və ciddi yoxlamalara məruz qalmalıdır.

Mossack Fonseca-nın daxili sənədlərindən bu da bəlli olub ki, qızlar 2015-ci ilin aprelində bir mülkü almaq üçün sənədlərin hazırlanmasında böyük tələskənlik göstəriblər, çünki “kontraktlar gələn həftə imzalanmalıymış”. Qızların əgər alıblarsa da, hansı mülkü aldıqları aydın deyil.

►BUNLARA DA NƏZƏR SALIN: JURNALİST ARAŞDIRMALARI

6 MİLYON DOLLARLIQ HƏDİYYƏ

Bundan bir il əvvəl Child & Child Azərbaycanın Birinci ailəsi ilə əlaqəsi olan başqa bir mülk sövdələşməsində iştirak edib.

2014-cü ilin martında Mircəlal Paşayevə məxsusi bir hədiyyə edilib: Ona Harrods-un cənub tərəfində, Londonun Hans Place ünvanında, binanın özünə aid bağçada yerləşən 19-cu əsrə aid malikanədə üç yataq otağı olan mənzil bağışlanıb. Bazarda evlərinə yüksək tələb olan Chelsea rayonundakı bu mənzilin qiyməti 3, 5 milyon funt sterlinq (6 milyon dollar) olaraq göstərilir.

Mossack Fonseca-nın daxili yazışmalarından bəlli olur ki, bu hədiyyəni ailənin dostu və ailəyə aid Pasha Construction şirkətinin tərəfdaşı Javad Marandi, Britaniyanın Vircin adalarında və Bermudda qeydiyyatdan keçirilmiş ofşor şirkətlər arasında silsilə pul köçürmələri vasitəsilə edib.

Hələlik, bu məqalədə iddia olunan bahalı mənzillə bağlı nə prezident İlham Əliyevin administrasiyasından, nə də onun qızı Leyla Əliyevanın təmsilçilərindən hər hansı fikir səslənməyib.

Amma Leyla Əliyevnın Moskva, London və başqa şəhərlərdə bahalı mülklərə sahib olması barədə bundan əvvəl də beynəlxalq media orqanlarında məlumatlar yayılıb. Prezident İlham Əliyevin sözçüsü həmin idialarına birinə bildirmişdi ki, "bütün vətəndaşlar kimi prezidentin övladlarının da biznes etmək hüquqları var." Leyla Əliyeva da jurnalistlərə özünün biznesinin olduğunu deyib.

DINLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun Radio proqramında (10 may)

Qadın döyüşçülərin Qarabağ xatirələri
Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun ölümündə doğrudanmı Mircəfər Bağırovun əli olub?

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (10 may)

Müəllimlərin maaşı yeni qayda ilə hesablanacaq
XS
SM
MD
LG