Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:00

Oqtay Gülalıyev əməliyyat olunmalıdır


«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının həbsdə olan koordinatoru Oqtay Gülalıyevin səhhəti sabit ağır olaraq qalır.

Mayın 2-də Ədliyyə Nazirliyi Baş tibb idarəsinin həkimi Bəyalı Məmmədov Şüvəlandakı 3 saylı istintaq təcridxanasında onu müayinə edib. Məlum olub ki, O.Gülalıyevin bağırsaqlarında ciddi problemlər var və əməliyyat olunmalıdır.

Bunu AzadlıqRadiosuna vəkili Yalçın İmanov deyib:

«Həkim təklif edib ki, Güləliyev Ədliyyə Nazirliyinin müalicə müəssisəsində əməliyyat olunsun. Ancaq o, şəxsi həkiminin iştirakı olmadan təcridxana şəraitində əməliyyata razılıq verməyib. Təcridxanadan isə deyirlər ki, şəxsi həkimin oraya daxil olmasına işi aparan Sabirabad rayon polis şöbəsinin müstəntiqi razılıq verməlidir. Müstəntiqlə isə əlaqə yarada bilmirik».

O.Gülalıyev aprelin 8-də Sabirabadın Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutkalıq həbs cəzası alıb. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad rayon Məhkəməsi O.Gülalıyev barəsində 2 ay həbs qətimkan tədbiri seçib.
XS
SM
MD
LG