Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:32

Nigar Duyğu. Bəyaz kəpənək tək azad olsaydım


-

Bəyaz kəpənək tək azad olsaydım

Bəyaz kəpənək tək azad olsaydım
çiçəklərə toxunub gül qoxusunu daşısaydım qanadlarımda,
şeh düşmüş çiçəyə-gülə salam aparıb,
dünyama yeni çalarlar qatsaydım,
Bir kəpənək tək azad olub günəşə doğru uçsaydım...
Kəpənək olsaydım ürəyində
kainatın hər rəngini,
dənizlərin səsini,
daşısaydım qəlbinə
Ümid çiçəklərinin qoxusunu gətirsəydim,
toxuna bilsəydim düşüncələrinə,
Məni düşündüyünü bilsəydim....
Bir də ovuclarına qonub sənin nəbzini duysaydım,
Çiçək tozlu qanadlarım nazik ve zərif,
qanadımla izimi qoysaydım dodaqlarına
bir kəpənəyin ömrünün nə qədər qısa olduğunu bilsəydin
bəlkə ..
Elə o qədər sevərdin məni,
Kəpənək tək azad olsaydım,
Bir körpənin sevinərək ardımdan qaçısını,
Məni gözləyən bir çiçəyin hər zaman var olacağını,
Düşünərək qanadlansaydım yaz fəslində
duyğulansaydım, cənnətimlə....
XS
SM
MD
LG