Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:43

Lökbatandakı qəzaya şlaqbaum səbəb oldu yoxsa sürücü?


Lökbatanda dəmiryolu keçidi, 4 sentyabr 2012
Lökbatanda dəmiryolu keçidi, 4 sentyabr 2012
-
Lökbatanda dəmiryolu keçidində baş verən qəzadan sonra bir neçə dəyişiklik olub. Şlaqbaumu qaldırıb-endirən nəzarətçi dəyişib. Avqustun 31-də burada sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 7 nəfər ölüb, 55 nəfər yaralanıb. Qəzanın baş verməsində təqsirli bilinən nəzarətçi Eyyub İsmayılov həbs ediləndən sonra bu işi Vadim Həsənov icra edir.

Dəmiryolu sahəsində 9 il iş ştajı olan Vadim onlara ciddi təlimat verildiyini deyir. Biz hadisə yerində olanda yarım saat ərzində iki qatar keçdi. Hər dəfə də Vadim qatarın gəlişini xəbər verən işıq və siqnal səsindən sonra hər iki tərəfdən yolu bağlayırdı. Dediyinə görə, işıq və siqnal xəbərdarlığı qatarın keçidə çatmasına 1 km qalmış olur:

- Baxın, orda işıq yanır, onun biri Bakıdan, digəri isə əks istiqamətdən qatar gəldiyini xəbər verir. Bundan sonra biz şlaqbaumu aşağı salırıq.

«ELƏ BİLİB O TƏRƏFDƏN QATAR GƏLMƏYƏCƏK»

Vadim baş verən hadisədə öz keçmiş həmkarının günahını danmır. Deyir nəyə görəsə o da bir tərəfin şlaqbaumunu vaxtından əvvəl açıb. İkinci yoldan qatar gəldiyini görüb şlaqbaumu aşağı salmağa çalışanda isə, artıq gec imiş. Bu zaman 124 saylı avtobus dəmiryolunun üstünə doğru hərəkət edib.

Avtobusun sürücüsünü daha çox günahkar sayan Vadimin dediyinə görə, həbs edilən Eyyub İsmayılov səhvini başa düşüb və avtobusa tərəf qaçaraq sürücüdən dayanmasını istəyib. Sürücü isə buna əməl etməyib və avtobus dəmiryolunun üstündə sönüb:

- Şlaqbaumun birini açıb, o biri bağlı olub. Elə bilib artıq o tərəfdən qatar gəlməyəcək. Amma birdən qatarın gəldiyini görüb, sürücü tərəfə qaçıb ki, avtobusu saxla. Amma sürücü saxlamayıb və Ağstafa-Bakı qatarı avtobusu vurub.

«ŞLAQBAUM BAĞLI OLSAYDI...»

124 saylı marşrutdakı digər sürücülər isə qəzaya görə daha çox keçidi tənzimləyən dəmiryolu işçilərini günahkar sayırlar. Deyirlər ki, şlaqbaum qaldırıldığından sürücü də yolda qatar olmadığına əmin olub və yolu keçmək istəyib.

Lökbatanda dəmiryolu keçidi, 4 sentyabr 2012
Lökbatanda dəmiryolu keçidi, 4 sentyabr 2012
– Həmin avtobusun sürücüsü, çox yaxşı sürücüdür. O, işində intizamlı bir adamdır.

- Amma qəzada daha çox sürücünü günahkar sayırlar. Hesab edirlər ki, o yolu keçəndə, ətrafa baxmalı idi. Siz necə hesab edirsiniz?

- Ola bilər hər ikisi günahkardır, amma ən çox məsuliyyət o şlaqbaumu idarə edənin üzərinə düşür.

- Niyə elə hesab edirsiniz?

- Çünki şlaqbaumlar bağlı olsaydı, o, keçidə tərəf sürməzdi. Mənim qısa və konkret cavabım budur.

SÜRÜCÜ SİQNALI EŞİTMƏYİBSƏ...

Qatar keçən ərəfədə şlaqbaumun arxasında dayanan avtomobil sürücülərinə müraciət edirəm. Biri hər iki tərəfi günahkar sayır. Hesab edir ki, həmin ərazidə svetofor işləməyə, nəzarətçi də olmaya bilər:

– Belə keçidlərdən çoxmu keçirsiniz?

– Əlbəttə, hər dəfə sağı –solu gözləməlisən, bura dəmiryoludur.

– Şlaqbaum da olmasa belə hər iki tərəfdə qatarın gəlişini bildirən svetofor var. Sürücü onu görüb dərhal dayanmalıdır. Bundan başqa, qatarın gəlişi ilə bağlı siqnal verilir, sürücü bunu eşitməyibsə, deməli, ya yuxulu olub, ya da başı nəyəsə qarışıb. Mən başqa bir şey deyə
Lökbatanda dəmiryolu keçidi, 4 sentyabr 2012
Lökbatanda dəmiryolu keçidi, 4 sentyabr 2012
bilmərəm.

–Yol bağlı olsaydı, heç bir sürücü dəmiryoluna doğru hərəkət edə bilməzdi.

«SÜRÜCÜNÜN 15 GÜNDƏN ARTIQ İŞLƏMƏSİ POZUNTU İDİ»

Nəqliyyat məsələləri üzrə ekspert Valeh Hümbətoğlu Lökbatanda avtobusla qatarın toqquşması səbəbini nəqliyyat sistemində müəyyən çatışmazlıqda görür. Hesab edir ki, ən ciddi səbəb sürücülərin fasiləsiz və əvəzlənmə olmadan işləməsidir. Valeh Hümbətoğlu sovet dövründəki nəqliyyat sistemini yada salır. Deyir həmin dövrdə avtobus sürücülərinin bir ayda 15 gündən artıq işləməsi ciddi qanun pozuntusu sayılırdı və buna görə məsuliyyət nəzərdə tutulurdu. Ekspertə görə, indi hər şey əksinədir, sürücüdən necə olursa-olsun, plan tələb edilir:

- Nəticədə sürücü fikirli, yuxulu olur və belə hadisələr baş verir. Rusiya boyda ölkədə xeyli belə yollar var ki, onların çoxunda belə tənzimləyicilər yoxdur, sadəcə svetofor var. Bir də sürücü necə olsa, ətrafa nəzarət etməlidir, qatarın gəlib-gəlməməsinə baxmalıdır.

QORUNAN KEÇİDLƏR YENİLƏNƏCƏK

Lökbatanda baş verən hadisədən sonra dəmiryollarındakı keçidlərlə bağlı araşdırmalara başlanılıb. Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, hadisə baş verən gün Nəqliyyat nazirinin müavini Musa Pənahov müşavirə keçirib və keçidlərin yenidən qurulması barədə
Lökbatanda dəmiryolu keçidi, 4 sentyabr 2012
Lökbatanda dəmiryolu keçidi, 4 sentyabr 2012
göstəriş verilib:

- O, bütün dəmiryolu keçidlərinin yoxlanması və yenilənməsi haqqında göstəriş verib və artıq komissiya işləyir. Ölkə üzrə 369 dəmiryolu keçidi var, onun 318-i qorunmayan, 78 –i qorunan keçiddir. Lökbatandakı keçid də daxil olmaqla bütün qorunan keçidlər yeniləşəcək, müasir avadanlıqlarla təchiz olunacaq. İşə komissiyanın verdiyi rəydən sonra işlərə başlanacaq.

Lökbatana girişdəki dəmiryolu keçidində avtomobillərin hərəkətini tənzimləyən svetofordan tutmuş qatarın gəlişi barədə xəbər verən lövhə və siqnal köhnədir. Şlaqbaumun endirilib –qaldırılması mexaniki üsulla həyata keçirilir.

Avqustun 31-i səhər 7:30 radələrində Qaradağ rayonunun Buta-Heybət dəmiryolunda Ağstafa-Bakı sərnişin qatarı ilə avtobus toqquşub. Nəticədə 7 nəfər ölüb, 55 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb. Qatarla toqquşan 124 saylı marşrutun sürücüsü və dəmiryolu keçidini idarə edən Dövlət Dəmiryolu İdarəsinin əməkdaşı həbs edilib.
XS
SM
MD
LG