Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:49

Ayaz Arabaçı. İstək


-


İSTƏK

Gö­zü­mü yu­xu qa­na­dıb,
Ge­cə­ni gö­zü­mə sa­rı.
Ha­mı­dan üz dön­dər­mi­şəm,
Ge­di­rəm özü­mə sa­rı.

Sə­ni yax­şı ara­ma­ğı,
Üzü pa­yı­za sax­la­dım.
Uzun mət­ləb­lə­ri at­dım,
Qı­sa­dan-qı­sa sax­la­dım.

Bu axı­rın­cı və­dim­di,
And iç­dim da­ha, and iç­dim.
Bü­tün ad­la­ra “quş” qoy­dum,
Bir­cə Al­la­ha and iç­dim.

Yox, üzü dö­nük de­yi­ləm,
Se­vin­cin üzü ya­na­dı.
Sə­nə heç nə alam­ma­dım,
Ci­bi­min bağ­rı qa­na­dı.

Sev­dim, sev­gi­mi həs­rə­tə,
Yu­va qur­maq­dan baş­la­dım.
Mən sə­nə ya­xın gəl­mə­yə
Uzaq dur­maq­dan baş­la­dım.

Bir də bu­sə­ni xəl­və­ti
Ge­cə sa­çı­na do­la ver.
Mən bəl­kə bir də bit­mə­dim,
Bu ya­zı mən­siz yo­la ver.

Hər kə­sin gü­cü çat­ma­yan
Bu sev­gi da­ha yax­şı­dı.
Qo­vuş­maq həs­rət gə­ti­rir,
Ay­rı­lıq da­ha yax­şı­dı.

"Azərbaycan"
XS
SM
MD
LG