Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:26

Azərbaycanın Almaniya problemi yoxsa Almaniyanın Azərbaycan problemi? [Video]


Azərbaycanın Almaniya problemi yoxsa Almaniyanın Azərbaycan
Gözlə

No media source currently available

0:00 0:52:04 0:00
Direct-ə keçid

Aprelin 30-da «İşdən sonra» proqramında politoloqlar Ərəstun Oruclu və Rasim Musabəyov son vaxtlar alman mətbuatında Azərbaycan barədə yazılanları və Azərbaycan mətbuatında Almaniyaya verilən cavabları şərh ediblər.

«Almaniyada Azərbaycan hakimiyyəti, Azərbaycanda isə Almaniya dövləti tənqid olunur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Ərəstun Oruclu Azərbaycan-Almaniya münasibətlərini şərh edərkən deyib:

«Azərbaycan hakimiyyətinin korrupsioner və çirkin olması alman mətbuatında yer tapır. Azərbaycanda isə bir neçə qəzet vasitəsilə göstərilir ki, Almaniya imperialist dövlətdir və onun bu siyasəti son 200 ildə dəyişməyib. Burda hədəfə alınan şəxslər deyil, alman dövlətidir. Bu isə artıq riyakarlıqdır».

Politoloq iddia edir ki, iqtidarın bu qədər aqressiv münasibətinin əsas səbəbi Almaniyada prezidentin və onun ailəsinin tənqid olunmasıdır. Onun fikrincə, alman mətbuatında hətta Dağlıq Qarabağla bağlı yalan məlumatlar dərc olunsaydı, iqtidar bu cür reaksiya göstərməyəcəkdi.

Politoloq Rasim Musabəyov isə konflikt üçün heç bir əsas görmədiyini deyir. Onun fikrincə, Almaniyada bu kampaniyanı Azərbaycan iqtidarına bir təzyiq kimi qəbul edirlər və bu kampaniya onu təşkil edənlərin istədiyi kimi nəticələnməyəcək:

«Azərbaycanı Almaniya ilə bağlayan bir çox maraqlar var. Bu təbliğat həmin maraqları pozası deyil. Düzdür, bütün bunları diqqətdən kənarda saxlamaq olmaz, lakin ikitərəfli münasibətləri pozacaq bir səviyyəyə qaldırmaq yanlışdır».

R.Musabəyov Azərbaycandakı siyasi vəziyyətlə bağlı hansısa müsbət dəyişikliyin xaricdən yox, daxili ictimai rəydən asılı olduğunu bildirir.

Müzakirəni tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG