Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:10

Günel Şamilqızı. Qapı


-

Bu qapının o üzündə kimlər var?
Kimlər silir kimlərin göz yaşını?
Bu qapının bu üzündə illər var
Qapı artıq unudub öz yaşını.

Dəstəyindən tutan əllər boşalıb,
Qarşısında gücsüzləşib igidlər.
Çox ömürdən bahar alıb, qış alıb
Qıfılında paslanıbdır ümidlər.


İllər döyür bizi qarla yağışla
Dayanmışıq, tərs istəklər çox imiş.
Cibim, səni çox incitdim bağışla,
Bu qapının açarı da yox imiş.

Qov anları, saatları gün elə.
Bəlkə, qapı bu halından yoruldu.
İlahi, sən bir əl də ver Günelə
Bu qapını bəlkə açan o oldu.

http://profliqa.blogspot.cz/2012/05/qapi.html
XS
SM
MD
LG