Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:45

Komediya deyil: Kuzunluların kompensasiyası 1 manat artırıldı


“Şahdağ” Qış-Yay Turizm Kompleksi və müflis olan ətraf kəndlilər…
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00

«Şahdağ» Qış-Yay Turizm Kompleksi və müflis olan ətraf kəndlilər…

-
Qusar rayonu, Kuzun kənd sakini Mirzəbəy Mirzəbəyev deyir ki, iyunun 6-da Qusar rayon Məhkəməsinin onların kompensasiya iddiası ilə bağlı qətnaməsi narazılıq doğurub.

80 nəfər kuzunlu «Şahdağ» Qış-Yay Turizm Kompleksinin tikildiyi torpaqların onların pay torpağı olduğunu və əllərindən alındığını iddia edirdi. Onlar torpaqların hər sotuna 24 manat ödənməsi ilə razılaşmır, hökumətdən tələb edirdilər ki, bazar qiyməti əsas götürülsün.

«GET-GƏLİMİZ ELƏ 1 MANATA GÖRƏYDİ?»

Məhkəmə kəndlilərin iddiasını qismən təmin edib – kompensasiyanın məbləği 1 manat artırılıb. Kuzunlulara əldən çıxmış torpaqların hər sotuna görə 24 yox, 25 manat ödənəcək.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri məhkəmədə kənd sakinlərindən torpaqları normativ qiymətlər əsasında aldıqlarını bildiriblər.

Kuzun sakini Mirzəbəy Mirzəbəyev deyir:

«İkiillik get-gəlimiz elə 1 manata görəydi? Əvvəl Bakı yollarında qaldıq, sonra da Kuzunla rayon mərkəzi arasında. Bizə ödəniləcək kompensasiyadan qat-qat artıq pullarımız bu yollarda xərcləndi. Biz bu məbləğlə razılaşmırıq, torpağımızın hər sotuna, azı, 2 min manat tələb edirik».

VƏKİL APELLYASİYA ŞİKAYƏTİ VERƏCƏK

Kuzunlular pay torpaqlarından əkin və örüş sahələri kimi yararlanırdılar.

2013-cü ildə kuzunluların iddiasına Bakıdakı 1 saylı İnzibati İqtisad Məhkəməsində baxılıb.
Anar Qasımlı
Anar Qasımlı
Bir neçə ay davam etdikdən sonra məhkəmə qərar çıxarmışdı ki, iddiaya torpaqların yerləşdiyi ərazi üzrə Qusar məhkəməsi baxsın.

Kuzunluların vəkili Anar Qasımlı AzadlıqRadiosuna bildirib ki, məhkəmə qətnaməsini əldə etdikdən sonra apellyasiya şikayəti veriləcək.

«2 İLDİR KİMLƏRSƏ PUL QAZANIR, KUZUNLULARSA MƏHKƏMƏ YOLLARINDA...»

«Şahdağ» Qış-Yay Turizm Kompleksi bu sahənin ən iri layihələrindən sayılır. Kompleks 2 min 45 hektardan çox sahəni əhatə edir. Plana görə, tikinti 4 mərhələdə aparılmalı və 8-10 ilə başa çatdırılmalıdır. İnşaat işlərini yerli və xarici şirkətlər gerçəkləşdirir. Bütövlükdə 2 milyard avroluq kompleksin bir bölümü artıq istifadəyə verilib. Bu məbləğin 400 milyonunu Azərbaycan dövləti, qalan vəsaiti özəl investorlar yatırmalıdır.

Turizm kompleksinin tikildiyi ərazidə pay torpaqları olmuş kəndlilər həmin torpaqların əllərindən zorla alındığını, cüzi kompensasiya vəd edildiyini bildirirlər. Onlar işadamlarının bu turizm kompleksindən 2 ildən çoxdur gəlir götürdükləri halda özlərinin hələ də məhkəmə yollarında qaldıqlarından gileylənirlər.
XS
SM
MD
LG