Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Fərid Hüseyn. Kitablar aldatdı bizi, Nazim baba


-
Kitablar aldatdı bizi, Nazim baba

"Sonu yaxşılıqla bitən kitablar göndərin mana"
Nazim Hikmət

Yox, Nazim baba, olmadı,
gənjəm, fəqət inanmıram, Nazim baba
sonu yaxşılıqla bitən kitablara,
sonu nikbinliklə bitən nağılara,
Ömrün çoxu zülümsə,
İnsanın sonu ölümsə,
Yaxşılıqla bitə bilməz heç nə,
Kitablar aldatdı bizi, Nazim baba.
Qızların ağ atlı oğlanları gəlmədi,
ömrümüzü yandırdıq simurq quşu gəlmədi.
Insanlar haqqında iki yüzdən çox elm oldu,
Amma insanları tanıya bilmədik,
Çox ağların altından qara çıxdı, çox...
Səndən sonra da yoxdu
sonu yaxşılıqla bitən kitablar.
güllələnən partizan xilas olmadı,
həkim gülərək çıxmadı əməliyyatdan
Qanadları qırılan təyyarə sağ-salamat enmədi yerə"
Hər birinin öz ölümü oldu, Nazim baba.
Sonu yaxşılıqla bitən kitablar nağıllardı,
nağıllarsa uydurmadı.
Sənə çatmadı sonu yaxşılıqla bitən kitablar,
Bizə də.
İnşallah, bizdən sonrakılara çatar!

"Ulduz"
XS
SM
MD
LG