Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:15

Prezident ailəsinin daha bir biznesi… [Video]


Prezident ailəsinin daha bir biznesi…
Gözlə

No media source currently available

0:00 0:53:03 0:00
Direct-ə keçid

Prezident ailəsinin daha bir biznesi…

İqtisadçı-ekspertlər Nazim Məmmədov, Natiq Cəfərli, hüquqşünas Anar Qasımlı və jurnalist Şahvələd Çobanoğlu AzadlıqRadiosunun «Qızıl mədənlərində Əliyevlərin payı» adlı yeni araşdırması haqda fikirlərini bölüşürlər.

«Bu araşdırma onu göstərir ki, Azərbaycan prezidenti daha bir sahəni öz ailəsinin hesabına keçirmişdir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında jurnalist Şahvələd Çobanoğlu AzadlıqRadiosunun «Qızıl mədənlərində Əliyevlərin rolu» adlı araşdırması haqda danışarkən deyib:

«İctimai-siyasi prosesləri kənara qoysaq, hüquqi baxımdan bu qanunazidd bir əməldir. Prezident vəzifəsindən istifadə edərək Azərbaycanın sərvətlərini ailəsinin biznesinə çevirib. Bu araşdırma bunu açıb».

Hüquqşünas Anar Qasımlı Çovdar kənd sakinlərinin mülkiyyət hüquqlarının pozulmasına toxunaraq son 2 ildə bu kimi halların adiləşdiyini bildirir:

«Həmin ərazidə torpaq sahəsinin qiymətləri Bakıdakı qiymətlə eyni deyil, kifayət qədər ucuz qiymətlərdir. O həcmdə proyektin həyata keçirilməsində birinci olaraq vətəndaşlara kompensasiya ödəmə və torpaqların satın alınması məsələsi müzakirə olunmalı idi».
Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı-ekspert Nazim Məmmədov isə deyir ki, kənd sakinlərinin problemi müvəqqəti xarakterlidir və tezliklə həll olunacaq:

«Məni narahat edən odur ki, qızıl istehsalında ətraf mühit üçün zərərli olan sianid turşusundan istifadə olunur. Lakin araşdırmada əsas olaraq cənab prezidentin ailəsi ilə bağlı məsələyə daha çox yer verilib».

N.Məmmədov deyir ki, başqa ölkələrin də dövlət başçılarının ailələri firma və şirkət sahibidir. Onun fikrincə, bu, sensasiya yaradacaq bir amil deyil.

«BU, ARTIQ KORRUPSİYA FAKTI DEYİL, İDARƏETMƏ FORMASIDIR»

İqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, total olaraq bütün sahələrdə bu cür hallara yol verilir və bu, artıq Azərbaycan hakimiyyətinin idarəetmə formasıdır - hökumət ölkəni, iqtisadiyyatı bu yolla idarə edir:

Natiq Cəfərli
Natiq Cəfərli
«Mən razıyam ki, ekoloji məsələlərə də diqqət ayrılmalıdır. Amma əsas məsələ odur ki, ölkənin ümumi ekologiyası, yəni idarəetmə forması pozulub. Məqsəd bir dəstə insanın varlanmasıdırsa, o zaman insanların həyatı üçün vacib olan bütün məsələlər arxa planda qalacaq».

N.Cəfərlinin fikrincə, neft sektoru istisna olunmaqla hakimiyyət ölkədə elə biz biznes mühiti yaradıb ki, xarici investorların ölkəyə sərmayə yatırması çətinləşib:

«Hökumət offşor zonalarda yaratdığı müəssisələrlə xarici investisiya adı altında Azərbaycana vəsait yatırmağa çalışır. Bununla ümumi bir görünüş yaratmağa çalışırlar ki, ölkədə xarici investisiyalar artır».

N.Cəfərli iddia edir ki, qeyri-neft sektoruna qoyulan investisiyaların böyük əksəriyyəti Azərbaycan məmurlarına və hakimiyyətə məxsusdur.

Müzakirəni tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG