Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:26

'Azərsun Holdinq'in gəlirləri müəmmalı şəkildə azalıb


Azərbaycan - Prezident İlham Əliyev "Green Tech Ltd’s" kompleksinin fəaliyyəti ilə tanış olur. Ön planda Abdulbari Gözəl
Azərbaycan - Prezident İlham Əliyev "Green Tech Ltd’s" kompleksinin fəaliyyəti ilə tanış olur. Ön planda Abdulbari Gözəl

-

“Azersun Holdinq”in korporativ satında əks olunun bir çox müəssisələrin adları birləşdirilmiş maliyyə hesabatında əks olunmayıb...

Azərbaycanın, eləcə də bütün Güney Qafqaz regionunun ən iri ərzaq və kənd təsərrüfatı məhsulları istehsalçısı və ixracatçısı “Azersun Holdinq” yaxın vaxtlarda xalqa açılmaq, yəni səhmdar cəmiyyətinə çevrilməklə qiymətli kağızlarının bir hissəsini fond bazarına çıxarmaq niyyətindədir.

İki ildir ki, holdinq öz illik birləşdirilmiş maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə korporativ saytında açıqlayır. İnişilə baxanda keçən ilə aid maliyyə hesabatı daha şəffaf olması ilə diqqəti çəkir.

Holdinq təsisçilərini və son nəzarət tərəfini, həm də şirkətlər qrupuna daxil olan, onun özünə və təsisçilərinə bu və ya digər şəkildə bağlı olan kommersiya qurumlarının da adlarını elan edib.

Amma bununla belə, “Azersun Holdinq”ə aid olduğu bilinən, ən azı, sahibliyi onun özü tərəfindən bildirilən bir çox şirkətlərin adları bu siyahıda yoxdur.

“Azersun” Azərbaycan torpağında necə kök saldı

Holdinqin yaradıcıları Azərbaycana gəlməmişdən öncə biznesdə ilk addımlarını hələ 1967-ci ildə bir ailə şirkəti olaraq Türkiyədə atıblar. Abdulbari Gözəl və onun ailəsi kənd təsərrüfatı və topdan ticarət sahəsində özünü sınayaraq, illər sonra iş əlaqələrini Yaxın Şərq ölkələrinədək genişləndirdi.

1992-ci il onların taleyində dönüş ilə oldu. “İntersun İnternational Sun Group FZCO” şirkətinin baş ofisi Dubayın Cabel-Ali Azad Zonasına köçürüldü və elə həmin il o, “Etsun” şirkəti olaraq Azərbaycana gəldi.

Özəlləşdirmə başlayanadək şirkət distribütor və topdansatış fəaliyyəti ilə məşğul olurdu. 1997-ci ildə Bakıdakı yağ və çay fabriklərini, başqa müəssisələri satın almaqla istehsalçı kimi də ad çıxardı.

Düzdür, neft pulları ölkəyə axdıqca oliqarxiya özünün daha iri şirkətlərini qurdu və “Azersun Holdinq” maliyyə aktivlərinə görə bir qədər kölgədə qaldı. Amma fakt ondan ibarətdir ki, indi hara baxsan, Azersunun ticarət markalarını və əmtəə nişanlarını görərsən.

Yeni-yeni fəaliyyət sahələrinə girişməsi və müəssisələrə sahib çıxması “İntersun Holdinq” şirkətini Azərbaycanda holdinq qurmağa sövq etdi və beləliklə qısa bir zamanda Azərbaycanın ən iri şirkətlər qrupu yarandı. Tanıyanlar holdinqin əl-ayaq açmasında onun vitse-prezidenti olmuş Yunus Arifoğlunun işgüzar keyfiyyətlərini də xüsusi qeyd edirlər.

Düzdür, neft pulları ölkəyə axdıqca oliqarxiya özünün daha iri şirkətlərini qurdu və “Azersun Holdinq” maliyyə aktivlərinə görə bir qədər kölgədə qaldı. Amma fakt ondan ibarətdir ki, indi hara baxsan, Azersunun ticarət markalarını və əmtəə nişanlarını görərsən.

Biznesinə hərtərəfli dəstək verilməsindən, eləcə də Gözəl qardaşlarından birinin prezident İlham Əliyevin qızlarının ofşor şirkətlərindən birinin menecmentində təmsil olunmasından dolayı holdinqin “çətir altda” olması, yəni Azərbaycandakı hakim ailəyə yaxınlığı, hətta ortaqlıq əlaqələri haqda yayılan söz-söhbərlərə, mətbuatda dərc olunan ifşaedici məqalələrə heç bir zaman reaksiya verilməyib.

Bu arada şirkətlər qrupu ildən-ilə böyüməyə davam edir. 2014-cü ildə qrupun aktivləri daha 22 faiz artaraq 424 milyon manatı aşıb.

“Azersun” kimindir?

Nizamnamə kapitalı 72,5 milyon manat olan holdinqdə payların 99 faizinin Intersun International Sun Group FZCO şirkətinə məxsus olduğu açıqlanır. Qalan 1 faiz isə Abdulbari Gözəlindir.

Bununla belə, Dubaydakı “Grant Thornton” auditor şirkətinin müsbət rəy verdiyi maliyyə hesabatına görə “Azersun Holdinq” şirkətlər qrupuna əsas nəzarəti Abdulbari Gözəl həyata keçirir. Bu şirkətdə daha kimlərin pay sahibi olduğu barədə isə bir söz deyilmir. Bu azmış kimi, hesabatda müxtəlif cür yozula bilən tərzdə yazılır ki, Abdulbari Gözəl tərəfindən saxlanılan 1 fazilik səhm kapitalı da Intersun International Sun Group FZCO şirkətin maraqlarına xidmət edir.

Holdinqin qanadı altında olan şirkətlər

“Azersun Holdinq”Şirkətlər Qrupuna çoxlu sayda şirkətlər daxildir. Hesabata əsasən onlar aşağıdakılardır:

“Azərbaycan Duz İstehsalat Birliyi” QSC

“Azərsun Ticarət və Dağıtım” MMC

“Bakı Qida və Yağ Fabriki” MMC

“İnnova Konstrakşn ənd Kontraktinq” MMC

“Kürdəmir Süd Emalı Zavodu” MMC

“Qafqaz Ticarət” MMC

“Sun Food Service” MMC

“Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC

“Qafkaz Konserv Zavodu” MMC

“Sun Tea Çay Fabriki” MMC

“Svit Star”MMC

“Muğan Enerji” MMC

“İntepe Of Şor Limited” MMC

“Fermer” MMC

“Binə İstixana Kompleksi”(hər birində 100 faiz)

“Green Tech” MMC

“Sumqayıt Plastik Emal Zavodu” MMC

“Dəfnə H A Limited” (Gürcüstan)

“Gözəl Təbiət” MMC

“Qusar-İstixana” MMC

“Qusar- Agro” MMC

(hər birində 50 faiz)

“Lənkəran Konserv Zavodu” ASC (98,31 faiz)

“Qazax Konserv Zavodu” ASC (97,74 faiz)

Bunlardan başqa, hesabatda“Azersun Holdinq” MMC-nin özünün və təsisçisinin aşağıdakı şirkətlərlə əlaqəli tərəf olduğu qeyd olunur:

“Summer Trading” FZE

“Intersun Management” MMC

“Xəyal adası” MMC

“Bazar Store” MMC

“Qarabağ Futbol Klubu” MMC

“Anadolu Investment Company” MMC

“Azərbaycan Sənaye Bankı” ASC

“Azərbaycan Sənaye Sığort”a ASC

“Azərbaycan Kağız və Karton Fabriki” MMC

“Aztrans Rels” MMC

“Bakı Plaza Turizm İşlətmələri” MMC

“Dia Holding” FZCO

“Cross Caspian Oil and Gas Logistics” MMC

“Caspian Mühafizə Servis” MMC

“Gümush Plaza” MMC

“Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC

“Kuban Çay” MMC

“Middle East Petrolium”

“Qafqaz Trans Service” MMC

“Sübhan Trans Beynəlxalq Nəqliyyat və Ticarət” MMC

“Global Agro Sənaye” FZCO

“Xoman Ticarət” MMC

“Subhan Transport Management Company” MMC

“Etsun AS” şirkəti

“Azerbaijan Sugar Production Company” MMC

“Access Trans” MMC

Maraqlıdır ki, “Azersun Holdinq”in korporativ satında əks olunun bir çox müəssisələrin adları birləşdirilmiş maliyyə hesabatında əks olunmayıb.

Şirkət bildirir ki, o, həm də Zaqatala fındıq zavoduna, Bakı zeytun yağı zavoduna, İmişli qənd istehsalı fabrikinə, Xırdalan Qida paketləmə fabrikinə, Biləsuvar konserv zavoduna, “Qafqaz Kağız Sənaye” MMC-yə, “Qafqaz Metal Qablaşdırma Sənaye” MMC-yə Xırdalan karton fabrikinə sahibdir.

Zaqatala Fındıq Zavodunun saytı
Zaqatala Fındıq Zavodunun saytı

Holdinqə dolayısıyla bağlı olan şirkətlər arasında ”Asır” MMC, “Azərbaycan Sənaye Lizinq” ASC, “Aston İnvestment” MMC, “Novsun Retail and Management” MMC, “Trust Asset Management” MMC, “Kağız və Karton Tullantılarının Təkrar Emalı” MMC və başqaları da var.

Şirkətin dövriyyəsi müəmmalı şəkildə azalıb

“Azersun Holdinq” artan imkanları fonunda xarici ekspansiyasını da davam etdirir. Bu il Astanada inşa olunan ərzaq və kənd təsərrüfatı məhsullarının logistika mərkəzinin birinci mərhələsini istifadəyə vermək nəzərdə tutulur. Holdinq Rusiyada istehsal və satış fəaliyyətini genişləndirməyi düşünür.

Maliyyə hesabatına görə, “Azersun Holdinq”in gəlirləri 2013-cü ilə nisbətən 58,5 milyon manat azalaraq, ötən il 300 milyon manat (ƏDV nəzərə alınmadan) olub. Buna baxmayaraq, mal və xidmətlərin maya dəyəri aşağı salınmaqla holdinqin əməliyyat mənfəəti eyni səviyyədə - 71 milyon manat - qorunub saxlanıb.

Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatına görə, şirkətlər qrupunun xalis mənfəəti 12,5 milyon manat aşağı düşüb. Bu, satış və paylaşdırma xərclərinin (6,7 milyon manat), inzibati və ümumi xərclərin (41,3 milyon manat), maliyyə xərclərinin (4,6 milyon manat) kəskin artması nəticəsində baş verib.

Beləliklə, 300 milyon manatlıq dövriyyənin qarşısında şirkətlər qrupunun ödədiyi mənfəət vergisi 3 milyon 570,4 min manat (2013-cü ildə - 6 milyon 601,2 min manat) təşkil edib.

Holdinqin bölüşdürülməmiş mənfəətin 2015-ci ilin əvvəlinə 93,5 milyon manata çatıb.

Dövlət Gömrük Komitəsinin Azərbaycanın xarici ticarətinə dair statistik göstəricilərinə əsasən, “Azersun Holdinq” MMC-nin və “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin 2014-cü ildə toplam ixracatı (bitki yağları, çay, ət konservi, qənd , şəkər və s.) 400 milyon ABŞ dollarından çox olub.

“Azersun Holdinq” artan imkanları fonunda xarici ekspansiyasını da davam etdirir. Bu il Astanada inşa olunan ərzaq və kənd təsərrüfatı məhsullarının logistika mərkəzinin birinci mərhələsini istifadəyə vermək nəzərdə tutulur. Holdinq Rusiyada istehsal və satış fəaliyyətini genişləndirməyi düşünür.

XS
SM
MD
LG